Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Güney Qafqaz səfəri bitib. Əhmədian son olaraq Ermənistanda olub. Orada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş nazir Nikol Paşinyanla görüşüb.
İrəvana yola düşməzdən əvvəl isə o, Bakıda bir sıra görüşlər keçirib. Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Maraqlıdır ki, Prezidentlə görüşdə Əli Əkbər Əhmədian Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və bütün bunlara görə çox sevindiklərini vurğulayıb.
Təbii ki, İranın ali rəsmisinin bölgəmizə səfərində əsas hədəfin nə olduğunu yalnız qapalı müzakirələrin iştirakçıları bilir. Söhbət nədən gedir? Suriyadan, Trampın İrana hücum anonslarından, yoxsa?
Politoloq Elxan Şahinoğluya görə, Əhmədianın Azərbaycana və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın iki ölkəsinə gözlənilən səfərinə hazırlıq məqsədi daşıyır. Məqsəd yalnızca budurmu?
Bu arada gələn xəbərə görə, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Prezident Co Baydenə ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücum variantlarını təqdim edib. Bunu “Axios” üç məlumatlı mənbəyə istinadən yazıb (Axar.az).
Baydenin adı açıqlanmayan köməkçilərinə, o cümlədən Sallivana istinadən ABŞ mediası yazır ki, Suriyadan sonra bütün aspektlərdə zəifləyən İran nüvə hazırlığını sürətləndirə bilər və bu, onun nüvə obyektlərinə cavab tədbirləri üçün əlverişli imkan yaradır.
Həmçinin hücumun niyə 20 yanvar - Trampın andiçmə mərasiminə qədər - tarixinədək olması ilə bağlı iki versiya üzərində müzakirələr gedir: Birincisi, Bayden administrasiyası Trampın İranla dialoqa başlamaq niyyətində olduğunu öyrənib və yeni prezidentin mümkün diplomatik səylərini çətinləşdirmək üçün İrana zərbə endirmək və ya ciddi təxribat törətmək planını ehtiyatda saxlayır.
İkincisi, yanvarda Rusiya və İran arasında strateji əməkdaşlıq sazişi imzalanacaq, bu da ABŞ tərəfindən sərt müqavimətlə qarşılanır. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bu prosesi pozmaq niyyətində olduqlarını bəyan edib. Buna görə də Baydenin ətrafında provokasiyalara təkan verən qüvvələrin olması istisna edilmir. Lakin Bayden hələ də İranın nüvə obyektlərinə zərbə vurmağı “böyük risk” hesab etdiyi üçün qərar qəbul etməyib. Bununla belə, Baydenin prezidentlik müddətinin qalan günlərində fövqəladə hadisələrin baş verməsi istisna edilmir.
Bəs Suriyadan vurulub çıxarılan, Türkiyə amili ilə hesablaşmalı olan qonşu İran Azərbaycan və Ermənistandan konkret nə istəyir? Tehranın təlaşının əsas səbəbi nədir? Əhmədianın səfərinin Bakı-Tehran münasibətlərinə müsbət təsiri mümkünmü? Region səfərinin Azərbaycandan başlanmasının hansısa anlamı varmı?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı hesab edir ki, Azərbaycan Prezidentinin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibədə İranla bağlı səsləndirdiyi fikirlər cənub qonşumuzu geri addım atmağa məcbur edib: “Geridə qoyduğumuz 2024-cü il cənub qonşumuz İran üçün bütün aspektlərdə uğursuzluqlarla yadda qaldı. Xüsusilə, Yaxın Şərqdə uzun müddətdir milyardlarla dollar xərclənilərək formalaşdırılan ”Müqavimət oxu" kiçik nüansları hesaba qatmasaq demək olar ki, yox olmaq həddinə çatdı. Bu rəsmi Tehranı olduqca mürəkkəb geosiyasi xaosa sürüklədi. Hal-hazırda molla rejimi həm öz hakimiyyətlərini qoruyub saxlamaq, həm də ölkə təhlükəsizliyini təmin etmək üçün ciddi səylə nüvə silahı əldə etmək istəyir. Belə olduğu təqdirdə İrana qarşı hərbi əməliyyatların başlaması daha da aktuallaşır. İran rəsmiləri baş verən proseslər fonunda narahatdır və daxili auditoriyanı sakitləşdirmək üçün ənənəvi hədəf dəyişdirmək siyasəti həyata keçirirlər. Bu mənada dini liderin Ərdəbil vilayəti üzrə nümayəndəsinin Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirməsi bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı İranın mənfi ritorikasına qarşı sərt mövqe nümayiş etdirməsi hesab edirəm ki, fars rejiminin geri addım atmasına səbəb oldu. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədinanın ölkəmizə səfər etməsi Tehranın çətin vəziyyətdə olduğunun təsdiqidir. Onlar tədricən başa düşür ki, Azərbaycanla münasibətləri yaxşıya doğru inkişaf etdirmək lazımdır. Ermənistana edilən səfər isə, fikrimcə fərqli motivlərdən qaynaqlanır. Rəsmi İrəvanın Qərblə yaxınlaşması İranın maraqlarına uyğun deyil, bunu biruzə verməsələr də özlərinə təhdid olaraq qiymətləndirirlər. Məhz bu səbəbdən, Ali Şuranın katibi bu məsələ ilə bağlı dini rəhbərin istəklərini Ermənistan rəhbərliyinə çatdırdı".
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bir sıra təhlilçilərindən fərqli olaraq, gələcək Tramp hakimiyyəti dönəmində ABŞ və İran arasındakı münasibətlərdə gərginliklərin artacağını proqnozlaşdırır: “İranın Milli təhlükəsizlik üzrə Ali Şurasının sədri Əli Əkbər Əmədianın Cənubi Qafqaz səfərinin bir neçə istiqamətdə rəsmi Tehranın narahat olmasından asılı olduğunu düşünürəm. Suriya hadisələrindən sonra regionda nüfuzunun düşməsi, proseslərə əvvəlki kimi təsir etmək imkanının məhdudlaşması İranı ən azı qonşuları ilə münasibətləri bir də yoxlamağa məcbur edib. Ərdəbildə İran mollasının Azərbaycan və Türkiyəyə təhqirlərindən sonra bu hadisəyə hər hansı hüquqi qiymətin verilməməsi iki ölkə arasında onsuz da bir çox məqamlar üzrə soyuq olan münasibətlərə bir az da əlavə təsir etdi.
Normalda Azərbaycan Prezidenti bu səviyyəli məmurları adətən özü qəbul etmir. Amma belə bir görüş baş tutubsa, deməli, çox vacib məsələlərlə bağlı məlumatlar gətirdiyi üçün prezidentlə görüş xahiş olunub. Prezidentin mətbuat nümayəndələri ilə görüşdə İranla bağlı verdiyi açıqlamalar, Azərbaycan və Ermənistan arasında olan münasibətlərdən dolayı İranın indiyə kimi tutduğu mövqeyə verdiyi qiymət, ali dini rəhbərin təyin etdiyi mollanın Azərbaycanı təhqir etməsində məsuliyyəti də məhz ali dini liderin daşıdığı fikirləri, görünür ki, İran rəhbərliyini çox narahat edib. Onsuz da son hadisələrlə bağlı İran rəhbərliyindən sızdırılır ki, baş verənlər prezident Pezeşkian komandasının yox, dini rəhbərə yaxın olanların işidir. O səbəbdən, çox güman ki, bu səfərdə İran daxilində baş verənlərin görünməyən tərəfləri barədə məlumatlar verməklə bir növ özlərini sığortalamağa hesablanıb. Çünki dediyim kimi, İranı yaxın gələcəkdə çox ağır imtahan gözləyir. Hazırda dünyada gedən proseslər o səviyyədədir ki, elə vəziyyət yarana bilər ki, İranı nə Rusiya, nə də Çin müdafiə etsin. Çünki Çin gələcəkdə özünə qarşı olacaq planların mahiyyətindən xəbərdardır və bu planların işə düşməməsi üçün bütün istiqamətlərdə işlər görməyə çalışır. Rusiya isə düşdüyü bataqlıqdan çıxmaq üşün müxtəlif yollar axtarışındadır. O səbəbdən İranın narahatçılığının əsası var. Bəzilərinin Tramp hakimiyyətinin İrana qarşı daha loyal siyasət yürüdəcəyi ilə bağlı fikirlərini bölüşmürəm. Hesab edirəm ki, Tramp hakimiyyəti dövründə ABŞ-İran münasibətlərində indikindən daha çox gərginliklər olacaq və bu gərginlik rəsmi Vaşinqtonun hərəkətliliyini artıracaq. Dediyim kimi ilk məqsəd İranı müdafiə edəcək qüvvələrin loyallaşdırılmasıdır və bu istiqamətdə işlər davam edir. O səbəbdən düşünmürəm ki, yaxın 10 gün ərzində Bayden hakimiyyəti İranla bağlı radikal addımlar atsın. Əslində belə bir addımın atılması Trampın işinə daha çox yarayar. Çünki belə olan halda problemi başladanın Bayden komandasının olduğu üzdə olacaq. Amma bundan maksimum şəkildə Tramp hakimiyyəti yararlanmaq məqsədilə planlarını həyata keçirəcək".
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
• Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27 |
|
|
|
• Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22 |
|
|
|
• Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14 |
|
|
|
|