Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Tarix: 23-10-2024, 10:51 | Çap et
 "Xəbər verdiyim kimi, Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədov çox biabırçı qərardad qəbul edib. Hüququn, qanunun nəzəriyyəsini, ruhunu, hərfini, hər şeyini ağlar qoyub. Onu dərc edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib. O daha sonra bildirir: "Deməli, В«KURSUS-NİZAMİВ» Mənzil Tikinti Kooperativi (MTK) Nizami rayonunda 4 binanı söküb yerində yeni binalar tikmək istəyir. Bakı şəhər İcra hakimiyyəti qanunsuz sərəncamı ilə həmin 4 binanın altındakı torpaq sahələrini (başqasının əmlakını) MTK-nin istifadəsinə verib və deyib ki, get sakinlərlə razılığa gəl, sök və tik (guya binalar qəzalı vəziyyətdədir, halbuki bu halda Fövqəladə Hallar Nazirliyi binanın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməlidir). Sakinlərin xeyli hissəsi MTK ilə razılığa gəlməyib və Nizami rayon məhkəməsində çoxsaylı proseslər başlayıb və davam edir. Onların çərçivəsində bir neçə qərardad da çıxarılıb ki, bu işlər davam etdiyi dövrdə bina sökülə və sakinlər oradan çıxarıla bilməz. Həmçinin şəhər icra hakimiyyətinin sərəncamının qanuniliyi məsələsinə də Bakı İnzibati Məhkəməsində baxılır. Lakin bu işlərin bitməsini gözləmək istəməyən MTK məhkəməyə yeni ərizə ilə müraciət edərək müvəqqəti təminat tədbiri qismində sakinlərin köçürülməsi, mənzillərin boşaldılması, binalara girişin qadağan edilməsi, binaların ətrafının şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib. Rauf Əhmədov da qərardadı ilə ərizəni təmin edib (baxmayaraq ki, digər hakimlərin çıxardığı MTT-lər üzrə bunu etmək olmaz!). Onu da deyim ki, qanuna görə müvəqqəti təminat tədbiri (MTT) cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir və dərhal qüvvəyə minir. Məsələn, kimdənsə borc tələb edilir və məhkəmə bitənədək borclunun əmlak vəziyyəti dəyişə bilər deyə indidən bank hesablarına həbs qoyulur. Aşkardır ki, bu işdə belə hal yoxdur. MTK ilə sakinlər arasında məhkəmə işləri bitənədək MTK-nin hüquqlarını poza biləcək nə baş verə bilər ki? Sakinlərin mənzilərində yaşaması buna necə mane olacaq ki? Əksinə, sakinlərin indidən binadan çıxarılması onları MTK ilə razılaşmağa məcbur etmək (vəziyyətlərini bərpa edilməsi mümkün olmayan hala salmaq) deməkdir. Qanuna görə MTT müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Lakin bu qərardad faktiki olaraq işi mahiyyəti üzrə həll edib: sakinlər çıxarılması mülkiyyət hüququndan məhrum olmaları deməkdir. Bu qərardadın digər dəhşətli məqamları var. Belə ki, bu cür ərizədən sonra MTK iddia ərizəsi də verməlidir. Lakin verə bilməz. Çünki artıq sakinlərə qarşı belə ərizələr verib. Yəni mahiyyəti üzrə məhkəmə prosesləri artıq gedir. Digər tərəfdən, bu ərizədə MTK cavabdehlərin adını yazmalı idi. Yazmayıb. Qərardadda da sakinlərin, yəni cavabdehlərin adı yoxdur. Sanki söhbət mənzillərdəki insanlardan yox, tövlədəki qoyunlardan gedir. Cavabdeh yoxdursa, hansı iddiadan, hansı MTT-dən söhbət gedə bilər axı? Faktiki olaraq bu qərardad o deməkdir ki, istənilən şəxsin əmlakı sorğu-sualsız əlindən alına bilər. Məhkəmədə mübarizə aparmağın da heç bir mənası yoxdur. Mülkiyyət hüququ qorunmayan, normal məhkəməsi olmayan məmləkətdə isə dövlətçiliyin özü sual altındadır. Əgər Bakı Apellyasiya Məhkəməsi sakinlərin bu biabırçı qərardaddan şikayətini təmin etməsə, sual-zad da qalmayacaq... P.S. Yeri gəlmişkən, şəhərimizin bu gün adi yağış nəticəsində iflic olması elə bu xaotik bina sökülməsi və tikilməsi prosesinin məntiqi nəticəsidir. Tikinti şirkətlərini də, məmurları da ancaq pul maraqlandırır. Vətəndaşlarımız və şəhərimiz onları maraqlandırmır..."







|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Bu gün, 17:30 |
|
|
|
• Tramp Kiyevin hərəkətindən qəzəblənib
Bu gün, 17:27 |
|
|
|
• Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Bu gün, 17:20 |
|
|
|
• Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Bu gün, 17:15 |
|
|
|
• Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Bu gün, 16:52 |
|
|
|
• Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Bu gün, 16:50 |
|
|
|
• Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Bu gün, 16:45 |
|
|
|
• Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Bu gün, 16:37 |
|
|
|
• Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Bu gün, 16:17 |
|
|
|
• Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:13 |
|
|
|
• Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Bu gün, 16:08 |
|
|
|
• Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:01 |
|
|
|
• Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Bu gün, 15:59 |
|
|
|
• FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Bu gün, 15:54 |
|
|
|
• 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49 |
|
|
|
• Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44 |
|
|
|
• Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20 |
|
|
|
• Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18 |
|
|
|
• Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48 |
|
|
|
• Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39 |
|
|
|
• Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30 |
|
|
|
• “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17 |
|
|
|
• Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11 |
|
|
|
• “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55 |
|
|
|
• Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46 |
|
|
|
• "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44 |
|
|
|
• İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41 |
|
|
|
• İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11 |
|
|
|
• Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01 |
|
|
|
• Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48 |
|
|
|
• Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15 |
|
|
|
• Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10 |
|
|
|
• Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57 |
|
|
|
• Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54 |
|
|
|
• Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37 |
|
|
|
• "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34 |
|
|
|
• “Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18 |
|
|
|
• "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11 |
|
|
|
• AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09 |
|
|
|
• Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06 |
|
|
|
• "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
• Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
|