Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                 

"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Tarix: 11-01-2025, 08:33 | Çap et
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz"
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin taleyinə böyük ehtimalla məhz bu il ərzində aydınlıq gəlməlidir. Daha doğrusu, hər şey Ermənistan tərəfinin məsələyə nə dərəcədə ciddi yanaşacağından asılı olacaq. Çünki Azərbaycanın bu xüsusda edəcəyi heç nə qalmayıb. Ortam tam bəlli və aydın. “Top” çoxdan Ermənistanın meydanında. Təəssüf ki, təzə ildə də İrəvan rəsmilərinin pozitiv yanaşmasını görmürük. Hələ də “göylərdə süzür”, söz oynatmaqla məşğuldurlar. “Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərbaycan tərəfinin müsbət cavabı olduğu təqdirdə müqaviləni imzalamağa hazırıq”.

Ermənistan baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsi ilə bağlı danışarkən belə deyib. Xatırladaq ki, ötən il dekabrın 18-də İlham Əliyev rusiyalı jurnalist D.Kiselyova müsahibəsində 17 maddədən ibarət sülh sənədinin yalnız iki bəndinin razılaşdırılmadığını söyləmişdi.

Bunlar: 1. Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası. 2.Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa Birliyinin (AB) müşahidə missiyasının fəaliyyətinin dayandırılması.

Əlavə olaraq, Prezident Azərbaycanın 2 şərtini bəyan etmişdi: 1. Ermənistan konstitusiyası dəyişməlidir - torpaq iddiası. 2. İrəvan ATƏT-in Minsk Qrupunun (MQ) ləğvinə razılıq verməlidir. Söz düşmüşkən, yanvarın 9-da “facebook”-da etdiyi paylaşımda Paşinyan MQ-nin buraxılmasını yenə də mümkün sayıb, lakin sülh müqaviləsindən sonra. Niyə indi yox, sülh müqaviləsində sonra? Yada salaq ki, yanvarın 7-də verdiyi müsahibədə prezident Əliyev Paşinyanın özünü “sülh göyərçini” kimi apardığını bildirmiş, sülh sənədi ilə bağlı Azərbaycanın tələb-şərtlərinin dəyişməz qaldığına bir daha diqqət çəkmişdi. Həmçinin bildirmişdi ki, Ermənistana sülh müqaviləsi lazım deyilsə, Azərbaycana da gərək deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Paşinyana cavabında deyib ki, Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir. Qeyd edib ki, Ermənistanın “sülhsevər narrativi” regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir: “Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın”. Yəni yenə söz oyunu...

Maraqlıdır ki, Paşinyanın açıqlaması ilə eyni gündə xarici işlər naziri Ararat Mirzoyan Bakının sülh sənədi ilə bağlı iki tələbdən birini rədd edən açıqlama verib. Bildirib ki, Avropa Birliyinin Ermənistandakı missiyası bitməyəcək. “Nə qədər ki, Ermənistanın delimitasiya edilmiş sərhədi yoxdur, nə qədər ki, atəşkəs rejimi pozulur, Ermənistanda AB-nin mülki missiyasına ehtiyac qalacaq”, - Mirzoyan riyakarcasına vurğulayıb. Delimitasiya isə uzun prosesdir. Belə çıxır, o bitənədək sülh müqaviləsi olmayacaq? Axı Azərbaycanın Gürcüstanla sərhədi də tam delimitasiya edilməyib, amma iki ölkənin sərhədində heç bir xarici qüvvə yoxdur, olmayıb. Belə olan surətdə Paşinyan Bakıdan hansı cavabı gözləyir, əgər onun naziri razılaşdırılmamış iki bənddən birinə bu cür qeyri-ciddi yanaşırsa?

Hərgah nikbin fikirdə olanlar da var. Məsələn, ReAL Partiyasının sədri Natiq Cəfərli sülh müqaviləsinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəstəyi ilə, bu il imzalanacağını söyləyib: “Düşünürəm ki, sülh müqaviləsinin imzalanması çox yaxındır. Müqavilə və ya ən azı çərçivə sazişi Trampın dəstəyi və ya ABŞ-nin moderatorluğu ilə bu il imzalanacaq. Yəni Tramp israr etsə, ”yox" deyilməyəcək. Hətta çox güman ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına dair sənəd də eyni gündə imzalanacaq".

Yeri gəlmişkən, bu günlərdə ABŞ-ın “beyin mərkəzləri”ndən olan “Stratfor”un analitikləri 2025-ci il üçün hazırladıqları təhlildə Trampın Cənubi Qafqazda İrəvana deyil, Bakıya “stavka” edəcəyini qeyd ediblər. Məlum müsahibədə isə İlham Əliyev məhz Tramp dönəmində Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını istisna etməyib. Sülh sənədi ilə bağlı 2025-dəki nikbin gözləntilər əsaslıdırmı? İkinci yandan, Paşinyan “razılaşdırılmamış iki maddə üzrə təkliflər vermişik və Bakıdan cavab gözləyirik” deyərkən nəyi nəzərdə tutur?

Deputat Ceyhun Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın ABŞ-la münasibətləri hər zaman yaxşı olub. “Cənab prezident bu münasibətlərin inkişafda odluğunu həmişə qeyd edib. Bizim NATO çərçivəsində ABŞ-la əməkdaşlığımız, təhlükəsizlik və enerji sahəsində əlaqələr, sülhməramlı kontigentdə iştirakımız, beynəlxalq terrorizmə qarşı birgə mübarizədə rolumuz olub. ABŞ bu amilləri hər zaman bəyan edib. Lakin Bayden prezident olduğu dövrdə qərəzli və ədalətsiz yanaşma ilə qarşılaşdıq, bu iqtidar Ermənistanın haqsız mövqeyini müdafiə etdi. Bununla belə, cənab prezident qeyd etdi ki, ABŞ-nin yeni rəhbərliyi ilə əməkdaşlığımız olacaq. Doğrusu, hazırda Ermənistan hökuməti də Tramp administrasiyası ilə əməkdaşlığa səy göstərir. Amma nəzərə alaq ki, Trampın ilk prezidentliyi dönəmində də Azərbaycanla yaxşı əlaqələr olub. Həmçinin, Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz”, - deyə deputat belə şərh edib.

C.Məmmədov hesab edir ki, bu məqamları nəzərə alsaq, sülh müqaviləsinin imzalanmasında Ağ Evin yeni rəhbərliyinin dəstəyi olacağı gözləntisi var: “Bayden hakimiyyəti sülh sənədinin imzalanması üçün dəstək olmadı, Ermənistanın tərəfini saxladı. O baxımdan, ABŞ-nin yeni administrasiyasından sülh prosesinə əhəmiyyətli töhfə gözləyirik. Bayden komandası çox çalışdı ki, Azərbaycan yarımçıq sülhə imza atsın, lakin onların istəyi alınmadı. Beləliklə, cənab prezidentin yerli mediaya müsahibəsində də səsləndirdiyi fikirlərə diqqət yetirsək, sülh prosesi ilə bağlı irəlidə böyük ümidlər olduğunu söyləyə bilərik”.

Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 bəndindən əlavə, şərtlər var: “Prezident İlham Əliyev yeni şərtlərlə çıxış etdi. Çünki Ermənistan silahlanır və konstitusiyasında dəyişiklik etmir. Zəngəzur dəhlizinin açılmasında da tərəddüd edir. Ermənistanda faşizm yoxdursa, silahlanma nəyə lazımdır!? Ermənistan deyir ki, iki təklif göndərmişik, Azərbaycan razılaşsa sülh bağlamağa hazır olduğunu elan edir. Ermənistanın bu kimi şərtləri rəsmi Bakının əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır. Bu il sülh müqaviləsinin bağlanması üzrə danışıqlar da irəliləyişlər mümkün görünmür. Ermənistan rəhbərliyi prosesi tormozlayır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru