Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                 

Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Tarix: Bu gün, 00:40 | Çap et

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi gündəmə gəldikdən bu yana Moskvadan İrəvana təhdidlər səsləndirilməkdədir. Rusiya tərəfi xüsusilə əsas gətirir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olduğu üçün Aİ-yə üzvlüyü mümkün deyil. Bu təhdidlər son günlər daha geniş vüsət alıb. İki gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarocva keçirdiyi mətbuat konfransında deyib ki, İrəvanın Aİİ və Aİ-yə üzvlüyünün uyğunsuzluğu ilə bağlı bəyanatlarda realizm inkar edilə bilməz.

Qeyd edək ki, bu il aprelin 4-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanunu imzalayıb. Bundan sonra ölkə hökuməti bəyan edib ki, Aİİ-dən çıxmaq məsələsi onun gündəmində deyil.

"Burada realizmi inkar edə bilməzsiniz. Bu, doğrudan da, kifayət qədər mürəkkəbdir. Ermənistanın Aİ-yə potensial qoşulması ölkənin Aİİ-yə üzvlüyü ilə həqiqətən də bir araya sığmır. Mənə elə gəlir ki, bu, Rusiya tərəfindən dəfələrlə, konkret arqumentlərlə səsləndirilib", - diplomat bildirib.

Zaxarova Ermənistanın indiki mərhələdə hətta Aİ-yə üzvlüyə namizəd statusunu belə almadığını və üzvlük prosesinin özünün də onilliklər çəkə biləcəyini vurğulayıb: “Üstəlik, Aİ-nin həqiqətən də Ermənistanı qəbul etməkdə maraqlı olması, yoxsa ona müvəqqəti geosiyasi alət kimi baxması sualı açıq qalır”.

"Biz artıq Aİ-nin bir sıra ölkələrlə necə rəftar etdiyini görmüşük. Maraq yox olan kimi verilən vədlərə görə məsuliyyət də aradan qalxır. Ukrayna və Moldova nümunələri bunu təsdiqləyir: onlar Brüsseldən siyasi və iqtisadi asılılıq vəziyyətinə düşüblər", - Zaxarova əlavə edib.

Rusiya XİN rəsmisi Ermənistanın Aİİ-dən çıxmasının praktiki nəticələri barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, ölkə Aİ-yə daxil olarsa, Aİİ daxilində mal və xidmətlərin sərbəst hərəkəti imkanını itirəcək ki, bu da gömrük rüsumlarının artmasına, istehlakçılar üçün qiymətlərin artmasına və milli məhsulların rəqabət qabiliyyətinin azalmasına səbəb olacaq: “Ermənistan əmək və texniki tənzimləmə, sanitar və fitosanitar normalar və digər sahələrdə də üstünlüklərini itirəcək. Bütün bu nəticələri indi başa düşmək lazımdır ki, sonradan Ermənistan xalqı bu barədə niyə onlara məlumat verilmədiyini soruşmasın".

Mövzu ilə bağlı danışan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə “Vedomosti”yə müsahibəsində bildirib ki, Ermənistanın Aİ ilə yaxınlaşma kursu artıq ölkə iqtisadiyyatına ziyan vurur. Nəzərə almaq lazımdır ki, Aİ ilə yaxınlaşma istər-istəməz Rusiya və Ermənistan arasında münasibətlərə mənfi təsirə gətirib çıxaracaq. Ermənilərin bunu istəyib-istəməməsi onların cavab verməli olduqları sualdır”.

Onun sözlərinə görə, Ermənistanın Aİİ-yə üzvlüyü mühüm iqtisadi artıma səbəb olub: adambaşına düşən ÜDM 2014-cü ildəki 3850 dollardan 2024-cü ildə 8500 dollara çatıb. Aİİ ilə qarşılıqlı ticarət 12,7 milyard dollara çatıb, Aİ ilə isə bu, cəmi 2,3 milyard dollar olub. Ermənistanın iqtisadi uğuru Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət modelinin üstünlüklərinin nümayişidir".

Overçukun qənaətincə, bununla belə, İrəvan hazırda Avropa İttifaqı ilə yaxınlaşmanı fəal şəkildə müzakirə edir: “Aİ-yə doğru kursa görə Rusiya biznesi daha ehtiyatlı olub: 2024-cü ildə ticarət dövriyyəsi 2 milyard dollar azalıb, 2025-ci ildə isə itkilər 6 milyard dollara çata bilər. ÜDM-i 26 milyard dollar olan ölkə üçün bu, 23% itki deməkdir. Və bu, yalnız Rusiya biznesinin Ermənistanın kursuna reaksiyasıdır".

Overçuk vurğulayıb ki, Aİ və Aİİ-də eyni vaxtda olmaq mümkün olmayacaq. O Ermənistan vətəndaşlarını Aİ-nin seçiminin onların həyatına necə təsir edəcəyini təsəvvür etməyə dəvət edib: “Rusiyaya birbaşa uçuşların bağlanması (2022-ci ildə Brüssel Aİ səmasını Rusiya aviaşirkətləri üçün bağladı). Bu, qohumlara səfərləri çətinləşdirəcək və Rusiyadan turist axınını azaldacaq. Yükdaşıyanlar, Avropa və Rusiya daşıyıcılarının indi etdiyi kimi, sərhəddə yük maşınlarını yenidən birləşdirməli olacaqlar: “Erməni yük maşınları Yuxarı Larsa gələcək, yenidən birləşəcək və Ermənistana qayıdacaq”.

Baş nazirin müavini məhsulun sertifikatlaşdırılması ilə bağlı yeni Ermənistan qaydalarına da diqqət çəkib: “Üçüncü ölkələrdən məhsulların idxalının sadələşdirilməsi isə yerli istehsalçılar üçün rəqabət yaradacaq və Aİİ-ni sərhəddə nəzarəti gücləndirməyə məcbur edəcək ki, bu da Ermənistan mallarının Rusiyaya ixracını çətinləşdirəcək”.

Baş nazirin müavini vurğulayıb ki, Rusiya erməni xalqının seçiminə hörmətlə yanaşacaq: “Amma Aİ ilə yaxınlaşma istər-istəməz Rusiya ilə Ermənistan arasında tam qırılmaya gətirib çıxaracaq. Ermənilərin bunu istəyib-istəməməsi onların cavab verməli olduqları sualdır”.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan “Sputnik Ermənistan”a mövzu ilə bağlı müsahibəsində deyib ki, Ermənistan Aİİ-dən çıxmaq və ola bilsin ki, başqa inteqrasiya birliyinə qoşulmaq barədə yalnız risklər və nəticələrin hərtərəfli qiymətləndirilməsindən sonra düşünə biləcək: "Mövcud vəziyyəti təhlil etmədən heç bir addım atmaq mümkün deyil. Real qiymətləndirmələr o zaman mümkün olacaq ki, proses faktiki başlasın".

Qriqoryanın sözlərinə görə, bu, birdəfəlik qərar deyil, bir çox parametrləri nəzərə alan uzunmüddətli prosesdir: “Yalnız hərtərəfli təhlildən sonra nəticələrin nə olacağını anlamaq mümkün olacaq - müsbət, mənfi və ya neytral”.

Qtiqoryan “Aİ-yə daxil olmaq Aİİ-dən çıxmaqdan sonrakı iqtisadi itkiləri kompensasiya edə bilərmi?” sualına cavab verərək, “bu cür qiymətləndirmələrin aparılmasının hələ tez olduğunu” vurğulayıb: “İstənilən inteqrasiya qərarı hazırlıq, aydın parametrlər və konkret göstəricilər tələb edir”.

Qriqoryan əlavə edib ki, kimin nə qazanıb, nə itirəcəyi barədə danışmaq hələ tezdir.

Ayna.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Dünən, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Dünən, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Dünən, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Dünən, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Dünən, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Dünən, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Dünən, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Dünən, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Dünən, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Dünən, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Dünən, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru