Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır .....                     Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya... .....                     "Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? .....                     "İmmiqrasiya mərhələlərini keçdim" .....                     Burenkovun QARABAĞ SANCISI .....                     Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər... .....                     Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? .....                     Ziya Məmmədov uzun müddət sonra burada göründü .....                     Qusmana Türkiyədə mükafat verildi .....                     Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir .....                     Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi .....                     Şeyxin etiraz etdiyi BU QANUN .....                     Hərbi parad həm də... .....                     “Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı .....                     Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? .....                     Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır .....                     Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir .....                     Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... .....                     AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... .....                     LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... .....                     Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi .....                     Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub .....                     Bu parad həm də o demək idi ki... .....                     Əliyevin ZƏFƏR YÜRÜŞÜ... .....                     Burda sığorta olundunsa... BATDIN! .....                     ABŞ-nin ŞATDAUN QAYĞISI .....                     `Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır .....                     Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI .....                     Keçmiş deputatın şirkəti XALQA QARŞI... .....                     Qalıcı sülh iradəsinin ehtişamı .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ .....                     Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI .....                     GDU nə idi ki... nəzdindəki də nəsə olsun... .....                     Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... .....                     Zəfər Günü dünyada və regionda yeni reallıqlar .....                     Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur .....                     AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu .....                     "Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                 

“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Tarix: 7-01-2025, 10:23 | Çap et
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Müəllimə Aygün Sadıq facebook səhifəsində təhsilimizin problemlərindən həm ürək yanğısı, həm də çox böyük cəsarətlə yazdığı “Bizə dəstək olun, hörmətli insanlar!” adlı yazısını elə mən də ürək ağrısı ilə oxudum. Yazını oxuduqca dəhşətə gəlirsən ki, təhsilimiz belə biabırçı bir vəziyyətlə hara gedir? Təhsilimizi belə rəzil günə salanların, müəllimi isə valideyn qarşısında belə başıaşağı edənlərin, nəticədə şagirdləri təhsildən uzaqlaşdıraraq, savadsız bir nəslin böyüməsində maraqlı olanların məqsədi nədir? Bu sualın cavabını Təhsilimizin başında oturanlar bilər...

Beləliklə, qərara gəldim ki, Aygün xanımın ürık ağrısı ilə qələmə aldığı yazısını və mənim də ona şərhimi olduğu kimi istəkli oxucularımızın diqqətinə çatdırım. Axı bu ağrılı problem Aygün müəllimənin şəxsi problemi deyil. Əgər “Gənclər bizim gələcəyimizdir” deyiriksə, o gənclərin bu günkü taleyinə biganə qalmağa mənəvi haqqımız yoxdur. İnanıram ki, çox hörmərli və vətənpərvər Aygün müəllimənin bu haqlı harayı cavabsız qalmayacaq.

***

Müəllim yazır:

-Çox şey görmüşəm 17 ildə. Nə yaxşı ki, əsəblərim dəmirdəndir və peşə fəaliyyətində məni hirsləndirmək mümkünsüzdür: istənilən hücum zamanı təbəssüm və təmkinimi qorumuşam. Hətta səsimin tonu o qədər asta olub ki, ucadan danışmaq rica edilib. Amma bunu etməmişəm. Bilirəm ki, hazırlıqlı gəlirlər: diktofon, gizli kamera... İndiyə qədər müəllim qala bilmisənsə, bir qism valideynlər səni yıxmayıblarsa, deməli, əsəbini idarə edə bilirsən. Çünki bunun imtahanını vermişik. Yadınızdadırsa, müsahibə öncəsi demişdim: nədən kəssələr də, psixologiyadan kəsə bilməyəcəklər, çünki onu ixtisasımla bərabər şəkildə, bəlkə də, ondan da çox inkişaf etdirir, yürüdürəm.

***

Təhsilə nə olub?-belə deyirlər... Batıb? Hələ bundan da pis olacaq. Nə qədər ki, səlahiyyətləri aldılar əlimizdən və valideynlərə verdilər, nə qədər ki, təhsili valideynlər idarə edir, bundan betər olacaq. Uşağa söz demək olur? Yazıq müəllim qarışır, üstünə hücum çəkirlər, qarışmır, onda da deyirlər "müəllim hara baxır?". Azzara baxır, dərdə baxır! İmkan verirsiniz ki, tərbiyə edək? Uşağınızı evdə eşşək kimi çırpır, qeyri-etik ifadələrlə böyüdür, amma məktəbdə bir az danlasaq, şığıyıb cumursunuz müəllimi döyməyə! Evdə kobudcasına hüquqları pozulan uşağın hüquqları nədənsə məktəbdə yada düşür.

Mənim işlədiyim yerdə həftədə biri gəlir üstümüzə, sanki avtoritetdir, “reket”dir. Uşağın yanında evdə müəllimin əleyhinə danışıqlar gedir. Məktəbdə də döyməyə gələndə uşaqların yanında, göz önündə edirlər təhqiri. Uşağı öyrədib göndərirlər, “onu de, bunu de, qorxma, arxandayam, qızışdır onu, çalış vursun, qalanını özün düz-qoş elə, iz qalsın, videoya çək, tamamdır”.

Elə bil xalq düşmənidir müəllim. Bu insanlarda, uşağına savad öyrədənə qarşı bu qədər kin, bu qədər aqressiya, bu qədər nifrət hardandır?

Sual verirəm: bu hücumun səbəbi nədir? Cahillərə bu cəsarəti verən nədir? Özüm də cavab verirəm: arxasızlıq, yiyəsizlik. Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır. Bizi o qədər qeyri-ciddi görürlər ki, heç klinikamız belə yoxdur: Onun-bunun klinikalarında o bu üstümüzə çımxıra-çımxıra, hamı itələyə-itələyə, məzlumcasına növbə gözləyə-gözləyə qalırıq. Bir çox qurumların ayrıca klinikaları var. Bəs niyə Təhsil Nazirliyinin və bu qədər müəllim ordusunun ayrıca kilinikası, hospitalı olmasın?

***

Çox çətindir müəllim olmaq. Hər hərfini, hər vergülünü gözləyirlər ki, şərləsinlər. Hər an hər şey edə bilərlər və adekvat davranmaqdan adam yorulur. Valideyni çağırırsan ki, uşağın dərsinə gəl, otur; gəlməz. Evdən durub əmr, ultimatum göndərər: "Onu elə etmə, belə et, dərsi bu cür keçmə, mən istəmirəm. “Vapşe” sən dərs keçmə mənim uşağıma! İttəmiləm".

Tapşırıq verirsən, valideyn qorxusundan qalırsan belə. Çox tapşırıq verəndə də cumur, az verəndə də cumur. Eyni adam!

Deyir, uşağın gündəliyinə qiyməti niyə rəqəmlə yazmırsan? İzah edirəm ki, başa düşürəm, hər kəs uşağının gündəliyində konkret rəqəm görmək istəyər və bu, bizə də asandır, qiymətləndirmə vaxt aparmır; amma rəqəmlə yazmağa icazəmiz yoxdur, ən mənfi nəticəni belə, müsbətə yönəlik və konkret cümlə şəklində, inkar şəkilçisi işlətmədən yazmağımız lazımdır, qayda belədir. Yola gəlmir. Qalırıq təlimatlarla valideyn arasında. Onun istədiyini etsək, qanunu pozmuş oluruq, etməsək, vəssalam, hücum.

Dərsi sovet üsulunda tələb edir, buna isə ixtiyarımız yox; onların əmrinə əməl etməyəndə ərli-arvadlı hücum başlayır. Dərsində oturmağa gəlmirlər. Amma əmr verməyə biri bəs etmir, acıq verir kimi ər-arvad bir yerdə gəlirlər üstümüzə. Yəni, "sən tək qadınsan, biz cüt, mutlu, nə edə bilərsən bizə?!". Bunun psixoloji tərəfini kim düşünəcək? Heç kim!...

Bəli, valideyn aşkar şəkildə müdaxilə edir işimizə. Onlar, çağıranda gəlmir, iclasa ən lazımlı valideynlər gəlmir, gələndə uşağının dərsi ilə maraqlanmağa yox, bizdə səhv axtarmağa, bizlə döyüşməyə, vuruşmağa gəlirlər.

***

Cəmiyyət müəlliminə dəyər verilən gün dirçələcək. Bizə fərqi yoxdur, həqarətlərə, hücumlara, böhtana öyrəncəliyik. Biz öz işimizi vicdanla görürük. Məhv olan sizsiniz, sizin gələcəyinizdir, sizin həyatınızdır, sizin cəmiyyətdir.

***

P.S. Özü də ki, gizli baxmaqdansa, bir fayda verməyə çalışın. Biz terrorçu deyilik ki, güdəsiniz. Uşağınızı bilmədən, tanımadan, tərəddüdsüz əmanət etdiyiniz yeganə insanlarıq... Biz müsbətə yönəlik insanlarıq. İşimiz zərər vermək yox, təlim vermək, təhsil verməkdir. Sadə vətəndaşlar bizi dəstəkləsə, inanın, çox şey dəyişər. Bizə dəstək olun, hörmətli insanlar! Biz ayın sonunda maaşı gözləyib pul üçün yaşayan biriləri deyilik, ən aşağı maaşla keçib gəncliyimiz, amma heç dəyişmədik. Uşağınız qəbul olunanda maaşımız artmır, "2" yazanda maaşımız azalmır; uşağınız aşağı qiymət alanda düşməncəsinə sevinmirik, əksinə, onlar qədər üzülürük; uşağınız işə girəndə, o qazanıb biz yeməyəcəyik, onların mənfəətindən bəhrələnən siz olacaqsınız. Bizə dəstək olun, hörmətli insanlar!

***

Hörmətli Aygün xanım, bütün bu yazdıqlarınızı oxuyandan sonra qərara gəldim ki, siz bu dünyada əsl cəhənnəm əzabı yaşayırsınız. 2015-ci ildən mənim məktəbli övladım yoxdur. Yazdıqlarınızı oxuyandan sonra isə, dəhşətə gəldim ki, yəni doğrudanmı müqəddəs saydığımız müəllim peşəsini və müəllimi bu qədər alçaltmaq olar? Bunun səbəbini də çox gözəl göstərmisiniz.Yəni, arxanızda duran yoxdur...

Aygün xanım, İtalyan yazıçısı və rəssamı Covanni Bokkaçonun belə bir kəlamı var: "Dərdli adama acımaq, təsəlli vermək, insana aid xüsusiyyətdir. Lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun".

Hörmətli Aygün xanım, Emin Əmrullayev də daxil olmaqla, son illər təhsilə rəhbərlik edən hansı nazir əlinə jurnal alıb, bircə dəfə də olsun sinfə girərək, heç olmasa 45 dəqiqə dərs deyib? Misir müəllimdən başqa heç biri... Bununla demək istəmirəm ki, Misir Mərdanov yaxşı nazir idi. Hər-halda müəllim işləmişdi. Amma təhsilimizi və şagirdləri kor qoyan, bu günə qədər də mahiyyətini hələ heç kimin dəqiq bilmədiyi kurrikulumu təhsilimizə sırıyan da M.Mərdanov idi... Nə isə...

Bəli, əlinə jurnal alıb sinfə girməyən nazir, müəllimin nə çəkdiyini hardan bilsin? Bir nazir deyirsə ki, (Emin Əmrullayev) "Bizim dövrümüzdə də məktəbdə uşaqlardan pul yığılırdı", onda, əlbəttə, valideyn müəllimin yaxasından tutub silkələyəcək də... Nazir bununla məktəbin təhsil ocağı statusundan çıxıb, bazara dönməsinə şərait yaratmırmı? Bazarda da ki, hər şey sizin yazdığınız kimi olur. Yəni, ara qarışır, məzhəb itir... İndiki arxasız, dayaqsız, amalı, məqsədi millətin balalarına elm, savad öyrətmək olan sizin kimi vicdanlı müəllimlərə lap yazığım gəldi. Keçmişdə valideyn uşağını məktəbə verəndə müəllimə deyirdi ki, "əti sənin, sümüyü mənim". Bununla da demək istəyirdi ki, uşağa nə edirsən, et, təki dərs-savad öyrənsin. İndi isə valideyn uşağına görə az qala müəllimin ətini yeyir... Əcəb epoxaya düşmüşük...

Biz gələcəyimizi bəs kimə etibar edək? Savadsız bir zümrə böyüyür axı. Qocaman müəllimlər, həkimlər, mühəndislər və s. dünyasını dəyişəndən sonra, onları kim əvəz edəcək? Bunu qətiyyən düşünən yoxdur... Nə isə...

Aygün xanım, yazdıqlarınız vətənini, dövlətini sevən, vətənpərvər bir xanımın harayıdır, SOS siqnalıdır. Bu haray qurğuşun tökülmuş qulaqlara çatacaqmı? Çətin! Qalır sizin halınıza acımaq. Təhsilin problemlərini o qədər incəliyinə kimi yazmısanız ki, əlavə sözə ehtiyac yoxdur... Bircə onu deyə bilərəm ki, Allah sizin kimi, müqəddəs müəllim peşəsinin adını qoruyub saxlayan, bunun üçün hər cür səviyyəsizin sözünü götürməyə məcbur olan, amma yolundan, amalından dönməyən bir müəllimi qorusun. Bəlkə kar qulaqlar nə vaxtsa açıldı və məktəb öz əvvəlki səviyyəsinə qayıtdı. Necə deyərlər, yeməkdən ümid yaxşıdır...

Ustad şairimiz Musa Yaqub ümidlə bağlı belə yazıb:

" Ahıllar iş başında,

Tarlasını becərir.

Aşiqlərin bağında,

Tər çiçəklər cücərir...

Mənimsə heç nəyim yox,

Hər şey ötüb keçəri..

Qapını açıq qoydum,

Ümid girsin içəri".

İndi Aygün xanım, ümid qapısını açıq qoyun... Dünyanın işini bilmək olmaz... Məktəblərdəki bu biabırçı vəziyyət həmişə belə davam edə bilməz. Bir gün təhsilin də yiyəsi olacaq... Mütləq olacaq. Onda sizin kimi vicdanını pula satmayan müəllimlərə xüsusi hörmət olacaq, heykəl qoyulacaq.

Elçin MƏMMƏDLİ - tezadlar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır - KİV
Dünən, 20:54
Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya... - İLGİNC
Dünən, 20:51
"Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? - TƏFƏRRÜAT
Dünən, 19:43
"İmmiqrasiya mərhələlərini keçdim" - ABŞ-yə köçən Hüsniyə
Dünən, 19:39
Burenkovun QARABAĞ SANCISI - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:36
Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər...
Dünən, 18:06
Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? - AKTUAL
Dünən, 18:03
Ziya Məmmədov uzun müddət sonra burada göründü - FOTO
Dünən, 17:56
Qusmana Türkiyədə mükafat verildi
Dünən, 17:53
Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir - deputat
Dünən, 17:52
Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
Dünən, 13:23
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
Dünən, 13:18
Hərbi parad həm də... GÜC NÜMAYİŞİDİR...
Dünən, 11:00
“Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” - FAKT BUDUR!
Dünən, 10:58
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı - TƏFƏRRÜAT
Dünən, 10:55
Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? - Görünəni odur ki...
Dünən, 10:52
Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:00
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Dünən, 09:54
Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Dünən, 09:08
AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
Dünən, 09:06
LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... - replika
Dünən, 09:01
Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi - FOTO
Dünən, 08:56
Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub - KİV
Dünən, 08:31
Bu parad həm də o demək idi ki... - SÖZARDI...
Dünən, 08:27
Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:24
Burda sığorta olundunsa... BATDIN! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 08:20
ABŞ-nin ŞATDAUN QAYĞISI - Müzakirə davam edir...
Dünən, 08:11
`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır - Rəsmi qurumlar HARA BAXIR?
Dünən, 08:09
Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI - BELƏ HARA GEDİRİK?
Dünən, 08:03
Keçmiş deputatın şirkəti XALQA QARŞI... - GİLEY
Dünən, 07:59
Qalıcı sülh iradəsinin ehtişamı - Bahəddin Həzi yazır...
Dünən, 07:45
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...
Dünən, 07:36
Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI - BU NƏDİ BELƏ?
Dünən, 07:31
GDU nə idi ki... nəzdindəki də nəsə olsun... - İTTİHAM VAR...
Dünən, 07:27
Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... - TƏFƏRRÜAT
Dünən, 07:07
Zəfər Günü dünyada və regionda yeni reallıqlar - İNCƏLƏMƏ
Dünən, 07:01
Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur - ONA GÖRƏ DƏ...
Dünən, 06:57
AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu - “Arzum gəmi kapitanı olmaqdır”
Dünən, 06:54
"Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" - Xalq artisti
Dünən, 06:51
MİNLƏRLƏ CAN QURBAN OLDU... - Günün qutlu olsun, BAYRAĞIM!
Dünən, 06:42
“Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” - AKTUAL
Dünən, 06:37
Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi - NATO-nun sabiq baş katibi
Dünən, 06:34
Övladı əsgərliyə gedən DEPUTATLAR
8-11-2025, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
8-11-2025, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
8-11-2025, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
8-11-2025, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
8-11-2025, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
8-11-2025, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
8-11-2025, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
8-11-2025, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru