Paşinyana ağır ittiham .....                     Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi .....                     Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı .....                     Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı .....                     Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib .....                     Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı .....                     Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? .....                     Gürcüstan Avronest PA-da iştirakını dayandırıb .....                     Donald Trampın oğlu Ermənistana səfər edəcək .....                     “İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” .....                     "TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb .....                     “Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” .....                     “Varfarin”lə bağlı YENİ XƏBƏR .....                     Elmira Rəhimova səhhətindən danışdı .....                     “Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” .....                     Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? .....                     “İcra başçıları özlərini toxunulmaz sayırlar” .....                     Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə .....                     Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb .....                     Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb .....                     Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi .....                     10 oldular: daha hansı başçıya həbs yolu görünür? .....                     “PAŞA Həyat”ın sədrinə müavin təyin edildi .....                     Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini .....                     Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib .....                     Avropa Parlamentinin QARIN AĞRISI... .....                     Bakı Dövlət Peşə Tədris Mərkəzində KORRUPSİYA BUMU... .....                     Bakı və İrəvana şok xəbərdarlıq .....                     Daha bir sahədə araşdırma başlayır? .....                     Minib-düşürmə yeri, yoxsa cərimə məntəqəsi? .....                     Biləsuvarda təhsil sisteminin çürüklüyü .....                     Sahib Məmmədova badalaq vuran kimdir? .....                     Əş-Şəraa tərəfdarlarına: 'Nə tez yoldan çıxdınız?' .....                     Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? .....                     Şəmkirdə dərman növbəsində İZDİHAM .....                     “Tramp yolu” ilə sülhə doğru: Amerikalı senator danışıqları açıqlayır .....                     ABŞ Venesuelaya hər an zərbə endirə bilər .....                     Bərdə sakinlərindən NARAZILIQ… .....                     Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... .....                     Putinin Bakıdakı dostunun BAŞI CƏNCƏLDƏ .....                 

Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Tarix: 22-01-2025, 10:15 | Çap et
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı...
Hesablama Palatası yanvarın 13-də 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirməsi barədə məlumat yaydı. Məlumata görə, audit 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin I rübündə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Məlumatda araşdırmanın nəticəsində aşkar olununan bir sıra nöqsanlar açıqlanıb. Həmçinin təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8,6 %, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir. Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub-məlumatda bildirilir.

Aktualinfo.org Hesablama Palatasının yaydığı bu məlumatdan iki ay əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı tərəfindən keçirilmiş açıq tender prosedurları ətrafında araşdırma aparmış və bəzi şübhəli məqamlara aydınlıq gətirilməsi üçün qurumun Satınalma Komissiyasına sorğu ünvanlamışdı. Təssüflər olsun ki, sorğu cavabsız qaldı. Bəs Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi şübhəli məqamlar nədir?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı yataqxana və idman binasının əsaslı təmir işlərinin satınalınması üzrə keçirdiyi açıq tenderdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 4.224.357,88 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 01.03.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, “KONEKS CONSTRUCTİON” MMC-nin adı elektron mediada yayılan məlumatlarda bir çox şübhəli satınalmalarda hallanır. MMC-nin daha çox rayon İcra Hakimiyyətlərinin sifarişlərini sövdələşmə yolu ilə icra etdiyi iddia olunur. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, ixtisas göstəricilərində, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində bir sıra şübhəli məqamların olduğu bildirilir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KONEKS CONSTRUCTİON” MMC (VÖEN 3103278031 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, m. 202-də yerləşir. MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

MMC müxtəlif dövrlərdə öz qanuni təmsilçisini bir neçə dəfə dəyişib. İlk qanuni təmsilçisi Xurşudov Samir Azad oğlu olsa da, daha sonra təmsilçilik Osmanlı Vahid Cuma oğlu və Fərzəliyev Mehdi Məhəmmədəli oğluna keçib. Açıq mənbələrdə Mehdi Fərzəliyev barəsində hər hansı məlumat yoxdur. Araşdırmamız zamanı məlum oldu ki, əvvəllər daha çox yumşaq invertar və xüsusi geyimlər satan şirkət həm də təmir-tikinti işləri də aparırmış.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında “KONEKS CONSTRUCTİON” MMC-nin müvafiq orqanlar tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə icazə və lisenziya ilə təmin olunması haqqında heç bir məlumat yoxdu.

Rəsmi dövlət qurumlarının bazasında MMC barədə bundan artıq məlumat yoxdur. Belə olan halda suallar yaranar. Universitetin Zaqatala filialı müvafiq sahədə icazə və lisenziyasının olmadığı halda “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətininn ilə necə satınalma müqaviləsi bağlaya bilib. Filialın Satınalma Komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduruna nə üçün əməl etməyib?

Göründüyü kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialınin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmişdir. Universitetin Zaqatala filialının satınalmalarda yol verdiyi qanunsuzluqlar bunlarla bitmir.

Hesablama Palatasının Dövlət İqtisad Universitetində satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin yüksək olduğunu da aşkar etmişdi. Universitetin Zaqatala filialı da 2023-cü ildə bir mənbədən satınalmalar yolu müqavilələr bağlayıb ki, o da şübhələr doğurur.

Universitetin Zaqatala filialı İKT avadanlıqlarının satınalınması üzrə “ISOFT” MMC ilə 25.12.2023-cü ildə 49.516,3 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bundan bir ay əvvəl isə Universitetin Zaqatala filialı və “ISOFT” MMC arasında bir mənbədən satınalma yolu ilə müqavilə bağlanıb. UNEC Zaqatala filialında turniket və termal kameraların quraşdırılması üzrə 49.490,97 manat dəyərində.

Maraqlıdır, Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində yoxlama apararkən Zaqatala filialında yol verilən bu kimi şübhəli məqamları da araşdırıbmı? Məsələn Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edildiyini açıqlayıb. Amma Universitetin Zaqatala filialının yataqxana və idman binasının əsaslı təmir işlərinə ayrılan vəsaitlərin nə qədər şişirdildiyini araşdırmayıb.

Zaqataladakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə ötən ilin may-iyul aylarında Universitetin Zaqatala filialında təmir işləri aparılıb. Yataqxana və idman binasının fasad divarlarının təmir olduğunu bildirən məlumatlı mənbənin sözlərinə görə filialda əsaslı təmirdən daha çox kosmetik işlər aparılıb. Bu təmir işlərinə isə 4 milyon manatdan çox vəsaitin xərclənməsi real görünmür.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru dosent Raqif Qasımovdur. O, bu vəzifəyə İqtisad Universitetinin rektoru Ədalət Muradov əmri ilə 27 iyul 2023-cü ildə gətirilib. Əvvəlcə direktor vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bir neçə aydan sonra isə direktor vəzifəsinə təyin edilib.

/Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyana ağır ittiham - Revanşistlər müdafiədən çıxır
Bu gün, 11:48
Sərdar Cəlaloğlunun bacısı oğlunun nədə ittiham olunduğu bilindi - Bu qədər cəza gözləyir
Bu gün, 11:38
Qızı şikayət etdi, Sabirabadda direktorun 100 minlik yeyintisi üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:27
Toy kortejində "iki təkər" qaldıran azərbaycanlıya cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 11:14
Bu şirkət nazirliyin tenderinə “zerkalnı” məbləğ təklif edib
Bu gün, 11:05
Ramiz Mehdiyevin arvadı da işdən çıxarıldı - ƏMR
Bu gün, 11:03
Məşhur xanəndə duet ortağı ilə SEVGİLİDİR? - özləri aydınlıq gətirdi
Bu gün, 10:58
Gürcüstan Avronest PA-da iştirakını dayandırıb
Bu gün, 10:54
Donald Trampın oğlu Ermənistana səfər edəcək - KİV
Bu gün, 10:51
“İcra başçıları “bir köynək, bir şalvarla” gəlir, gedəndə isə xəzinələri olur” - Partiya sədri
Bu gün, 10:46
"TikTok"da saxta elanlar vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 10:41
“Oğlumun bədəni 70 faiz çürüyüb, dərman pullarımızı məktublara veririk” -Əməkdar artistdən ürək ağrıdan ETİRAFLAR
Bu gün, 10:38
“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?
Bu gün, 10:36
Elmira Rəhimova səhhətindən danışdı - “Həkimlərin nəzarəti altındayam”
Bu gün, 10:16
“Ramiz Mehdiyevin pulu büdcəmizdən çoxdur, Rusiyanın adamıdır...” - Rəşid Mahmudov
Bu gün, 10:14
Elton Məmmədov büdcə vəsaitini banka qoymaqla faiz götürüb? - İDDİA
Bu gün, 10:01
“İcra başçıları özlərini toxunulmaz sayırlar” - Novella Cəfəroğlu
Bu gün, 09:54
Moskvada qətl törədən azərbaycanlılara bu tarixdə HÖKM OXUNACAQ
Bu gün, 09:51
Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - ARAŞDIRMA BAŞLADI
Bu gün, 09:38
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bu gün, 09:34
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi - İNCƏLƏMƏ
Bu gün, 09:32
10 oldular: daha hansı başçıya həbs yolu görünür? - GƏLİŞMƏ
Bu gün, 09:28
“PAŞA Həyat”ın sədrinə müavin təyin edildi - FOTO
Bu gün, 09:27
Xırdalanda kişi özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə DÖYDÜ
Bu gün, 09:21
Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib - TƏFƏRRÜAT
Bu gün, 09:20
Avropa Parlamentinin QARIN AĞRISI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:18
Bakı Dövlət Peşə Tədris Mərkəzində KORRUPSİYA BUMU... - İLGİNC İDDİALAR
Bu gün, 09:06
Bakı və İrəvana şok xəbərdarlıq - “Kreml Paşinyanı devirib sonra...”
Bu gün, 08:57
Daha bir sahədə araşdırma başlayır? – Xalqa xəyanət edənlərin izi…
Bu gün, 07:52
Minib-düşürmə yeri, yoxsa cərimə məntəqəsi? - ETİRAZ
Bu gün, 07:42
Biləsuvarda təhsil sisteminin çürüklüyü - GİLEY
Bu gün, 07:36
Sahib Məmmədova badalaq vuran kimdir? - Görünəni odur ki...
Bu gün, 07:30
Əş-Şəraa tərəfdarlarına: 'Nə tez yoldan çıxdınız?' - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:23
Taksi sürücüləri üçün formal imtahanlar və təlimlər nəyə xidmət edir? - "Xidmətin keyfiyyəti daha da pisləşir"
Bu gün, 07:20
Şəmkirdə dərman növbəsində İZDİHAM - BU NƏDİ BELƏ?
Bu gün, 07:17
“Tramp yolu” ilə sülhə doğru: Amerikalı senator danışıqları açıqlayır - AKTUAL
Bu gün, 07:15
ABŞ Venesuelaya hər an zərbə endirə bilər - NYP
Bu gün, 07:05
Bərdə sakinlərindən NARAZILIQ… - FOTO
Bu gün, 07:03
Brüssel bir az da yubansa, Bakı qərarını dəyişə bilər... - GƏLİŞMƏ
Bu gün, 07:01
Putinin Bakıdakı dostunun BAŞI CƏNCƏLDƏ - İDDİA
Bu gün, 06:59
Mehdiyev radikal qruplarla koordinasiyalı təzyiq yaratmağa çalışıb - SƏN DEMƏ...
Bu gün, 06:48
İki ölkədə bir mərkəzdən idarə olunan “5-ci kolon: “Bazarlıq” cəhdi iflas edir - İNCƏLƏMƏ
Bu gün, 06:47
“Ramiz Mehdiyev bizim ailəyə bir neçə deputat mandatı borcludur...” - İLGİNC
Bu gün, 06:43
Quru sərhədlərin AÇILMASI... MƏSƏLƏSİ...
Bu gün, 06:38
Dövlət maraqları naminə lap Çinə də getmək lazımdır... - AKTUAL
Bu gün, 06:35
"İslam Rzayevə hüquq və vəzifələri dəfələrlə elan olunub" - AÇIQLAMA
Bu gün, 01:17
"Paşinyan komandasının ictimai nüfuzu həm kilsədən, həm də müxalif dairələrdən daha yüksəkdir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Roman Nasirov 6 il azadlıqdan məhrum edildi - TƏFƏRRÜAT
Bu gün, 01:09
Ermənistan vətəndaşlarının məhkəmə istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 20:59
Agentlik "Qala Sığorta"ya 8,6 min manatadək vəsait ödədi
Dünən, 17:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru