Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi… .....                     Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib .....                     Regionda sülh havası güclənir .....                     “Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq” .....                     Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib .....                     AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? .....                     Milli Qəhrəmanların sayı 224-ə çatdı .....                     Azərbaycanlı iş adamına futbolla bağlı .....                     Laçında restoranda İNSİDENT: həbs olunanlar var .....                     Bakıda bu məktəbə yeni direktor təyin olundu .....                     Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili .....                     Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb .....                     9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq .....                     "Mən təkəm, onlar atamın sağlığında olmalı idi" .....                     Həkimsiz və məntəqəsiz kəndlər .....                     “Xəbəri yolda gələndə eşitdim” .....                     “PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb .....                     Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir .....                     “Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib .....                     Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır .....                     Fond 200 milyon manata mənzillər almaq istəyir .....                     "Ramiz Mehdiyev üçün ən ağır cəza budur" .....                     Əri həbs olunan qadın .....                     Prezidentin Milli Qəhrəman adı verdiyi .....                     Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya .....                     Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb .....                     UNUDULMADI: Milli Qəhrəman adı aldı... .....                     Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib .....                     Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub .....                     Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib .....                     Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib .....                     Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib .....                     "Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi! .....                     Pəncəli Teymurova Milli Qəhrəman adı verilib .....                     Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib .....                     "Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi .....                     Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... .....                     “Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb .....                     ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu .....                     Simonyan yeni “müharibə”ni elan etdi .....                 

Sadıkovla Qaralov yenidən GÜNDƏMDƏ... - “O cinayətin məqsədi…”
Tarix: 8-10-2024, 17:58 | Çap et
Sadıkovla Qaralov yenidən GÜNDƏMDƏ...
Artıq neçə ildir “Tərtər işi” məfhumu ölkənin ictimai-siyasi həyatına daxil olub. Bu mövzu vaxtaşırı gündəmə gəlir. Prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürdükdən və hüquq mühafizə orqanlarını müvafiq göstəriş verdikdən sonra məsələ yenidən araşdırıldı. Xeyli sayda ittiham olunan şəxs bəraət aldı, neçə adam həbsdən azadlığa çıxdı. Keçirilən məhkəmədə ədalətli qərarlar verildi.

Son günlər məsələ yenidən aktuallaşıb. General Mayis Bərxudarovun korpus komandiri vəzifəsindən azad edilməsindən sonra belə iddialar dolaşır ki, o və digər generallar işdən “Tərtər işi”nə görə uzaqlaşdırılıb.

Məhkəmə prosesində Mayis Bərxudarovun, Hikmət Həsənovun və digər yüksək rütbəli zabitlərin adları işgəncə faktlarında hallanıb. Deyilir ki, bu məsələ gündəmdə olduğu üçün işgəncələrdə adları keçən hərbçilər zaman-zaman tutduqları vəzifələrdə çıxarılır.

Xatırladaq ki, “Tərtər işi”nə Milli Məclisin iclaslarında da toxunulub. Globalinfo.az həmin vaxt mövzu ilə bağlı təhlil məqalə dərc etmişdi. MM-in komitə sədri Zahid Orucun bu mövzuda çıxışı böyük rezonans doğurmuşdu. Z.Oruc “Tərtər işi”ndə adları keçən məmurları, generalları sərt dildə tənqid etmişdi, onları Prezident İlham Əliyevdən, xalqdan və işgəncə qurbanlarının ailələrindən üzr istəməyə çağırmışdı.

Zahid Oruc həmin çıxışda daha çox hərbi prokuror Xanlar Vəliyevi və keçmiş baş prokuror Zakir Qaralovu ittiham etmişdi.

Deputatın çıxışından sitat: “Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, Ordumuzdan və qurbanlardan üzr istəməlidir”.

Xanlar Vəliyev bu ittihamlara sərt reaksiya vermişdi. Hərbi prokurorun dediklərindən sitat:

“Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni “nağıl” adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.”

diaaz.space xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, “Tərtər cinayəti” Azərbaycanın hərb tarixinə düşmüş ən qara ləkədir.

O, belə bir işgəncənin tarixdə görülmədiyini bildirib:

“Tarixdə belə bir şey olmayıb ki, sənin öz generalların, zabitlərin elə öz hərbçilərini amansız şəkildə təhqir etsin, vəhşicəsinə döyüb-öldürsün. Bunları isə etməkdə səbəb odur ki, həmin əsgərlər 2016-cı ildə gedən Aprel döyüşlərində Azərbaycanın uğuruna imza atıblar. Bu baxımdan “Tərtər cinayətində” iştirak edən hər kəsin cəzası çox ağır olmalıdır. Zahid Oruc deyir ki, üzr istəsin və s. Bununla “Tərtər cinayətinin” qisası alına, əvəzi ödənə bilməz. “Tərtər işi”ndə iştirak edənlər Azərbaycanın ən ağır cinayət maddəsi ilə ittiham olunmalıdırlar. Çünki burada faktiki olaraq dövlətə xəyanət var. O cinayətin məqsədi ermənilərə qarşı uğur qazanan Azərbaycan oğullarından qisas almaq idi”.

H.Oğuz deyib ki, təkcə M.Bərxudarovla məsələ bitmir:

“Burada təkcə Mayis Bərxudarovun və ya onun kimi bir neçə generalın cəzalandırılması azdır. Ora rəhbərlik edən, onun istintaqını aparan hər kəs, o cümlədən Xanlar Vəliyev, Zakir Qaralov da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmçinin, Azərbaycanın o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov da cinayət məsuliyyətinə cəlb olunmalı və ən ağır cəzaya layiq görülməlidir. Məsələ orada təkcə hansısa bir əməliyyatın qisasını almaqdan getmir. Orada həm də Azərbaycan insanının, xalqının mənən çökdürülməsinə hədəflənmiş bir cinayət hadisəsi var. Bilirsiniz, dünyada bir neçə hərb dövləti var ki, onlardan biri də türklərdir. Hərb dövlətindən, ordusundan bu cür qisas almaq, aşağılamaq onu tamamilə məhv etmək deməkdir”.

Siyasi şərhçinin fikrincə, bir tək ermənilər əsir düşmüş insanlarımıza o cür davranmış olar:

“Bu da o deməkdir ki, atılan addımlar səni mənən yox etmək, sındırmaq, kölə etmək, millət kimi tarixdən silməyə hesablanmışdı. Həqiqətən də orduda millətin başına bu cür oyun gətiriləndə belə nəticələr əldə etmək olar. Məsələn, vikinqlər var idi, amma bu gün yoxdular. Niyə? Çünki tarixin keşməkeşlərindən süzülə-süzülə gəlib, bu günlərə çıxa bilməyiblər. Amma Azərbaycan xalqı, türk milləti gəlib çıxa bilib. Türk millətini bu şəkildə alçaltmaq, təhqir etmək o deməkdir ki, bizi sabah tarixdən silmək istəyirdilər. Ona görə də bunun cəzası çox ağır olmalıdır”.

H.Oğuzun sözlərinə görə, bu, təkcə Azərbaycan xalqının yox, həm də Türk dünyasına təhqirdir və bunun qisası onlardan alınmalıdır:

“Burada məqsəd bizi bir türk xalqı kimi tamamilə məhv etmək, köləliyə alışdırmaq idi. Bunun da arxasında təbii ki, imperialist qüvvələr, böyük ehtimalla rus imperializmi dayanırdı. Fikrimcə, bu, Vətənə xəyanətdir. Ona görə də adıçəkilən şəxslər “Vətənə xəyanət” maddəsi ilə həbs olunmalı və ən ağır cəzaya layiq görülməlidirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…
Bu gün, 21:07
Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 21:04
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Bu gün, 19:10
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Bu gün, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Bu gün, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Bu gün, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Bu gün, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Bu gün, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Bu gün, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Bu gün, 17:16
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Bu gün, 17:09
9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq - ŞOK VİDEO
Bu gün, 17:07
"Mən təkəm, onlar atamın sağlığında olmalı idi"
Bu gün, 17:01
Həkimsiz və məntəqəsiz kəndlər - Kimin ümidinə qalıb?
Bu gün, 16:54
“Xəbəri yolda gələndə eşitdim” - Pəncəli Teymurovun anası
Bu gün, 16:52
“PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 16:49
Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir - GƏLİŞMƏ
Bu gün, 16:47
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib - FOTO
Bu gün, 16:43
Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır
Bu gün, 16:41
Fond 200 milyon manata mənzillər almaq istəyir - DETALLAR
Bu gün, 16:40
"Ramiz Mehdiyev üçün ən ağır cəza budur" - ŞOK AÇIQLAMA
Bu gün, 16:39
Əri həbs olunan qadın özünü 22-ci mərtəbədən atdı
Bu gün, 16:37
Prezidentin Milli Qəhrəman adı verdiyi Pəncəli Teymurovun DOSYESİ
Bu gün, 16:31
Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya
Bu gün, 16:29
Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb - FOTO
Bu gün, 16:25
UNUDULMADI: Milli Qəhrəman adı aldı... - İlk hərbi təyyarəçimiz...
Bu gün, 16:20
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib - ADLAR
Bu gün, 16:19
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:17
Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Bu gün, 16:16
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 16:15
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib - SİYAHI
Bu gün, 16:12
"Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi!
Bu gün, 16:10
Pəncəli Teymurova Milli Qəhrəman adı verilib - SƏRƏNCAM
Bu gün, 16:08
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 16:00
"Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi
Bu gün, 14:45
Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... - GUYA...
Bu gün, 13:28
“Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
Bu gün, 13:16
ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu - BU NƏDİ BELƏ?
Bu gün, 13:01
Simonyan yeni “müharibə”ni elan etdi - 26 il əvvəlki faciə təkrarlana bilər
Bu gün, 12:57
“KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” - “İcra başçısı sistemi öz effektivliyini itirib”
Bu gün, 12:54
Qəzetlər öz varlıqlarını qorumalıdırlar - Akif Aşırlı
Bu gün, 12:50
"Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48
"PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43
Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32
Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30
“Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25
Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22
Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru