Çin Xalq Respublikası ən azı üç ədəd "Boeing 747" tipli nəqliyyat təyyarəsini İran ərazisinə göndərib.
APA xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Məlumata görə, bu təyyarələr İranın İsraillə müharibəsi zamanı ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna bilər.
İddialara əsasən, ilk reys İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından bir gün sonra həyata keçirilib. Daha iki təyyarə isə sonradan Yaxın Şərqə çatıb.
Qeyd olunur ki, hava gəmiləri əvvəlcə Çinin şimal hissəsindən keçərək Qazaxıstanla sərhədi aşıb, daha sonra Özbəkistan və Türkmənistan üzərindən İran istiqamətində hərəkət edib və İran hava məkanına yaxınlaşarkən radarlardan itib.