Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
FED.azxəbər verir ki, tender xüsusi geyim formalarının satın alınması ilə bağlı keçirilib. Satınalma Agentliyin özü ilə yanaşı, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərini əhatə edir.
Tenderin qalibi “Gill Med” QSC (VÖEN: 5000825521) olub. Qalib şirkətə 169 784 manat ödəniləcək.
Qeyd edək ki, “Gill Med” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 002,5 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rüstəm Məmmədov Xudu oğludur. Hüquqi ünvanı AZ6400, Bakı şəhəri, Nərimanov rayonu, ev 3C, mənzil 304 ünvanında yerləşir.