Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                 

Bərxudarovla Münasib Babayevin adı 143 milyonluq yeyintidə - “Evlərinin bazarlığına qədər…”
Tarix: 17-10-2024, 08:25 | Çap et
Bərxudarovla Münasib Babayevin adı 143 milyonluq yeyintidə
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı həbs olunanların məhkəməsində general-mayor Mais Bərxudarov və Münasib Babayevin ünvanına ciddi korrupsiya ittihamları səsləndirilib.

İddia olunur ki, sabiq korpus komandirləri evlərinin bazarlığından tutmuş, təmiri, başqa ehtiyaclarına qədər, əksər xərclərini korrupsiya hesabına qarşılayıblar.

Bu iddiaların araşdırılması məqsədilə də onların məhkəməyə çağırılaraq dindirilməsi tələb olunub.

Söhbət Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadənin məhkəməsindən gedir.

Generallarla bağlı korrupsiya ittihamları, onların dindirilməsi tələbi da bu məhkəmədə səsləndirilib.

Hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində təqsirləndirilən Vüsal Əlizadənin mənzilinin üzərindən həbsin götürülməsi, həmin evin 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işinin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iştirakı ilə satılması və əldə olunan vəsaitin dəymiş ziyanın ödənilməsinə yönəldilməsinə qərar verilib.

Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müvəkkilinin Hövsanda olan evinin üzərindən həbsin götürülməsini istəyib.

Vəkil bildirib ki, həmin ev Cəlal Kazımovun həyat yoldaşı Nüşabə Kazımovanın adınadır.

Onun sözlərinə görə, həbs götürülsə, ev satılar və dəymiş ziyanın ödənilməsinə yönəldilər.

Daha sonra təqsirləndirilən polkovnik Bayram Bayramov ifadəsinə əlavələr olduğunu bildirib, ona əlavə ifadə vermək üçün şərait yaradılıb.

2018-ci ilin fevralından 2019-cu ilin noyabr ayına qədər “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işlədiyini deyən Bayram Bayramovun sözlərinə görə, 2018-ci ildə 270 min 482 manat, 2019-cu ildə isə 253 min 702 manat vəsait kənarlaşdırılıb:

“Maliyyə Nazirliyinin yoxlama aktında bundan əlavə, 24 min manat qanuni ödənilən məbləğ də kənarlaşdırılan məbləğ kimi göstərilib. Bu da mümkün deyil. Bu məbləğin mənimsənilmədiyini 2019-cu ildə maliyyə fəaliyyətimizi yoxlamış Süleyman Abbasov da öz ifadələrində təsdiq edib”.

Bayram Bayramov bildirib ki, 2019-cu ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək digər hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib və həmin dövrdə 3 milyon 787 min 341 manat vəsait kənarlaşdırılıb.

Təqsirləndirilən polkovnik əlavə edib ki, hərbi hissə komandirinin yeməkxana xərcləri, hərbi hissəyə gələn qonaqların və hərbi hissənin digər xərclərinin ödənilməsi üçün hər ay Beyləqan rayonunda yerləşən “Real market”ə və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 2 min manat pul ödənilib. Bu isə 24 ay ərzində 48 min manat edib.

Bayram Bayramovun sözlərinə görə, “Real market” və “Zirvə”yə pulu onlar ödəsə də, mağazalardan malları general Mais Bərxudarovun yavəri Ülfət Abbasquliyev, mühasibi Rüfət Quliyev və ya sürücü ilə aşpazından biri gəlib aparırmış.

Bundan başqa, hərbi hissə komandiri Xalid Məmmədovun şəxsi ehtiyaclarına da 2018-ci ilin fevral-aprelində aylıq 6 min manatdan olmaqla, 18 min pul verilib.

Bayram Bayramov deyir ki, Xalid Məmmədovdan sonra onun vəzifəsini tutan Rəşad Salmanova da aylıq 6 min manat verilməsi ənənəsi davam edib və 18 ay ərzində 108 min manat ona pul çatdırılıb.

Təqsirləndirilən polkovnik Bayram Bayramov həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş, sonradan isə özü ayrıca korpus komandiri olan general-mayor Münasib Babayev haqqında da danışıb.

Onun sözlərinə görə, Münasib Babayevə 26 ay ərzində aylıq 3000 manat pul verirdi. Bu da ümumilikdə 78 min manat edib:

“Bundan əlavə, Hadrut qəsəbəsində yaşadığı evə alınan elektrikli kombi və kabel üçün 8000 manat ödəmişəm. Füzuli rayonu işğaldan azad ediləndə 10 qoyun qurban kəsdirdi ki, bu da 2000 manat elədi. O pulu mən verdim. Söz vermişdi ki, qaytaracaq. Amma qaytarmadı. 2021-ci ilin aprel ayında 10000 manat kömək istədi, mən də verdim”.

Bayram Bayramov əlavə edib ki, Münasib Babayevin Hadrutdakı evinin bazarlığına görə də ayrıca pul xərclənirdi.

Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustuna qədər aylıq bu istiqamətdə 6000 manat pul gedirdi. Bu məqsədlə pul mühasib Rüfət Quliyevə verilsə də, alış-verişi ya sürücüsü Xəyal, ya da evin aşpazı edirdi.

O, ifadəsinin sonunda Mais Bərxudarov, Münasib Babayev, Ülfət Abbasquliyev, Xalid Məmmədov və digər adlarını çəkdiyi şəxslərin məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Digər təqsirləndirilən şəxslər də onun vəsatətini müdafiə ediblər.

Prokuror Fuad Musayev generallar və digər şəxslərin dindirilməsilə bağlı vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Lakin bundan əvvəl maraqlanıb ki, niyə Mais Bərxudarova, Münasib Babayevə pul verirdi?

Bayram Bayramov cavabında bildirib ki, ondan əvvəl artıq belə ənənə formalaşdırılmışdı: “Məndən əvvəl də belə edirdilər”.

Təqsirləndirilən polkovniklər həm də şikayətləniblər ki, 33 aydır ki, həbsdədilər.

Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə ilə bağlı cinayət işi 2022-ci ilin əvvəlində başlayıb.

Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb.

Bu səbəbdən də Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir.

Korpus komandirləri Mais Bərxudarov və Münasib Babayev təxminən 10 gün əvvəl vəzifədən azad edilib.

diaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Bu gün, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Bu gün, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Bu gün, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Bu gün, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Bu gün, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru