Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Prezident İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Dövlət başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.
O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və bütün bunlara görə çox sevindiklərini deyib. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev bəyan edib ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib. Xatırladaq ki, Əli Əkbər Əhmədian Bakıdan sonra Ermənistana səfər edib və Baş nazir Nikol Paşinyanla görüşüb. Ekspertlərə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın iki ölkəsinə gələcəkdəki səfərinə hazırlıq məqsədi daşıyır. Məsud Pezeşkian bu ay Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə strateji sazişi imzalayacaq. Pezeşkianın il ərzində Azərbaycana da səfərinin reallaşacağını proqnozlaşdırmaq olar. Maraqlı olan Pezeşkianın birinci Azərbaycana, yoxsa Ermənistana səfər edəcəyidir. O yalnız Azərbaycana səfər edib Ermənistana səfəri sonrakı mərhələyə saxlasa, İrandakı mühafizəkarların sərt tənqidinə məruz qalacaq. Ona görə Pezeşkian Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana, buradan da Ermənistana səfər edə bilər.
Millət vəkili Sahib Alıyev deyib ki, dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Ermənistana sərt xəbərdarlığının, onun havadarlarından birinin qarşısında açıq tələb qoyulmasının böyük reaksiya doğuracağı öncədən bəlli idi. Deputatın sözlərinə görə, o, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfərini və ardınca da İrəvana getməsini məhz həmən reaksiyalardan biri kimi qiymətləndirir:
"Ermənistanın işğal dövründə mədəni və dini abidələrimizi dağıtmasının, məscidlərimizi təhqirə məruz qoymasının, ibadət ocaqlarında donuz və inək saxlanmasının bu haqda çox yaxşı bilgiləri olan İran rəsmisinin diqqətinə niyə çatdırıldığı yəqin aydındır. Əli Əkbər Əhmədianın “regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin bənzərsizliyi və bu cür qədim əlaqələri olan iki ölkəni tapmağın mümkünsuzlüyü” haqda fikirlərinin qarşılığında cənab İlham Əliyevin “xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlılığı"ndan söz salması da səbəbsiz deyil. Yəni Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük savaş zamanı, ondan sonrakı dövrdə rəsmi Tehranın necə bir siyasət yeritdiyini unutmamışıq. Bununla yanaşı, İranla qarşılıqlı faydaya dayanan əlaqələrin genişlənməsində maraqlıyıq. İlk növbədə də ona görə ki, orada yaşayanların böyük bir hissəsini təşkil edən soydaşlarımızla cənab Prezidentin təbirincə desək, çox sıx tellərlə bağlıyıq. Azərbaycan İrandan artıq heç nə ummur, istədiyimiz biz ona yanaşmada necə davranırıqsa, qarşı tərəfin də o cür hərəkət etməsidir. Edəcəklərsə, xub, etməyəcəklərsə, rəsmi Tehran bundan kimin daha çox itirəcəyinin indi heç vaxt olmadığı qədər fərqindədir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
• Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27 |
|
|
|
• Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22 |
|
|
|
• Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14 |
|
|
|
• Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06 |
|
|
|
• Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02 |
|
|
|
• İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56 |
|
|
|
• Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53 |
|
|
|
• Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47 |
|
|
|
• "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41 |
|
|
|
• "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37 |
|
|
|
• "Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27 |
|
|
|
• Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22 |
|
|
|
• Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14 |
|
|
|
• Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12 |
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
|