Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                     İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib .....                     Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib .....                     "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar .....                     Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil .....                     Mən sovet adamıyam .....                     Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi .....                     Dövlət qurumu 13 milyonluq tender keçirir .....                     Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar .....                     Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib .....                     Azərbaycan Mərkəzi Bankına təyinat olub .....                     FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb .....                     Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran .....                     Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir .....                     Azərbaycanla sülh əsas məqsədimizdir .....                     Ermənistan ordudan imtina edir? .....                     “GL Group”da yeni təyinat .....                     “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq .....                     Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? .....                     Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək .....                     Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı .....                 

İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Tarix: 11-01-2025, 06:56 | Çap et
İran hər baxımdan "kritik durumda"
Çox sayda ciddi zərbələrlə üzləşən İran illərcə olmadığı qədər zəif və həssas duruma düşüb.

Ağır keçən 2024-cü ildə Tehranın bölgədəki təsir gücü azalıb, əzəli düşmənləri İsrail və ABŞ-yə qarşı hərbi çəkindirmə imkanları zəifləyib, iqtisadiyyatı da taqətdən düşüb.

Ekspertlər deyirlər ki, İslam respublikası Donald Trampın prezident vəzifələrinin icrasına başlayacağı və Tehranla dünya gücləri arasında nüvə sazişinin müddətinin bitəcəyi bu il boyunca sərt qərarlar verməli olacaq.

"Ağrılı seçimlər ili"
"Mən ehtimal edirəm ki, ... 2025-ci il Tehran üçün çətinliklər və ağrılı seçimlər ili olacaq", - Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil belə deyir.

Müttəfiqi olan Suriya prezidenti Bəşər əl-Əsədin dekabr ayında devrilməsi İranın bölgədəki ambisiyalarına ciddi zərbə vurub.

Əsəd rejimi dövründə Suriya İranın "dirəniş oxu" adlandırdığı proksi və tərəfdaşlar şəbəkəsinin üzvü idi və Tehranın müttəfiqlərini silahla təchiz etməsinə şərait yaradırdı. Bu müttəfiqlər arasında onillərlə İranın bölgədəki ən mühüm tərəfdaşı olan Livanın "Hizbullah" qrupu da vardı.

Bir zamanlar bölgədə hesablaşılmalı qüvvələrdən biri olan "Hizbullah"ın indi, sadəcə, görüntüsü qalıb. İsrailin ötən il gerçəkləşdirdiyi hava bombardmanları və qurudan hücumu qrupun hərbi imkanlarını ciddi ölçüdə zəiflədib və hərbi rəhbərliyini məhv edib.

İsrailin Qəzza zolağında Tehranın digər müttəfiqi olan HƏMAS qrupuna qarşı müharibəsi isə İranın Qəzzadakı təsirini yox səviyyəsinə endirib.

Hicab qanunu "rəfə qoyuldu"
AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin hazırladığı materialda deyilir ki, ölkə daxilində də işlər bundan daha yaxşı durumda deyil. Milli valyuta ötən il ərzində ABŞ dollarına qarşı dəyərinin 60 faizdən çoxunu itirib. Hökumət xalqın qəzəbindən çəkindiyindən hicab məcburiyyətinə dair ziddiyyətli qanunu rəfə qoymalı olub.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, İranın dini isteblişmenti "kritik durumdadır".

"Bu, bəlkə də, İslam respublikasının 1980-88-ci illərdə İraqla müharibəsindən sonrakı tarixində ən ağır dönəmdir – yaxud, bəlkə, ondan da ağırdır", - Əzizinin sözləridir.

O bildirib ki, hətta isteblişmentin sosial dəstək bazasının özəyini təşkil edən kütlə hazırda ölkənin daxili və xarici siyasətinin düzgünlüyünü sorğulayır.

Bütün bunlar azmış kimi, 2025-ci il İranın nüvə proqramının varlığı üçün həlledici il ola bilər. 2015-ci ildə imzalanan, ancaq demək olar, keçərsiz durumda olan nüvə sazişinin müddəti oktyabrda bitəcək. Sazişin dirçəldilməsi istiqamətində irəliləyişin az olması isə Qərbin səbirsizliyini artırır.

"Rejim öz xalqını itirib"
Fransa prezidenti Emmanuel Makron bu həftə Tehranın nüvə proqramının "geriyədönməz" nöqtəyə yaxınlaşmasına dair xəbərdarlıq edib. İran onun bu şərhini "aldadıcı" adlandırıb.

Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İran proqramının direktoru Aleks Vatanka düşünür ki, İran illərcə istər daxildə, istərsə xaricdə atdığı yanlış addımların acı nəticələri ilə üzləşir və indi kritik nöqtəyə gəlib çıxıb.

"İrana şok terapiyası… özəyinədək silkələnmək lazımdır ki, bəlkə, bu rejimi qurtarmaq mümkün ola", - Vatanka belə deyir.

Təhlilçilərin fikrincə, Tehran siyasətində ciddi dəyişikliklər etməli və ağır qərarlar verməli, məsələn, çöküşün davam etməsinin önünü kəsmək üçün Tramp administrasiyası ilə əməkdaşlığa getməlidir.

2017-2021-ci illərdə - Trampın ilk prezidentliyi dövründə onun administrasiyası İrana "maksimum basqı" kampaniyası yürüdürdü. Bura Tehrana qarşı ağır sanksiyaların tətbiqi də daxil idi.

"Göründüyünə görə, həm daxili, həm də xarici cəbhələrdəki mövcud çətinliklər fonunda Tehranda siyasi dairələr arasında razılığa gəlməyin ən praqmatik çıxış yolu olmasına dair konsensus artmaqdadır", - Əzizi deyir.

Vatanka deyir ki, dünya bu cür razılaşmanı alqışlamalı olsa da, bu, dini isteblişmenti qurtarmağa yetməyə bilər.

"İrandakı rejimin üzləşdiyi ağır problemlə bağlı Trampın, yaxud başqa kiminsə edə biləcəyi heç bir şey yoxdur. Rejim öz xalqını itirib", - son illərdə xalqın artan narazılığına işarə edən Vatanka belə deyir.

Mənbə: Azadlıq Radiosu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Bu gün, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Bu gün, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Bu gün, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Bu gün, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Bu gün, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Bu gün, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Bu gün, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Bu gün, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Bu gün, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Bu gün, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Bu gün, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Bu gün, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Bu gün, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Bu gün, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Bu gün, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Bu gün, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Bu gün, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Bu gün, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Bu gün, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Bu gün, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Bu gün, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Bu gün, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Bu gün, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Bu gün, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Bu gün, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Bu gün, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Bu gün, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Bu gün, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Bu gün, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Bu gün, 12:31
Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Bu gün, 12:27
Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Bu gün, 12:16
Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Bu gün, 12:15
“GL Group”da yeni təyinat - FOTO
Bu gün, 12:14
“Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 12:12
Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Bu gün, 12:11
Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Bu gün, 12:05
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Bu gün, 12:03
Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:02
ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Bu gün, 11:57
Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Bu gün, 11:51
Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Bu gün, 11:44
Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Bu gün, 11:33
“Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Bu gün, 11:28
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Bu gün, 11:20
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Bu gün, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Bu gün, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru