Bakıda falçı 74 min manatı necə alıb? .....                     "Onunla bir ömür yaşayaram, amma evlənmərəm" .....                     Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur .....                     Dolların kursu dəyişəcək? .....                     Kilsəni xalqımıza qaytarmalıyıq .....                     Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                 

Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Tarix: Dünən, 23:51 | Çap et

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.

“DİA-AZ” “Musavat.com”a istinadan xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından “kəfən dönməsi” ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.

İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.

Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.

O, baş verənləri belə danışıb:

“Nigarla məni Fuad adlı taksi şoferi tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxcıların yanında olmuşam.

Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm”.

Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb:

“Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, “kəfəndən dönmə” ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500- 600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni “düyünlər” çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da ceyran göbəyi alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə “yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm” deyirdi”.

Zərərçəkmiş şəxs Viktoriya da müxtəlif vədlərlə Nərgiz Soltanova tərəfindən aldadılıb.

Onun ifadəsində diqqət çəkən məqamlar bunlardır:

“Nərgizi tanışım Nigar vasitəsi ilə tanımışam. Müharibə başlayanda Nigarın qardaşı bizim Ukraynadan çıxmağımıza kömək elədi. Nigarla bundan sonra daha yaxın olduq.

Müharibədə qohumlarımın bəziləri savaşa aparılır, bəziləri vəfat edirdi. Bakıda yaşamaq da mənə pis təsir edirdi. İqlim dəyişikliyinə görə qızım da tez-tez xəstələnirdi. Psixoloji olaraq da çətinlik çəkirdim. Nərgizin Nigara kömək etdiyini bilirdim. Buna görə də Nigardan xahiş etdim ki, məni Nərgizin yanına aparsın. İlk tanışlıq günü Nərgiz falıma baxıb üzərimdə qara qüvvələrin olduğunu dedi. Özümün və ailə üzvlərimin bu kimi əməllərdən təmizlənməsi üçün müəyyən rituallar edəcəyini dedi. İlk dəfə 8000 manat pul verdim. Nərgizə ailə üzvlərimin şəkillərini də verdim.

Nərgiz məni ovsunlayıb bütün dostlarımdan, hətta psixoloqumdan da ayırdı. Nərgizdən tam asılı vəziyyətə düşdüm. Nərgiz mənə ölümcül cadunun yoldaşım tərəfindən yazıldığını deyirdi.

Mənə tozşəkilli kütləni verib arada içməyimi tapşırmışdı. Həmin tozu içəndən yaddaş pozğunluğu, saç tökülməsi ilə bağlı problemlər yarandı, psixiatr müalicəsi aldım. Nərgiz bunu təmizlənmənin əlaməti olaraq izah edirdi.

Mənim müharibədən qorxduğumu bilirdi. Buna görə xüsusi ritual edəcəyini deyirdi. 4000 manat dəyərində bir güllə olduğunu, çox dərindən təmizlik etdiyini deyirdi. Həmin güllənin xaricdən sifarişlə gətirildiyini söylədi. Nərgizə saçımdan, əl və ayaq barmaqlarımın dırnaqlarından nümunələr də vermişdim. Mənə dediyi gülləni verdi və bütün pisliklərdən qoruyacağını söylədi.

5500 manat pul alaraq “ceyran göbəyi” deyilən xüsusi bir amulet düzəldib verdi. Evdəki pislikləri dağıtması üçün girişdə bir yerə asmağımı, küləkli yer olmasını istəmişdi”.

Məhkəmə araşdırması zamanı şahid ifadələri ilə də Nərgiz Soltanovanın cinayət əməli sübuta yetirilib. Lakin Soltanova ittihamı qətiyyən qəbul etməyib.

Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvvəz edilib. N.Soltanova məhkəmə zalında qandallanıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51
"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47
Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41
Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38
Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Dünən, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Dünən, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Dünən, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Dünən, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Dünən, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Dünən, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Dünən, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Dünən, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
7-06-2025, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
7-06-2025, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
7-06-2025, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
7-06-2025, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
7-06-2025, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
7-06-2025, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
7-06-2025, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
7-06-2025, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
7-06-2025, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
7-06-2025, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
7-06-2025, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
7-06-2025, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
7-06-2025, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
7-06-2025, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
7-06-2025, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
7-06-2025, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
7-06-2025, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
7-06-2025, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru