Sabunçu rayonunda skinlərin davamlı şikayətlərindən belə anlaşılır ki, artıq vətəndaş yerli icra hakimiyyətindən, daha dəqiqi Sabunçu RİH başçısı Adil Vəliyevdən əllərini çoxdan üzüblər. "DİA-AZ" bildirir ki, ona görə də narazı vətəndaşlar hazırki problemlərilə bağlı daha da yuxarı instansiyalara müraciət edirlər. Elə aşağıda gileyini təqdim etdiyimiz Maştağa sakini Röyal Şahbazov kimi...
Narazı vətəndaş yazır (mətni düzəliş etmədən təqdim edirik -red.): "Maştağa qəsəbəsinin Savalan yaşayış massivində kommunal problemlər baş alıb gedir, yaşayış bərbad gündədir, hər gün sular kəsilir (borular çatdırmır) neçə günlərdi gecələr 1 qaşığ su tapa bilmirik, işığ desəm bərbad gündə, hər gün işığlar dayanmadan közərir, gücü çatmır kondisioner işlətməyə, elektriklə işləyən avadanlıqlar bir bir sıradan çıxır, kiminsə qaynar xəttinə düşmək olmur, düşəndədə baxan yoxdu, şikayətmizi kimə edək? Qazda tez tez azalır ya kəsilir, qazı yenə yola vermək olur, su ilə elektrik bərbaddı bərbad. Su xəttləri 50 lik turbayla yol üstü çəkilib iki gündən bir kimsə yandırır ya partladır, baxan yoxdu, xaiş edirəm müvafiq qurumları tağ edək bəlkə utanallar bir tədbir görəllər, eyni ərazidə yaşıyanlar varsa yığışaq şikayət edək, mənim 5-6 ailə tanışım var hamı da eyni problemlərlə üz-üzədir..."