“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                 

Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi - NƏ BAŞ VERİR?
Tarix: 26-04-2025, 08:33 | Çap et
Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi
Türkiyənin Rusiyadan aldığı “S-400” raket sistemlərini Suriyada yerləşdirəcəyi ilə bağlı yayılan məlumat İsrail və ABŞ-da narahatlıq yaradıb. Bu barədə “Türkiyə” qəzeti bildirib (Teleqraf.az). Nəşr yazır ki, amerikalı senatorlar Qus Bilirakis və Bred Şneyder ABŞ Dövlət Departamentini Türkiyənin “S-400”-ləri Suriyaya göndərməsinə mane olmağa çağırıb.

Senatorların məktublarında belə bir transferin regionun hava hücumundan müdafiə sistemini kökündən dəyişdirəcəyi vurğulanır. ABŞ qanunvericiləri iddia edirlər ki, sistemlər Suriyanın qərbində yerləşdirilsə, bu, İsrailin əməliyyatlarını ciddi şəkildə məhdudlaşdıra, əməliyyat çevikliyini zəiflədə və Amerikanın uzun müddətdir bölgədə saxlamağa çalışdığı hərbi üstünlüyünü sarsıda bilər.

Suriyanın yeni hökuməti ilə müdafiə müqaviləsi imzalayan Türkiyə Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib. Bununla belə, Türkiyənin Suriyadakı hərbi varlığını artırmağa çalışdığı bildirilir. Türkiyə Müdafiə Nazirliyindən nəşrə xatırladılıb ki, ötən günlərdə Türkiyə ilə İsrail arasında münaqişənin qarşısının alınması üçün Azərbaycanda görüş keçirilib.

“Bu, normallaşma prosesi deyil, Suriyada təhlükəsiz və nəzarət edilən hərbi fəaliyyətləri təmin etmək üçün kommunikasiya və koordinasiya mexanizmidir. Yerdəki əməliyyatlarla bağlı qarşılıqlı brifinqlər vasitəsilə gərginliyin azaldılması, anlaşılmazlıqların qarşısının alınması, regionda sabitliyin qorunması və münaqişə riskinin aradan qaldırılması üçün səylər göstərilir”.

Arxa planı şərh edən ABŞ Dövlət Departamentinin rəsmisi “Türkiye Today”ə deyib: “Bu mövzuda Türkiyə ilə apardığımız danışıqların təfərrüatlarını şərh etməyəcəyik. Konqres yazışmalarını da şərh etmirik. Türkiyə mühüm müttəfiqdir və müxtəlif sektorlar üzrə əlaqələrimizi gücləndirmək üçün potensial imkanlar üzərində işləməyə davam edirik”.

Xatırladaq ki, Bakıda Türkiyə və İsrailin yüksək səviyyəli rəsmiləri arasında görüş aprelin 10-da keçirilmişdi.

Məqalədə deyilənlər nə dərəcədə reallaşa biləndir? “S-400”lər həqiqətənmi Suriyada İsrail və ABŞ üçün problem yarada bilər? Bəs Rusiya Türkiyəyə satdığı “S-400”lərin Suriyada yerləşdirilməsinə razı olarmı? Müqavilədə belə bir şey nəzərdə tutulurmu?

Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Suriyada İsrailin apardığı siyasət Türkiyəni ciddi şəkildə narahat edi: “İsrail ələ keçirdiyi ərazilərdən çıxmayacağını bəyan edir. Bundan əlavə, İsrailin Suriyada hərbi əməliyyatlar keçirəcəyi yönündə addımlar atdığının da şahidi oluruq. Türkiyə İsraildən fərqli olaraq, Suriyanın vahid qalmasının tərəfdarıdır. Türkiyənin bunun üçün səbəbləri var. Ən əsas səbəb isə Suriya parçalanarsa, orada yarana biləcək kürd dövlətinin Türkiyəyə torpaq iddiası baş qaldıracaq və bu nümunəyə çevrilə bilər”.

Ekspertin fikrincə, Türkiyə ilə İsrail Suriyada birbaşa toqquşa bilməz: “Bu həm NATO-nun sonunu gətirər, həm müharibə kontroldan çıxa bilər, həm də buna dövlətlərin iqtisadiyyatları tab gətirə bilməz. Türkiyənin Suriya türkmənlərinə həm siyasi, həm hərbi, həm də maliyyə dəstəyi var. Türkiyə türkmənlərin hüquqlarını qorumaqla həm də Suriyada öz maraqlarını təmin etmiş olur. Faktiki olaraq türkmənlər həm kürd qruplaşmalarına qarşı, həm də druzilərə qarşı döyüşür. Əslində, İsrailin Suriyada istəyi həm içməli su qaynaqlarına, həm də təbii sərvətlərə çıxmaqdır. Etiraf etmək lazımdır ki, İsrail qismən də olsa bunu bacarır”.

Hərbi ekspertin sözlərinə görə, Türkiyə İsrailin qarşısını almaq üçün müxtəlif addımlar atır: “Onlardan biri Suriya ərazisində hərbi bazalar qurmaqdır. Digəri isə hava hücumundan müdafiə sistemləri qurmaqdır. Türkiyənin əlində olan ən güclü hava hücumundan müdafiə sistemi isə Rusiyadan alınmış “S-400”lərdir. İddialar var ki, Türkiyə “S-400”ləri Suriyanın qərbinə yerləşdirmək istəyir. Bu ehtimalın ortaya çıxmasının çox sadə səbəbi var. İsrail ordusu bilir ki, qarşı tərəfdə hava hücumundan müdafiə sistemləri yoxdur. Ona görə də, hava zərbələri endirir. Ehtimal olunan təhlükələr havadan endirilən zərbələrlə sıfırlanır, daha sonra piyadalar əraziyə daxil olur. Bu həm də ona görə lazımdır ki, canlı qüvvə itirmirlər. “S-400”lər əgər ehtimal edildiyi kimi Suriyanın qərbinə yerləşdirilərsə, İsrail arzuolunmaz bir problemlə qarşılaşacaq. Bu o deməkdir ki, İsrail çox bahalı və çoxlu sayda təyyarə itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Nəzərə almaq lazımdır ki, İsrail ordusunun əsas gücü onun hərbi hava qüvvələridir”.

S.Məmmədovun bildirdiyinə görə, Suriyada Rusiya hərbi bazalarının qalacağını nəzərə alsaq, Türkiyə Rusiya anlaşaraq öz maraqlarını təmin edə bilər: “Əgər İsraildə və ABŞ-da belə bir ehtimal yaranıbsa, Türkiyə bunu hansısa formada onlara çatdırıb. Qalır, bunun real olub-olmaması məsələsi.

Bəzən deyirlər ki, Türkiyə “S-400”ləri başqa bir ölkəyə satmaq istəyir, alıcı tapmır. Yunanıstan Ermənistana “S-300”lərini satmaq niyyətində olduğunu dilə gətirəndə, ilk reaksiya Rusiyadan gəldi və ruslar sərt dildə bildirdilər ki, onların icazəsi olmadan sata bilməzlər. Bu o deməkdir ki, satmaq məsələsi qeyri-ciddidir. Ancaq hansısa bir əraziyə yerləşdirmək məsələsi isə Rusiya ilə razılaşdırılaraq həyata keçirilə bilər. Bunun olma ehtimalı çox aşağıdır. Əgər ora hava hücumundan müdafiə sistemləri yerləşdiriləcəksə, hesab edirəm ki, bunu Rusiya həyata keçirəcək. Türkiyə İsraillə münasibətləri düzəltmək üçün Bakıda görüş keçirdi. Azərbaycan prezidenti də bu münasibətlərin normallaşması üçün vasitəçilik edir. Eyni zamanda Türkiyə ilə Rusiya arasında da diplomtaik hərəkətlilik olacağı gözləniləndir. Ancaq “S-400”lərin Suriyada yerləşmə ehtimalı indiki məqamda az görsənir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru