İrandakı anti-Azərbaycan qruplaşmasının Azərbaycana qarşı kini dayanmaq bilmir. Tribunainfo.az xəbər verir ki, uzun zamandır Tehran Universitetində mənzillənmiş bu dəstə sonuncu 12 günlük müharibə zamanı da iki ölkə arasında münasibətləri korlamaq üçün “qollarını çırmalamışdı”.
Lakin İran prezidenti Məsud Pezeşkianın Azərbaycana qarşı irəli sürülmüş ittihamları rədd etməsindən sonra həmin dəstə bir qədər sussa da, yenidən “iş başında” peyda olub.
Tribunainfo.az xəbər verir ki, İranda yayınlanan “Eqtased 120” kanalında ortaya çıxan Panfarsist, anti-Azərbaycan qrupunun üzvü Dariuş Səfərnejad yenidən Azərbaycan əleyhinə saxta məlumat yayıb. Bir qədər əvvəl İsrail PUA-larının Azərbaycandan keçərək, İranı bombalaması feyk xəbərini paykaşan Səfərnejad son açıqlamasında daha böyük yalana imza atıb. O deyib: “Qəzza xalqına qarşı döyüşmək üçün İsrailə rəsmi olaraq əsgər göndərən 26 ölkə arasında Türkiyə və Azərbaycan da var”.
P.S. Bu şər yuvasının başlıca hədəfi aydındır. Onların ən böyük “arzusu” İranla Azərbaycan arasında münasibətlərin düzəlməməsidir. Uzun zamandır bu istiqamətdə apardıqları təbliğatlar da məhz həmin məqsədə hesablanıb. Lakin hər dəfəsində çanaq öz başlarında çatlayıb.
Bu dəfəki böhtan isə təkcə yalan olmamaqla yanaşı, həm də kinin piki hesab olunmalıdır. Səfərnejat və ona zəhər verən “kərtənkələ” yenidən iş başına keçərək, yeni “məcaralar” axtarırlar. Bu dəfə də arzuları ürəklərində qalacaq.