Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq .....                     Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Daxili savaş gedir, .....                     Bəzi dağlıq ərazilərdə arabir duman olacaq .....                     İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... .....                     İsrail-İran gərginliyi: .....                     Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub .....                     “Vəziyyət ağırlaşır, bacaranlar Tehranı tərk edir” .....                     Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi .....                     Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub .....                     Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı... .....                     Binəqədidə tikinti anarxiyası .....                     Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın! .....                     Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir .....                     Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ .....                     "Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: .....                     FHN "Azercell"lə anlaşdı .....                     NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... .....                     Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək .....                     Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub .....                     Paşinyan yenə kilsədən yazdı .....                     7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu .....                     Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq .....                     Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək .....                     Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü .....                     “Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? .....                     İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər .....                     Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi .....                     Baş prokuror Ləmbəranskini işdən çıxardı .....                     “Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” .....                     Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub .....                     Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı .....                     Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır .....                     “Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib .....                     Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... .....                     Tikinti şirkəti səhmdarlarına .....                     Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır .....                     Xameneyi: Döyüş başlayır .....                     İşəgötürənlər bunu etməyə borcludur... .....                 

Mikayıl Cabbarovla gələn son dəyişikliklər nəyə xidmət edir? - Və ya... Cəsarət müəllimdən cəsarətli jest
Tarix: 8-09-2015, 08:56 | Çap et
Mikayıl Cabbarovla gələn son dəyişikliklər nəyə xidmət edir?
DİA.AZ: - Ötən son həftələrdə, dəqiq xatırlamadığım saytların birində Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QNT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehlinin “Universitet – strateji dəyər və ya...” ( Qaldırılan ballar nəyi dəyişəcək...) sərlövhəli yazısı diqqətimi çəkdi. Bir anlığa İTV kanalının “Açıq dərs” proqramının üç il əvvəlki buraxılışındakı vur-çatlasın yadıma düşdü. Yəni həmin buraxılışın format baxımından əsas özəlliyi o idi ki, verilişə müəllim və məktəb direktorları ilə yanaşı, xeyli valideyn də dəvət olunmuşdu. Başlanğıcda aparıcı Cəsarət (o zaman Valehov) elan etdi ki, bu günkü mövzumuz “Məktəblərdə müəllim-valideyn assosiasiyaları”dır. Doğrusu, ilk anda ağlıma gəldi ki, yəqin burada tar-mar edilmiş məktəb mühitinin bərpası, bərpa prosesinin, eləcə də ailə-məktəb münasibətlərinin harmonikləşdirilməsi və funksionallaşdırılması üçün yaradılacaq assosiasiyaların rolu haqqında söhbət gedəcək...Nə isə, əvvəlcə aparıcı, sonra isə ekspert qismində dəvət olunmuşlar çıxış etməyə başladılar. Bu adamlar “müəllim-valideyn assosiasiyaları” ideyasını təriflədilər, nə təriflədilər. Sanki bu “assosiasiyalar” təhsilimizin “iksir”idir, onlar yaradılan kimi, Mərdanovun yerlə-yeksan etdiyi təhsilimiz nizama düşəcək: məktəblərdə rüşvət alınmayacaq; təlimin səviyyəsi o dəqiqə yuxarı qalxacaq; repetitorlara ehtiyac qalmayacaq; fondpulu, süpürgəpulu, testpulu və s. yığılmayacaq. Bir sözlə, hamının “fikri” eyni idi: Dünyada geniş təşəkkül tapmış bu “ideya” mütləq bizdə də reallaşmalıdır.
Olsun, buna heç bir sözüm yoxdur. Amma bu günə qədər bizdə yaradılmış belə qurumların hansı hüquq və vəzifələrinin olmasından danışan yox idi. Məsələn, başqa ölkələri demirəm, qonşu Gürcüstandakı kimi, yaradılacaq assosiasiyalara ən azı məktəb direktorunu, müəllimi, metodisti və psixoloqu işə götürmək səlahiyyəti verilmirsə, onların dekorasiya olacağı aydın deyilmi?! Adicə dərslik seçimi hüququ belə olmayan bu insanlardan nazirlik məmurlarının alət kimi istifadə edəcəyini anlamaq beləmi çətindir?
Hisslərimi cilovlaya bilmədim. “Cəsarətsiz Cəsarət, yaxud Açıq dərsdə örtülü bazar” başlığı altında yazım vasitəsilə Valehova sual etdim: Azərbaycan təhsilində ciddi nöqsanların hələ də qaldığı, bu sahədə yüksək inkişaf meyillərinin görünmədiyi, şagird və tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsində lazımi bilik və təcrübələrinin qənaətbəxş olmadığı, Azərbaycanda təhsilin ümumi göstəricilərinin bir çox region dövlətləri ilə müqayisədə çox aşağı olduğu bir şəraitdə “Açıq dərs”də təhsilimizdəki “nailiyyətlərdən” danışmağın anlamı nədən ibarətdir?!
İndi, artıq xeyli müddət keçdikdən sonra hörmətli Valehlinin “Qaldırılan ballar nəyi dəyişəcək “sualına cavab verməyi də özümə borc bildim: Məktəb valideyn komitələrinin müəllim – valideyn assosasiyaları ilə əvəz olunması nəyi dəyişdisə qaldırılan ballar da onu dəyişəcək.
Cəsarət müəllimin bəhs etdiyimiz yazısında keyfiyyətli ali təhsil və mütəxəssis hazırlığı məsələsinə cari ilin ali təhsil müəssisələrinə qəbul prizmasından yanaşaraq gəldiyi qənaət ondan ibarətdir ki, qəbulda minimal keçid balının 200-dən aşağı endirilməməsi nəticəsində universitetlərimiz əvvəlki illərə nisbətən daha keyfiyyətli məhsulla təmin ediləcək. Yəni uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb. Həmin təhsil müəssisələri əsasən tələbə qəbulunda ikinci yerləşdirmədə öz kontingentini formalaşdırıblar. Sadəcə 150 və bir az artıq balla qəbul olunan tələbə qəbul olduğu ali təhsil müəssisəsində elə bu balın ətrafında oxuyaraq məzun olurdu. Əmək bazarına sadəcə kağız-karton diplomla qədəm basan məzunun taleyini oxuduğu 150 ballıq universitet biliyi müəyyən edirdi və nəticədə “diplomlu” işsizlər ordusu sosial problemə çevrilib.
“Beləliklə, gəlinən nəticə hansılardır? Bugünkü minimal biliyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra gedəcəklər. O toxumlar bu gün əkilməlidir ki, biz onların bəhrəsini orta müddətdə görə bilək”.
Düz sözə nə deyəsən, bir şərtlə ki, əmması olmasa. Əvvəla, “uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb” yox, formalaşdırılıb. İkincisi, əlavə qəbul elan etməklə həmin təhsil müəssisələrinin tələbə qəbulunda ikinci yerləşdirmədə kontingentini də özləri yox, biz formalaşdırmışıq. Üçüncüsü, keçid balını 150-yə endirən də elə bizlər özümüzük. Təhsil problemləri ilə az-çox maraqlananlar unutmuş deyillər ki, qəbul imtahanlarında ilk dəfə test sisteminin tətbiq olunduğu 1992-ci ildə müsabiqəyə buraxılış həddi o zamankı TQDK rəhbərliyi tərəfindən 280 bal müəyyənləşdirilmişdi.Yənı, 700 bal sistemində bu biliyin 40 faizini təşkil edir və klassık “5” ballıq qiymətləndirmədə “3” deməkdir. Ekspertlər bu və bu kimi məsələlərə dəfələrlə diqqət çəkib. Hətta TQDK plan doldurmaq, boş yer qalmamaq naminə müsabiqəyə buraxılış bal həddini heç bir qanunauyğunluğa əsaslanmadan istədiyi şəkildə müəyyən etməkdə suçlanaraq ekspertlərin tənqid hədəfinə belə tuş gəlib.
“Vakant yerlər obrazlı desək, bir çox universitetlərin çörək ağacına çevrilib” ifadəsi ilə də razılaşmaq heç cür olmur.Çünkı, bu “ağacı” əkən də , bəsləyən də özümüzük. 6555 boş qalan vakant yerə əlavə qəbul aparılması elə bunun bariz göstəricisidir və təhsilimiz üçün əlavə neqativlərın mənbəyidir. Ya plan yerləri ,keyfiyyətsiz mütəxəssis hazırlığı, ya da yüksək bal hesabına keyfiyyətli təhsil. “Nə şiş yansın, nə kabab” prinsipinə əsaslansaq üçüncü yolun da mövcudluğu mümkünsüz deyil. Bir şərtlə ki, bu yol heç bir halda variativ gedişlər yolu olmamalıdır ki, bu da ayrıca mövzunun söhbətidir.
“Orta statistikalı azərbaycanlı ailəsi hətta nisbətən yüksək ödənişə belə hazırdır ki, övladı normal ali təhsil ala bilsin. Yəni məntiqlə burada boş qalan yerlər heç də ödənışlə bağlı deyil”. Elə isə, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxınının ali təhsil müəssisələrindən imtina etməsi, qeydiyyatdan keçməyənlərin əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin olması hansı anlama gəlir? Belədə deyiblər ki, ölmədik bu günü də gördük. Çalış, vuruş,keçid balını topla, universitet məzunu olmaq arzuna qovuş və birdən ağır zəhmət hesabına qazandığın şərəfli statusdan - tələbə adından imtina et. Paradoks deyilmi? Bu vəziyyətin təhlilinı kim aparacaq ?
O ki, qaldı Cəsarət müəllimin bəhrəsini orta müddətdə görmək istədiyi toxumların əkilməsinə bunun üçün münbit sahə lazımdır. Sahə isə münbitliyindən asılı olmayaraq müəyyənləşdirilib.TQDK sədrinin təbirincə desək müsabiqəyə buraxılmaq şərti elan olunub və bu şərt dəyişməyəcək. “Təsəvvür edin ki, nə qədər variasiyalar ola bilər. Məsələn, IV qrupda bizdə illər boyu ən sevimli ixtisas “Müalicə işi” olub. Ola bilər ki, bu il IV qrupda ən sevimli ixtisas “Baytarlıq” olsun. Nəzəri cəhətdən bu ola bilər. Birdən hamı baytar olmaq istəyə bilər və hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bunu heç kim bilmir. Uşaqlara nə təsir edəcək?! Valideynlərin təsiri və ya başqa amillər olacaq”.
Bunu heç kim bilmirsə onda variasiyalara davam! .
Deyəsən birini qoyub digərinə keçdim. Problemlərimiz ,bununla əlaqədar deyəcəklərımiz çoxdur.Son olaraq hər kəsin birtərəfli olsa belə subyektiv fıkirlərinə hörmətlə yanaşmaq vətəndaşlıq borcumuzdur.Cəsarət müəllimin analitik təhlilı digər vəzfəli təhsil məmurları üçün də bir örnəkdir. Belə təhlillər, Nazirlik əməkdaşları tərəfindən mövcud duruma hər hansı bir formada münasibət bildirmək təhsilimizə daha çox fayda verə bilər nəinki bayağı müsahibələr, perspektivsız şərhlər, absurd bəyanatlar.
Sözardı: Böyük ingilis yazıçısı Herbert Uels Vladimir İliç Leninlə söhbəti zamanı proletariatın dahi rəhbərinin QOELRO planı haqqındakı fikirlərini dinlədikdən sonra öz xatirələrində onu “Kremlin xəyalpərəsti” adlandırmışdı. Bununla belə QOELRO planı baş tutdu. Ucsuz-bucaqsız nəhəng bir ölkənin başdan-başa elektrikləşdirilməsi həyata keçirildi Nə bilmək olar, birdən hamı baytar olmaq istədi və bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yarandı və bizim digər kənd təsərrüfatı peşələrinə də maraq artdı. Bir halda ki, bu nəzəri cəhətdən mümkündür.

Nadir İsrafilov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15
Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Bu gün, 12:13
Daxili savaş gedir, generalların yeri İsrailə ötürülür
Bu gün, 12:11
Bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:07
İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... - Makron xəbərdarlıq etdi
Bu gün, 12:04
İsrail-İran gərginliyi: - Pezeşkian müşavirə keçirdi
Bu gün, 12:03
Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub - ADLAR...
Bu gün, 11:53
“Vəziyyət ağırlaşır, bacaranlar Tehranı tərk edir” – Əfşar Süleymani
Bu gün, 11:50
Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi - Balakəndəki dəhşətli qətldə şok detallar
Bu gün, 11:47
Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 11:31
Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı... - ÇAĞIRIŞ
Bu gün, 11:22
Binəqədidə tikinti anarxiyası – Elxan Allahverdiyevin ÇƏTİRİ ALTINDA...
Bu gün, 11:18
Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın! - NARAZILIQ VAR...
Bu gün, 11:15
Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir - KİV
Bu gün, 11:11
Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ - VİDEO
Bu gün, 11:01
"Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: - kilsənin iştirakı kifayət etmir, odur ki..."
Bu gün, 10:59
FHN "Azercell"lə anlaşdı
Bu gün, 10:58
NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... - NAXÇIVAN YENİDƏN DƏLİXANAYA DÖNÜB!!!
Bu gün, 10:56
Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək
Bu gün, 10:41
Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub - DOSYE
Bu gün, 10:33
Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir
Bu gün, 10:30
7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq - İcazə verin şübhələnək...
Bu gün, 10:20
Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək - TƏDARÜK VAR...
Bu gün, 10:00
Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü
Bu gün, 09:57
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
Bu gün, 09:55
İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər - İsazadə
Bu gün, 09:34
Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi - DETALLAR
Bu gün, 09:30
Baş prokuror Ləmbəranskini işdən çıxardı - ƏMR
Bu gün, 09:24
“Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” - AKTUAL
Bu gün, 09:22
Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı
Bu gün, 09:16
Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır - ÇAĞIRIŞ
Bu gün, 09:15
“Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:12
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 09:11
Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... - GƏLİŞMƏ
Bu gün, 09:06
Tikinti şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 09:03
Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır - ÇÜNKİ...
Bu gün, 08:54
Xameneyi: Döyüş başlayır - “X”
Bu gün, 08:53
İşəgötürənlər bunu etməyə borcludur... - Ekspert danışır...
Bu gün, 08:49
Araşın oxu İranın özünə girəcək... - BU ŞƏKKSİZDİR...
Bu gün, 08:46
Zəngəzur dəhlizi üçün YENİ ŞANS... - HƏM DƏ...
Bu gün, 08:42
İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb
Bu gün, 08:40
İsrail İran uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib - "Times of Israel"
Bu gün, 08:39
Nəcəfli də Talıbovun yolu ilə gedir... - BU DA FAKT!
Bu gün, 08:37
İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…
Bu gün, 07:36
ABŞ hələ də inanır ki... - “ABC News”
Bu gün, 07:26
Çin İrana nəqliyyat təyyarələri göndərib - KİV
Bu gün, 07:09
“Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” - NƏ ETMƏLİ?
Bu gün, 07:06
KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru