Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... .....                     “Kriti Vüsal” həbs edildi .....                     Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar .....                     Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... .....                     ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir .....                     Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... .....                     Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək .....                     Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? .....                     Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası .....                     Moskvadakı azərbaycanlılar üçün məcburi qayda .....                     Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub .....                     Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... .....                     Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır .....                     Ermənistanda qalmaqal: .....                     Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... .....                     Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? .....                     Rusiyadan Azərbaycan açıqlaması: .....                     “İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” .....                     Hindistan Azərbaycandan qisas almağa çalışır .....                     Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” .....                     Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir .....                     "Aralıq yerdə olan kafelər burdan daha hörmətlidir..." .....                     Şahin Şıxlinskinin Rusiya dövləti tərəfindən girov götürüldüyü TƏSDİQLƏNİR .....                     Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu .....                     Paşinyanın geri çağırdığı səfirin əmlakı AÇIQLANDI .....                     "Qarabağ" bu futbolçu üçün 2,5 milyon təklif edir, klubu 5 milyon istəyir .....                     Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı .....                     Əmrullayev hər il HESABAT VERSİN: Nə iş görüb, nə iş görməyib... .....                     Bakıda arvadı ilə mübahisə edən kişi qaynını döydü .....                     Tüpürcəyə belə dəyməyən Avropa dəyərləri .....                     AZERCELL bunu da etdi: 20 illik abunəçiliyə son... .....                     Teymur Musayev işdən çıxdı .....                     Oruçoğlu Zakir Həsənovun müşaviri TƏYİN EDİLİB .....                     Qreta Tunberqi həbsxanaya salmaq təklif olunur .....                     Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır: Amma şəhər heç dəyişmir… .....                     Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olundu .....                     “25 il keçib onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur” .....                 

“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Tarix: 10-01-2025, 17:29 | Çap et
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...”
Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsilə ayrılan qrantların səmərizliyi ilə bağlı “Səmərəli menecer hər manatın qədrini bilər...” başlıqlı növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:

Bu gün ölkədə elə bir ailə tapmaq mümkün deyil ki, təhsilin durumundan razı olsun. Vətəndaşın öz durumundan və dövlətin vətəndaşına olan qayğısından məmnunluğu təhsil sisteminin keyfiyyətindən daha çox asılıdır, nəinki digər qurumların fəaliyyətindən. Təhsil sistemində minlərlə problem və təşəbbüslər var ki, maliyyə təminatsızlığı səbəbi ilə illərlə həll edilmir. Təhsil problemlərinin həllində mühüm alətlərdən biri də təhsilə dair layihələrə qrantların verilməsidir. Bizim təhsilin ağır durumda olması səbəblərindən biri də universitetlərə, vətəndaş cəmiyyətinə, ekspertlərin faydalı və əhəmiyyətli təşəbbüslərinə qrantların verilməməsidir. Ötən yazımızda dediyimiz kimi, təhsil siyasəti tərsinə qurulduğu kimi, deyəsən, təhsildə qrant siyasəti də tərs qurulub...

Son illər Elm və Təhsil Nazirliyi(ETN) təhsil layihələrinə qrant verməyə başlayıb. Amma verməsə idi, daha yaxşı olardı. Çünki, bu qrantların təhsilə köməyi heç hiss edilmir, əbəs yerə pullar havaya sovrulur. ETN keçən il QHT-lər üçün veridiyi təhsil qrantları da əvvəlki illərdəkindən heç nə ilə fərqlənmədi. ETN ""Gilavar Fotoqrafiya Məktəbi" təlim kursu" adlı layihəyə qrant verib. ETN bu "layihə"yə qrantlar verməklə təhsilin inkişafına nail ola bilərmi? Belə "seçim", görəsən, təhsilə olan biganəlikdən, dostlara olan hörmətdən, yoxsa selfi çəkdirməyə olan məhəbbətdən qidalanır? Belə yanaşma ilə gələn il də, yəqin, "Fotomodellərin hazırlığı kursu" layihəsinə təhsil qrantı verərlər...

Digər bir layihə belə adlanır: "Təhlükəsiz gələcək! - Şagirdlərin təhlükəsizlik hüququnun təmin edilməsi". ETN məktəblilərin təhlükəsizliyi üçün 10 ildir "Məktəblinin dostu" adlı "İnnovasion" və "aktual" meqa-layihə icra edir, hər il buna milyonlarla pul ayırır. Bu il də əlavə bir neçə milyon ayıracaq. Belə bir vəziyyətdə bu problemin həllinə mikroqrant ayırmağın mənası nədir? Onsuz da yarıtmaz təhsil siyasəti nəticəsində məktəblilər məktəbdə yox, repetitor yanında dərs alırlar, bu məsələyə "xüsusi" diqqət yetirməyin nə mənası?..

Başqa bir qrant "Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi" adlanır. 10 il "Məktəblinin dostu" kimi möhtəşəm "layihə"nin fəaliyyət göstərdiyi məktəblərdə niyə məktəbli münaqişələri olmalıdır ki? Bu "dostlar" hara baxır, nə edir ki, məktəblilər arasında münaqişələr yaranır və bu münaqişəni də ştatlı "dostlar" yox, həmyaşıdlar həll edir? Bəlkə məktəblər daha "razborşik”lər hazırlayır, xəbərimiz yoxdur? Sonra da təəccüblənirik ki, oğru dünyasına aid mahnılar təhsil müəssisələrində niyə səsləndirilir? Bəlkə daha yaxşı olar ki, "Məktəblinin dostu" layihəsinin uğursuzluğunun səbəbləri" adlı layihəyə qrant verərdiniz? Bu layihənin real icrası belə cəfəng ideyanın bizim reallığa uyğun olmadığını, müəllim-şagird münasibətlərini zədələdiyini, onun tam mənasız olduğunu üzə çıxarardı. Bu layihənin nəticəsi həm faydalı, həm də əsl mənada təhsildə rasionallaşmaya xidmət edərdi, 10 miyonlarla büdcə pulu belə mənasız işlərə israf edilməzdi, təhsilin konkret problemlərinin həllinə yönələrdi...

Növbəti "möhtəşəm" qrant "Birlikdən biliyə" adlanır. Belə qeyri müəyyən, konkret olmayan layihənin təhsilə təsir gücü nə olacaq? Belə boş layihələrə qrantlar verməkdə ETN-nin məqsədi nədir? Bəlkə təhsil qrantları müsabiqəsi dostlara ünvanlı sosial yardım proqramıdır?..

Əvvəlki illərdə də təhsil layihələrinə verilən qrantların çox hissəsi təhsilə aidiyyatı olmayan, təhsil problemlərinin real həllinə xidmət etməyən ideyasız layihələr olub. Bir neçə QHT- nin eyni müsabiqədə maksimal məbləğdə (100 min manat) eyni vaxtda 2 qrant alması kimi halların olması faktları da var.

Əvvəlki illərdə də səmərəsiz təhsil qrantlarının verilməsi mövzusunda ekspertlər tərəfindən xeyli məqalələr yazılmışdır, amma nə faydası? "Dəyirman" yenə də öz işindədir. ETN heç vaxt ictimai rəyi nəzərə almayıb, görünür şəxsi və qrup maraqları olan yerdə, milli və dövlət maraqları, ictimai rəy onlara lazım deyil.
Ölkə prezidenti İlham Əliyevin ictimai nəzarət haqqında bildirdiyi fikirlər də heç nəzərə alınmır:
“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...”

Ölkənin maliyyə resurslarının belə israfı nə deməkdir? Eyni zamanda "Universitetlərin innovativ infrastrukturunun yaradılması", "Universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsi", "Müəllimlərin distant təkmilləşdirməsi kurslarının təşkili" kimi aktual təhsil layihələri kənara atılır. Belə "seçim"lərin edilməsi, görəsən, səriştəsizlikdəndir, yoxsa ölkə təhsilinin inkişafına zərbə vurmaq niyyətindəndir? Yəqin ki, bu qrantlar da əvvəlki illərdə olduğu kimi, güzəştlə verilib? Amma sözdə səriştəsiz fəaliyyəti pərdələmək üçün gəlişi gözəl ifadələr işlətmək heç yaddan çıxmır: "Təhsildə güzəşt vətənə xəyanətdir" (E. Əmrullayev). Görünür "islahatçı" nazir imici yaratmaq üçün belə söz oyunu da lazımdır. Reallıqda isə .... 500 min manat qrant büdcəsini ədalət və səmərə ilə xərcləyə bilməyən bir qurum, 5 milyardlıq təhsil büdcəsini səmərəli xərcləyə bilərmi? Dəniz suyunun dadına baxmaq üçün dənizin suyunu tamam içməyə ehtiyac yoxdur, bu sudan 1 qurtum içmək bəsdir...

Bəlkə təhsilin bugünkü tənəzzülünün əsas səbəbini elə illərlə təhsildəki səhv maliyyə siyasətində axtaraq?.. Bu necə ola bilər ki, son illər təhsil büdcəsi 5 dəfə artıb, amma təhsil geriləyib? Belə "təhsil islahatı" hansı ölkədə olub? ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub. Belə güzəştlər təhsilə, cəmiyyətə, dövlətin təhsil və səmərəli maliyyə siyasətinə zərbədir. Xüsusən də təhsilə dair bütün qlobal reytinqlərdə daim aşağı pillələrdə olduğumuz bir zamanda belə israfçı qrant siyasətinin illərlə davam etməsi ciddi suallar doğurur. ETN bu suallara cavab versə, yaxşı olardı...

İlham Əhmədov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru"
Moderator.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!
Bu gün, 14:33
“Kriti Vüsal” həbs edildi - VİDEO
Bu gün, 14:18
Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO
Bu gün, 13:42
Solovyov yenə də Azərbaycandan üzr istəmək məcburiyyətində qalacaq... - əvvəllər olduğu kimi...
Bu gün, 13:30
ŞƏT 2025: Asiya güc toplayır, Azərbaycan yeni Avrasiyanın mərkəzlərindən birinə çevrilir - İNCƏLƏMƏ
Bu gün, 13:23
Tərtərdə biabırçılıq: Kişi evinə rus qadını gətirdi, keçmiş arvadını isə... - TƏFƏRRÜAT
Bu gün, 13:16
Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
Bu gün, 13:13
Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan? - "Middle East Institute"
Bu gün, 13:11
Fuad Nağıyevin “romantikası”: qışda çimərlik məcarası – REPLİKA
Bu gün, 13:04
Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir
Bu gün, 12:57
Məktəb direktorunun ölkədən çıxışına qadağa qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 12:56
Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub - FOTO
Bu gün, 12:51
Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil... - ÇÜNKİ...
Bu gün, 12:42
Rusiya FTX qondarma Azərbaycan diasporu yaradır - GÖZLƏNİLƏN İDİ...
Bu gün, 12:37
Ermənistanda qalmaqal: - Bakı ilə Sülh Müqaviləsində xəritələrə istinad çıxarılıb?
Bu gün, 12:35
Putinin etdikləri ilə, dedikləri TAMAM FƏRQLİDİR... - ONA QALSA...
Bu gün, 12:33
Prezidentin töhmətinə icra başçısının şok reaksiyası: Ləğv qərarı verilir? - GƏLİŞMƏ
Bu gün, 12:29
Rusiyadan Azərbaycan açıqlaması: - Bu, bizim üçün çox vacibdir
Bu gün, 12:26
“İmtahansız qəbul tələbələrə həm təhsil almaq, həm də öz bacarıqlarını sınamaq imkanı verir” -DOSENT
Bu gün, 12:25
Hindistan Azərbaycandan qisas almağa çalışır - Əliyev
Bu gün, 12:22
Azərbaycanda bu kinoşünaslara 4000 manat pul veriləcək - SİYAHI
Bu gün, 12:19
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
“Azərbaycana qarşı İranla birgə “SVO” keçirə bilərik” - Solovyov yenə sərsəmlədi...
Bu gün, 12:13
Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir
Bu gün, 12:06
"Aralıq yerdə olan kafelər burdan daha hörmətlidir..." - GİLEY
Bu gün, 12:04
Şahin Şıxlinskinin Rusiya dövləti tərəfindən girov götürüldüyü TƏSDİQLƏNİR - “Onunla 2 FSB agentini dəyişmək istəyirlər”
Bu gün, 11:53
Bakıda ŞOK CİNAYƏT: azyaşlıları zorla dilənçiliyə cəlb edən tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:49
Paşinyanın geri çağırdığı səfirin əmlakı AÇIQLANDI - SİYAHI
Bu gün, 11:46
"Qarabağ" bu futbolçu üçün 2,5 milyon təklif edir, klubu 5 milyon istəyir - Görünəni odur ki...
Bu gün, 11:40
Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
Əmrullayev hər il HESABAT VERSİN: Nə iş görüb, nə iş görməyib... - ÇAĞIRIŞ
Bu gün, 11:34
Bakıda arvadı ilə mübahisə edən kişi qaynını döydü - HÖKM
Bu gün, 11:31
Tüpürcəyə belə dəyməyən Avropa dəyərləri - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:26
AZERCELL bunu da etdi: 20 illik abunəçiliyə son... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:24
Teymur Musayev işdən çıxdı - Yerinə təyinat
Bu gün, 11:05
Oruçoğlu Zakir Həsənovun müşaviri TƏYİN EDİLİB - FOTO
Bu gün, 11:03
Qreta Tunberqi həbsxanaya salmaq təklif olunur
Bu gün, 11:00
Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır: Amma şəhər heç dəyişmir… - İcazə verin, şübhələnək...
Bu gün, 10:56
Yeganə Ramazanova nazirlikdən ayrıldı, yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA
Bu gün, 10:53
“25 il keçib onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur” - Elçibəyin köməkçisi müxalifətdən şikayətləndi
Bu gün, 10:47
Azərbaycanlı iş adamının 25,5 milyard dollar sərvəti var
Bu gün, 10:36
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 10:32
"Universitetə sənədlərimi də təqdim edə bilməmişəm... - Hələ qalmaq üçün yer də tapmalıyam"
Bu gün, 10:31
Həbsdəki hakimə yenidən cinayət işi açıldı - BU DƏFƏ...
Bu gün, 10:28
Kürəkənini ilə mübahisə edən qayınata onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:20
Onlar bu gündən iş başında olacaqlar
Bu gün, 10:17
Durov səkkiz aya 4 milyard dollardan çox qazandı - “Blumberq”
Bu gün, 10:13
DSMF avtomobil parkını yeniləyir - 1 milyon ayrılacaq
Bu gün, 10:05
"FINCA Azerbaijan"ın İcraçı Direktoru Timoti Tarrant 12 illik CEO fəaliyyətini başa çatdırır
Bu gün, 10:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru