" "Akademiya edu" saytında yenə “Naxçıvan dilçilik məktəbi” qarşıma çıxdı. Təəssüf ki, bu kitabın başlığı və məzmunu arasında ciddi uyğunsuzluq mövcuddur..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Mənimlə heç bir əlaqə yaradılmadan, fikrim öyrənilmədən adımın yanlış və natamam məlumatlarla birlikdə həmin materiala daxil edilməsi qeyri-etik və yolverilməz haldır. Keçən il buna etirazımı bildirmişəm, amma heç bir nəticəsi olmayıb.
O daha sonra davam edir: "Mənimlə heç bir əlaqə yaradılmadan, fikrim öyrənilmədən adımın yanlış və natamam məlumatlarla birlikdə həmin materiala daxil edilməsi qeyri-etik və yolverilməz haldır. Keçən il buna etirazımı bildirmişəm, amma heç bir nəticəsi olmayıb.
Belə yanaşma, təəssüf ki, elmi və mənəvi dəyərlərə hörmətsizlik nümunəsidir. Sağ olan bir insanla belə davrananların, artıq həyatda olmayan namuslu alimlərin irsinə necə yanaşdıqlarını təsəvvür etmək çətin deyil. Rəhmətliklərin əsərləri akademik "maradyorlar" tərəfindən çox vaxt mənimsənilir, müəlliflik hüququna təcavüz edilir, dövlətin ayırdığı vəsaitlərin yeyilməsi məqsədilə rəsmi sənədlərdən – o cümlədən Prezident sərəncamlarından – sui-istifadələ yol verilir. Vaxtilə Dilçilik İnstitutuna ayrılmış vəsaitlərdən istifadə zamanı oxşar üsullar tətbiq olunub.
Haqqımda dərc olunan yazıdan da məlum olur ki, bu, tədqiqatdan daha çox, şəxsi münasibətlər və formallıq üzərində qurulmuş qeyri-obyektiv bir yanaşmadır. Əgər məqsəd obyektiv elmi tədqiqat idisə, onda mənim fəzada yaratdıqları “Naxçıvan dilçilik məktəbi”nin nümayəndəsi kimi göstərilməyim də elmi cəhətdən əsaslandırılmalı idi.
PS. "Xalq", "dil", "Vətən" deyib janqlyorluq edən, ölkəni, xalqı zərrə qədər vecinə almayan, 500 -800 manat maaşla bir neçə evə, bahalı həyat tərzinə sahib olmağın yollarını gözəl bilən, qanlı pula həris alimnümalar, görəsən, "dilçilik məktəbi"nin nə olduğunu bilirlərmi?!
(Tövbə, ey alimnümalar, sizə ağ olmağıma, Çox təəssüf edirəm sizdən uzaq olmağıma-M.Ə.Sabir; alimnümalar=mollanümalar).."