Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb. Bu barədə "DİA-AZ"a Müdafiə Nazirliyindən xəbər verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.