Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                     1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı .....                     Həbsdə olan həmkarlarının yanına gedəcəklər... .....                     Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... .....                     Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? .....                     Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb .....                     Rəhbərsiz qalan nazirlik... .....                     8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... .....                     Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? .....                     ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb .....                     Jurnalistlər NECƏ DOLANACAQ? .....                     Narazı işçi SOCAR şefinə ÜZ TUTDU .....                     “Vahid Qafqaz evi” layihəsi... .....                     Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" .....                     Uşağa görə boşanmamaq: .....                     “Leş Tofiq”lər hərəkətə keçdi .....                 

Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Tarix: 29-04-2025, 08:57 | Çap et
Ermənistan NƏ İSTƏYİR?
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - rəsmi məlumatda bildirilir.

Şübhə yoxdur ki, düşmənin son təxribatından sonra yenə də Ermənistan mətbuatı hansısa evin pəncərə və ya divarındakı dəliyi göstərib, Azərbaycan tərəfdən guya atəş açıldığı barədə saxta iddiaları tirajlayacaq. Bu da faktdır ki, bir çox hallarda erməni ordusu yaşayış məntəqələrinin arxasında mövqe qurur, Azərbaycanın mülki obyektləri heç zaman hədəfə almadığını bildiyi üçün. Amma düşmən hərbçilər ölkəmizə təhdid yaradırsa, atəş nöqtələrini məhv etmək hüququmuz var, sadəcə, hələlik ordu rəhbərliyi baş verənlərə təmkinlə yanaşır.

Ermənistanın baş naziri Nikol Paşinyan sülh bəyanatlarını davam etdirsə də, həm silahlanma sürətlə davam etdirilir, həm də şərti sərhədlər boyunca təxribatlar intensiv şəkildə davam edir. Hər şey ondan başladı ki, Paşinyan Azərbaycanla sülh müqaviləsinin 17 bəndinin razılaşdırıldığını söylədi və imzalanma üçün problemin olmadığını dedi. Bundan sonra şərti sərhədlərdə davamlı təxribatlara da start verildi. Baş verənlərin Paşinyanın iradəsindən kənarda olduğunu söyləmək mümkün deyil, çünki Naxçıvan bölgəsi istiqamətində və digər bölgələrdə də Ermənistan ordusunun şəxsi heyətinin sayı artırıldı, həmçinin hərbi texnika, artilleriya qurğuları çoxaldıldı. Paralel qaydada Avropa İttifaqının (Aİ) missiyası - casus şəbəkəsi də xeyli aktivləşdiyi, gecə növbətçiliyinə də keçdiyi halda, təxribatlar haqda susur. İstisna deyil ki, elə təxribatların planı Azərbaycanla şərti sərhədlərin “beş addımlığına” qədər gəlib, binoklla ərazilərimizə baxan Aİ kəşfiyyatçıları tərəfindən hazırlanıb. Ermənistan nə sülh şərtlərini sonadək icra edir, nə Zəngəzur dəhlizini açır, nə də təxribatlara son qoyur. Amma vəziyyət bu cür davam edə bilməz. Ermənistanda faktiki olaraq səfərbərlik elan olunub və hər an daha ciddi təxribatlar törədilə bilər. Azərbaycan bu təxribatlara necə reaksiya verməlidir? Son xəbərdarlıq etmək və ardınca şərti sərhədlər boyunca legitim hədəflərə zərbə endirilməsi mümkündürmü?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin intensiv pozulması mediada qarşı tərəfin “bliskriq”ə hazırlaşdığı haqda xəbərlərin yer almasından sonra baş verdi: “Belə bir avantüranın onlara necə baha başa gələcəyini bildikləri halda, Ermənistan rəhbərliyinin buna gedəcəyi ilk baxışda elə də ağlabatan görünmür. Ancaq məsələ burasındadır ki, Ermənistanın necə hərəkət etməli olduğunu hazırda rəsmi İrəvanın özündən çox Brüsseldə, Parisdə və digər yerlərdəki "havadarları" müəyyənləşdirir. Yerləşdikləri ölkənin qanunlarının Avropa Birliyinin casus missiyasına şamil edilməməsi, orada quru və hətta havada tam hərəkət sərbəstlikləri və onlar üçün tanınan digər üstünlüklər belə bir təəssürat formalaşdırır ki, sanki bu missiya 18-19-cu əsrlərdə Afrikaya göndərilən hərbi ekspedisiyadır, Ermənistan isə müstəmləkə. Həmin missiya Ermənistanda peyda olandan hərbi infrastrukturun əsaslı şəkildə yenilənməsi, hətta bu regionda qarşıdurmanın aradan qaldırılmasında qətiyyən maraqlı olmayan Fransanın xarici işlər nazirinin belə ötən günlərdə onların orada yeni istehkamlar yaratdıqlarını etiraf etməsi onu göstərir ki, şərti sərhəddəki gərginliyin arxasında, cənab Prezidentin təbirincə desək, qonşularımızın yeni bossları dayana bilər". S.Alıyevin fikrincə, məqsəd bölgədə casus missiyasını hərbi kontingentlə əvəz etmək, Zəngəzur dəhlizinin üçtərəfli bəyanatda göstərildiyi rejimdə fəaliyyət göstərməsinin qarşısını almaq üçün onları orada yerləşdirməkdir: “Yenə həmin Fransanın xarici işlər naziri Barronun Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasının Avropa Birliyinin missiyasının genişləndirilməsini tələb etdiyi haqda açıqlaması da bir növ bunu təsdiqləyir. Beləliklə, mən bu fikirdəyəm ki, şərti sərhəddə atəşkəsin intensiv şəkildə pozulması guya məqsədləri bunun qarşısını almaq olanların əgər əmrləri ilə deyilsə, razılıqları ilə baş verir. Bu təxribatlar sərhədboyu yaşayış məntəqələrimiz və hərbçilərimiz üçün daha təhlükəli xarakter alarsa, təbii ki, təhdid mənbələri əvvəllər olduğu kimi zərərsizləşdiriləcək və buna heç kimin şübhəsi olmamalıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov da təxribatları təsadüfi hesab etmir: “Günlərdir ki, Ermənistan tərəfindən Azərbaycanla sərhəddə atəşkəs rejiminin mütəmadi pozulduğunun şahidi oluruq. Biz də verdiyimiz proqnozlarda Ermənistanın bu tip təxribatlarının növbəti genişçaplı provokasiyalarla nəticələnmə ehtimallarından bəhs edirdik. Əlində danışıqlar üçün heç bir imkan qalmadığının fərqinə varan rəsmi İrəvan cəbhə bölgəsində təxribatlar yaradaraq dünyada Azərbaycanla Ermənistan arasında problemin bitməməsi ilə bağlı bir görüntü yaratmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, "Dəmir yumruq" hələ də yerindədir. Ermənistan provokasiyalara davam edəcəyi təqdirdə, Azərbaycan tərəfindən öz layiqli cəzasını alacaq". Ekspert əmindir ki, Ermənistan siyasi qərar qəbul etmək iqtidarında deyil: “Rəsmi İrəvanla hansısa formada danışmaq da mümkün olmur. Ermənistan əlindən gələni edir ki, regionu və bölgəni şantaj etsin və gərginlik yaratsın. Bu hadisələrin nəticəsində məğlub olan tərəf Ermənistan özü olacaq. Onsuz da bizim ölkəmiz qalib ölkədir, torpaqlarımızı işğaldan azad etmişik. Ermənistan yalnız məğlubiyyətə uğramayıb, həm də ölkənin iqtisadi- siyasi sistemi çökmüş vəziyyətə gəlib. Demək olar ki, Ermənistanda iflic vəziyyətinə düşən iqtisadi münasibətlər sistemi süqut ərəfəsinə gəlib çatıb. Ona görə də atəşkəsin pozulması və bundan sonra baş verəcək atəşkəs pozulmaları birbaşa Ermənistan dövlətinin daha da dalana dirənməsi ilə nəticələnəcək. Ermənistan siyasi iqtidarı ölkədə baş alan özbaşınalıqlar fonunda siyasi savadsızlığın acı nəticələri ilə üzləşib. Ölkənin xarici siyasət kursunda sabit xətt yoxdur. Bütün dövlət aparatı və idarəetmə institutları iflic vəziyyətdədir. Bu qədər səbatsızlıqlar fonunda baş nazir Nikol Paşinyan və onun bacarıqsız komandası indi çətin sınaqlar qarşısındadır. Azərbaycan və Türkiyə ilə dürüst siyasət apararaq əlaqələri normallaşdırmaqdan başqa Ermənistanın heç bir qurtuluş şansı yoxdur"".

T.İsmayılov digər məqamlara da diqqət çəkdi: “Eyni zamanda revanşist qüvvələrin daxildə Paşinyan komandasına təzyiqləri və Rusiya siyasi elitası ilə Ermənistan hakimiyyəti arasında çatların dərinləşməsi Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə qalmasını şərtləndirir. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlərin heç birini gerçəkləşdirə bilmir. Əksinə, Ermənistanın iqtisadi vəziyyəti hər gün daha çox neqativ çalarlarla zənginləşir. Belə olan təqdirdə Gümrüdəki Rusiya hərbi bazası, İranın Qafandakı konsulluğu da daxil olmaqla, teokratik İran casusları, bütün Ermənistan ərazisinə yayılan sorosçu imperialist agentura şəbəkələri Ermənistandan nələrsə qoparmaq üçün təsirlərini artırmağa cəhd edirlər. Ermənistan əraziləri hakim komanda tərəfindən xarici təsisatlara və ölkələrə peşkəş edilir. Nəticə isə göz qabağındadır. Regionda xaosda maraqlı olan qüvvələr basqılarını daha da radikallaşdırırlar. Bizim bu təxribatlara sonsuza qədər dözmək fikrimiz yoxdur”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Bu gün, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Bu gün, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Bu gün, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Bu gün, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Bu gün, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Bu gün, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Bu gün, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Bu gün, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Bu gün, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Bu gün, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Bu gün, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Bu gün, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Bu gün, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Bu gün, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Bu gün, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Bu gün, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Bu gün, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Bu gün, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Bu gün, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Bu gün, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Bu gün, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Bu gün, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Bu gün, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Bu gün, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Bu gün, 06:52
Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Bu gün, 06:43
“Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Bu gün, 06:26
Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur-Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL
Dünən, 18:57
Uşağa görə boşanmamaq: - Valideynlərin həqiqəti, yoxsa travma?
Dünən, 18:02
“Leş Tofiq”lər hərəkətə keçdi - Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
Dünən, 17:59
“Nəzakət xanımla Mənsum İbrahimovun günahı yoxdur” - AzTV İCAZƏ VERMƏDİ...
Dünən, 17:54
Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Dünən, 17:52
Təhsildə ikitirəlik yaranır - NƏ ETMƏLİ?
Dünən, 17:43
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Dünən, 17:41
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək - TƏFƏRRÜAT
Dünən, 17:38
“Bülbüloğlu Mehdiyevin dəstəyi ilə…” - Rəşid Behbudovun kürəkəni susmur
Dünən, 17:24
Zabrat maşınqayırma zavodu özəlləşdirilir
Dünən, 17:19
Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı
Dünən, 17:17
Statistika Komitəsi: Ayda adambaşına 633 manat gəlirimiz olub – Kələm dolması məsələsi...
Dünən, 17:03
Bu mebel şirkətləri külli miqdarda borca düşdü - SİYAHI
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru