Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “The Boston Consulting Group İnternational, İnc” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə İnformasiya texnologiyaları sənayesinin ehtiyaclarına uyğun təhsil sahəsinin təkmilləşdirilməsi üzrə məsləhət nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 932 840 AZN təşkil edir.
Xatırladaq ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) 2008-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmışdır.