Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər - hədəfdə iki region ölkəsi...
Tarix: Dünən, 08:51 | Çap et

Trampın hakimiyyətə yenidən qayıdışından sonra ən çox maraq edilən mövzulardan biri də ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz siyasəti idi. Donald Trampın ABŞ-ın xarici siyasətində prioritetlərin dəyişməsi, xüsusilə Rusiya və İranın təsirinə qarşı mübarizə, Cənubi Qafqazda yeni dinamika yaradır.

ABŞ dövlət katibi Mark Rubionun bir neçə dəfə Azərbaycan və Ermənistan arasında münaqişə riskinin hələ də qaldığını bildirməsi və sülhün təmin edilməsinə yönəlmiş çağırışları beynəlxalq ictimaiyyətin bölgəyə diqqətini bir daha gündəmə gətirib. Son zamanlar ABŞ hökuməti ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamika fonunda bu bəyanatlar diqqət çəkməyə bilməz.

Rusiya da bu prosesə qıcıqlı reaksiyasını gizlətmir. Rusiya rəsmiləri bəyan edirlər ki, ABŞ və Qərb dövlətləri artıq Rusiya Federasiyasının fəal iştirakı ilə hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar.

Məsələn, Putinin köməkçisi Yuri Uşakov açıqlamalarının birində “ABŞ və bir sıra digər Qərb ölkələri (Azərbaycan və Ermənistan arasında) sülh müqaviləsi üzərində işləmək prosesinə qoşulmağa çalışırlar. Biz hesab edirik ki, bütün kobud işlər Moskvada görülüb və indi qərblilər, sadəcə olaraq, danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər” deyib.

Azərbaycan və Ermənistan arasında müharibə bitsə də, sülh danışıqları üçün 17 bəndlik razılaşma əldə olunsa da, hələlik sülh müqaviləsi bağlanmayıb. Tramp hakimiyyəti bu müqavilənin imzalanmasında da öz rolunun olmasına çalışır. Azərbaycan isə daim vasitəsiz və birbaşa danışıqların tərəfdarı olub və bunun daha çox effektiv olduğunu hesab edir. Tramp əsasən ABŞ-ın maraqlarından çıxış edir və bu da Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi, enerji və nəqliyyat-kommunikasiya layihələrində xüsusi çəkisi olan Azərbaycanla səmimi və maraqlara əsaslanan münasibətlərin qurulmasını zəruri edir. Bayden administrasiyasının Cənubi Qafqaz və Orta Asiya ilə bağlı siyasəti iflasa uğradı. Ona görə də yeni administrasiya regiona qayıtmaqda maraqlıdır. Bu isə yalnız Cənubi Qafqazın əsas oyunçusu və Orta Asiyanın qapısı olan Azərbaycanla bərabərhüquqlu siyasət əsasında mümkündür.

ABŞ-ın Cənubi Qafqaz siyasəti əsasən gərginlik və qarşıdurmanın dərinləşməsinə yönəlib, çünki Vaşinqton üçün əsas məqsəd regionda Rusiyanın və İranın təsirinin azaldılmasıdır. Lakin bu yanaşma uzunmüddətli sülh və sabitlik gətirə bilməz. ABŞ-ın Cənubi Qafqazda dominant güc olmaq istəyi təhlükəli nəticələrə gətirib çıxara bilər. ABŞ Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Agentliyinin son hesabatına görə, Rusiya postsovet məkanında, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuzunu yenidən gücləndirmək istiqamətində mühüm addımlar atır. ABŞ-Azərbaycan münasibətlərinin uzun tarixinin olmasını, müstəqillik əldə etdikdən bu vaxta qədər Bakının Vaşinqtonla əlaqələr qurmasını, ötən illər ərzində Birləşmiş Ştatlarla bir çox mühüm sahələrdə sıx əməkdaşlıq edilməsini, təhlükəsizlik məsələsində, terrorla mübarizədə, enerji məsələlərində Azərbaycanın öz töhfələrini verməsini Co Bayden administrasiyasının bir növ görməzdən gəlməsinin nəticələrinin necə olduğunu heç şübhəsiz ki, Tramp administrasiyası çox yaxşı görür. Amma istənilən halda, ABŞ-ın həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər.

“Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı ABŞ-ın Rusiyanın reaksiyalarından çəkinmədiyi qənaətindədir. Partiya sədrinə görə, Birləşmiş Ştatlar hansı gücdə olduğunu özü üçün müəyyənləşdirib: “Ona görə Vaşinqton davamlı addımlar atır. Ukrayna münaqişəsinin həlli məsələsində də Tramp özünü elə təqdim etmişdi ki, Rusiyanın yanındadır, amma sonradan bu siyasətin şahidi olmadıq. Çünki Rusiyada ciddi problemlərin olduğunu görürlər. Vaşinqton müşahidə edir ki, sanksiyalar zamanla Rusiyaya təsir edir, resursların tükənməsi gedir, hərbi sursat ehtiyatları azalır, ona görə kənar dəstək kömək edə bilməz. Hazırda Rusiyaya qarşı hibrid və partizan müharibəsi aparılır. Ukrayna onun strateji mərkəzlərini vurur və ABŞ bu nəticələri görməkdədir. O səbəbdən öz təzyiq və təsirlərini artırır. İndi də Rusiyasız sülh danışıqları sürətlənib və nəticədən asılı olmayaraq, Moskva anlayır ki, oyundankənar vəziyyətə salınıb”.

A.Nağı Zəngəzur dəhlizi məsələsinin həll olunacağına inanır, lakin Əbu-Dabidə yekun sülh sənədinin imzalanmasını gözləmir. Onun fikrincə, dəhliz dünya güclərinin marağındadır deyə onun ətrafında sərt mübarizə gedir. A. Nağı Rusiyanın bu proseslərin kənarında qaldığını düşünür: “Birləşmiş Ştatların hərəkətləri Türkiyə və Azərbaycanla razılaşdırır. Regionda gərginliyə gəlincə, bu, həmişə olub. İndi isə bu fürsət dəyərləndirilir və Rusiya proseslərdə iştirak edə bilmir. Yəni bölgədə vəziyyətin gərginləşməsindən narahat olmağa dəyməz”.

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərlinin fikrincə, okeanın o tayında olan fövqəlgüc dövlətin bu bölgəyə müdaxiləsi istər-istəməz region ölkələri ilə rəqabətə səbəb olur, nəticədə gərginlik yaranır. Onun sözlərinə görə, bu gərginlik bölgədəki kiçik dövlətlərin işini çətinləşdirir: “Cənubi Qafqaz ölkələri sülh və sabitlik tərəfdarıdır. Amma supergüclərin region uğrunda mübarizəsi bizim kimi ölkələrin həyatına təsir edir. Nəzərə almaq lazımdır ki, Rusiya və İran əbədi qonşularımızdır, onlar bu bölgədən həmişəlik çıxıb getməyəcək. Belə bir təsəvvür nonsens görünür. Bəli, Moskva və Tehranın regionda təsir mexanizmləri zaman-zaman azala bilər, lakin Cənubi Qafqazı tamamilə itirmələri real görünmür.

Bu ayrı məsələdir ki, biz hər iki qonşumuzun bölgədəki siyasətini qəbul etmirik, maraqlarının da nədən ibarət olduğunu bilirik. Ancaq heç biri ABŞ-ın həndəvərində hər hansı siyasət aparmırlar. Sadə formada desək, Rusiya və İranın nə zamansa Birləşmiş Ştatların təsir zonasında addımlarını görməmişik. Yəni Meksika, yaxud başqa bir Amerika ölkəsi üzərindən Vaşinqtona qarşı siyasət yürüdülməyib. ABŞ isə Ermənistan üzərindən müəyyən addımlar atır, regionda təsirini artırır. Bu da sözsüz ki, bölgədə strateji rəqabəti dərinləşdirir. Rusiya və İran isə ABŞ-ın bu hərəkətlərinə susqunluqla seyrçi qalmaq fikrində deyillər. Hər bir halda, biz bölgədə sülh istəyirik və regiona kənar müdaxilələr olmadan dayanıqlı sabitlik və təhlükəsizliyin tərəfdarıyıq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru