AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... .....                     İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? .....                     Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ .....                     Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                     “Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                     Putin İsrailin İrana hücumunu şərh edib .....                     İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər .....                     Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir .....                     Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                     Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, .....                     Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək .....                     Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     İsrailli ekspertdən qalmaqallı açıqlama .....                     İsrail elə hazırlaşıb ki... .....                     Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır .....                     Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu .....                     Bir manata görə "parkovşik"lər dalaşdı: .....                     Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi .....                     Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. .....                     Ermənistanın “balans oyunu”: .....                     “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… .....                     Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi .....                 

Mikayıl Cabbarovun son islahatlarını Misir Mərdanovun "sağ əli" icra edirsə... - Təhsilimizin yıxılan evini üstəlik viran qoyurlar...
Tarix: 21-11-2014, 08:29 | Çap et
Mikayıl Cabbarovun son islahatlarını Misir Mərdanovun "sağ əli" icra edirsə...
Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi son bir illik fəaliyyətinə dair hesabat yayıb.Bir illik hesabat kimi təqdim olunan “məruzədə” adı çəkilən idarənin yaranma tarixindən tutmuş, son illərdə baş verən tarixi hadisələrin, əlamətdar günlərin, anım mərasimlərinin, keçirilən qəbulların, görüşlərin, təqdimatların, təlimlərin, müsabiqələrin, sərgilərin, səfərlərin və digər hesabatda qeyd edildiyi kimi, “bol tədbirlər”in xronologiyası “parlaq boyalarla” təsvir olunub. Bir neçə məktəbin bağlanması, bir neçəsinin birləşdirilməsi də sanki uğurlu nətıcə kimi, həmin tədbirlər sırasında yer alıb.
Hesabatda vurğulanan bir məqam xüsusı diqqət çəkir: “Bakı şəhəri üzrə Təhsil İdarəsi, fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldib və bu fəaliyyət istiqaməti Təhsil İdarəsinə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazandirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, təkcə paytaxtın təhsil sistemindəki uğurları ilə deyil, həm də, bütün ölkənin təhsil həyatı üçün böyük əhəmiyyət kəsb edən yeniliklərin təşəbbüskarı kimi çıxış edib.”
Tamamilə razılaşmaq olar. Amma, kiçık bir redaktəyə ehtiyac var. Sadalanan keyfiyyətlər və yeniliklərlə çıxış edən hesabat təqdim edənlərin rəhbərlik etdikləri indiki Bakı Şəhəri üzrə Təhsil İdarəsi deyil, on il bundan əvvəl Nazirlik tərəfindən ləğv edilən Bakı Şəhər BaşTəhsil İdarəsi olub. Xahiş edirəm indikindən tamamən fərqli bir idarənin xidmətlərini özününkiləşdirməyin.
35 illik pedaqoji təcrübəmin tən yarısını Bakı Şəhəri Baş Təhsil İdarəsində inspektor, baş məsləhətçi, sektor müdiri kimi müxtəlif məsul sahələrdə calışmış,Təhsil Nazirliyinin o zaman ETPEİ adlanan institutundakı (indiki Təhsil Poblemlərı İnstitutu) və Bakının mərkəzi rayonlarının birində Təhsil Şöbəsinin rəhbəri kimi fəaliyyətım də nəzərə alınarsa, bir təhsil mütəxəssisi kimi, düz 30 il bu idarə ilə sıx bağlılığım olub. Bu mənada, məsələ ilə bağlı mənim də öz “hesabatımla” bəzi fikirlərimi bölüşməyə haqqım çatır.
Bəli, bir vaxtlar ölkə təhsilinin flaqmanı sayılan, daim demokratikləşmə və humanistləşmə prinsipləri mövqeyindən çıxış edən, təhsil işçilərindən işi çətinə düşənlər arasında “Nazirlikdən böyük BONO var” kimi fikir oyadan, hamının dərdini, şıkayətini gəlib söyləmək üçün ümid yeri sayılan bir idarə, artıq 10 ilə yaxındır ki, keçmiş nüfuzunu və səlahiyyətlərini itirmiş, mənasız və əhəmiyyətsiz bir “yedək” quruma çevrilib.
Məsələ ondadır ki, cəmi 4 şöbəsi və 60 işçisi olan, az qala bir əsrlik tarixə malik Bakı Şəhər Baş Təhsil İdarəsi, bir anın ıçərisində, kim(lər)insə (fərqi yoxdur) təşəbbüsü və səyi nətcəsində 16 bölmə, Metodiki Mərkəz və Mərkəzləşdirilmiş mühasibatlıqdan ibarət, nə az nə çox, düz 425 işçisi olan, hətta adının belə çəkilməsində müəyyən problem yaşanan, “titanik” bir quruma- Azərbaycan Respublikası Təhsil Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çevrilib, özü də Təhsil Nazirliyinin birbaşa tabelıyində olan quruma. (Yəqin ehtiyatlanıblar ki, birdən kimsə çaşıb bu idarəni Təhsil Nazirliyinin yox, hansısa başqa Nazirliyin tabeliyində olduğunu zənn edər.)
Nə baş verdi? “Struktur dəyişikliyi”nın ilkin mərhələsi olaraq rəis müdirlə, şöbələr sektorlarla əvəz olundu. O zaman təhsilimizə nazirlik edən Misir Mərdanovun dəyişıklikdən bir müddət öncə, təhsil şöbə müdirlərinin geniş müşavirəsində müdirlərə üzünu tutaraq:“Sızə görə vəzıfəmi itirmək niyyətində deyiləm” kimi kinayəli hikkəsi, sən demə, görüntü yaratmaq məqsədinə xidmət edən bir gediş imiş. Həmin müşavirədə “kəskin tənqid atəşinə” tutulan həmin şöbə müdirlərdən düz 5 nəfəri, yeni yaradılan idarədə müdir müavini, həmin müdirlərin təhsillə bağlı qalmaqalarda ad çıxaran müavinləri isə, ən aparıcı sektorlara müdir vəzifəsinə birbaşa təyinat aldılar. Idarənin müdiri postunu tutmağa isə, belə bir idarənı idarə etmək səviyyəsində kifayət qədər idarəçilik təcrübəsi olmayan, paytaxtın mərkəzi məktəblərinin direktorlarından biri “məsləhət” bilindi. Bir növ, qabaqcadan anonsu verildi ki, idarə bundan sonra idarə müdiri tərəfindən deyil, birbaşa onun “patronu” olan Təhsil Nazir(liy)i tərəfindən idarə olunacaq. Beləliklə, həm Nazirlikdən iki dəfədən artıq ştat vahidinə malik nəhəng bir idarənin rəhbəri, həm də, 3-5 işçısı olan sektor rəhbərlərı müdir statusu aldılar. ( Deyəsən, yenə də ehtiyatlanıblar ki, birdən idarə rəhbəri əvvəllər olduğu kimi rəis adlandırılsa, kimsə buranı polis idarəsi kimi başa düşər.
“Strateji postlar” tutulduqdan dərhal sonra, digər “yardmçı” yerlərə təyinat üçün namızədlər arasında “möhtəşəm” test imtahanları və “geniş spektli” müsabiqə və müsahibə prosedurlarına başlanıldı.İşə qəbul olunanların siyahısı elan olunarkən, ımtahan keçirənlərdən savayı, nə imtahandan keçənlərdən, nə də keçməyənlərdən test nəticələrinin nədən ibarət olduğunu bilən olmadı. Narazıları susdurmaq üçün, daha çox aqresivlik göstərənləri 05 stavka ilə Metod mərkəzə yollamaqla sakitləşdirdilər. Sonradan tapşırılanlar da, istər-istəməz nəzərə alınmalı oldu. Onlar bu günədək, özləri də, nə işlə məşğul olacaqlarını bilmədikləri “Multimediya bölməsi”ndə yerləşdirildi. Beləliklə, bir növ cəza batalyonunu xatırladan Metodmərkəz ,116 əməkdaşdan ibarət komplektləşdirilərək,gözdən uzaq, könüldən iraq bir uşaq bağçasının binasında məskunlaşdırıldı.
Birdən, kimsə şaşqınlığa qapılıb maraqlanar ki, bəs niyə məsələn, Bakı şəhəri Baş Polis idarəsi və ya deyək ki, Bakı şəhər Gənclər və İdman Baş idarəsi “Baş”larını qoruyub saxlaya bilir, təhsil idarəmiz “Baş”ından məhrum edilir? Nəyə görə Gəncə“şəhər təhsil idarəsi” olduğu halda, Bakı “şəhəri üzrə təhsil idarəsi” olmalıdır? Nazirlikdə ayrıca şəhərlər və kəndlər üzrə idarə olduğu və hətta səlahiyyətlərin iki kurator nazir müavinləri arasında bölüşdürüldüyü halda, Bakı Baş Təhsil Idarəsini “arabanın beşinci təkərinə” çevirmək nə demək idi? Düzdür, bir müddət sonra yəqin ki, tarixçilərimizdən hansısa birinin dostcasına iradı nəzərə alınaraq, “Şəhər” və “Kənd” idarələrı birləşdirilib əvvəlki vəziyyətinə qaytarıldı. Gec də olsa, başa düşüldü ki, sən demə şəhərlə kənd arasındakı fərqin aradan qaldırillması barədə, hələ Sovet hakimiyəti quruculuğunun ilk illərində dekret verilibmiş. Nə isə, hesab edək ki, üzrələr üzrə komitə, komissiya, agentlik, müvəkkil, müşavir, mütəxəssis var idi qoy idarə də olsun.
Bu arada digər bir “yenilik” – inspektorların məsləhətçi adlandırlması barədə absurd bir qərar, nəzarət etməli olanları “məsləhət verənlərə” çevirməklə, məsləhət verməli olanları, məsləhət vermək hüqundan məhrum etdi. Təhsil müəssisələrinin qapıları çoxsaylı metodist ordusunun üzünə qapadıldı. Çoxları saathesabı yarım stavka dərs aparmaq hüqundan belə məhrum edildi. Onlar öz darıxdırıcı kabinetlərində əyləncəli krossvord həll etmək və stolüstü oyunlara baş qatıb günü başa vurmaqla, bir növ özlərinə təsəlli tapmaq zorunda qalmalı oldular. Düzdür, bir müddətdən sora, bundan da “çıxış yolu” tapıldı. Metodıstlər yeri gəldikcə ixtisar olunaraq, onların sayı 116-dan 70-ə endirildi və bu proses bu gün də davam edir. Narazılıq və kütləvi etirazlara hələ ki mahal qoyulmur. Halbuki, bir vaxtlar, Nazirliyin “son terminologiyası” ilə qiymətləndirsək “müəllimlərin müəllimi” hesab edilən metodistlər, təhsil ictimaiyyətinin ən təcrübəli, ən peşəkar və ən nüfuzlu status sahibləri sayılırdilar. Görünür, bizim artıq müəllimlərə yol göstərənlərə, onların dərslərini dinləyib, iradlarını bildirənlərə, yaxud da tədris prosesini müasr tələblər səviyyəsində quran müəllimləri üzə çıxarıb, onların qabaqcil təcrübəsini ümumiləşdirərək, digərləri arasında da yayanlara ehtiyacımız yoxdur.
Maraqlıdır ki, yeni yaradılacaq bu əndirəbadi idarənin “formalalaşdırılması” ilə bağlı bütün proseslərə rəhbərlik edən “Mərdanovun sağ əli-Qədirov Fərzəli” imicini “sərəf və ləyaqətlə” doğruldan, Nazirliyin keçmiş komandasının “baş kadroviki”, yeni komandada da deyəsən, etimadı doğruldaraq yüngülvari redaktə edilmiş “İnsan resursları” şöbəsində öz əvvəlki ampluasındadır.
Yenə də nə isə. Bir zamanlar, hamımıza əzbərlətdirilən bir poemada deyildiyi kimi, nə olmuş, nə imiş...bu ləğv olunmağa məhkum edilmiş idarənin suçu ?
Sən demə, idarənin obyektivliyə və şəffaflığa yönəlik nüfuzu, geniş səlahiyyət dairəsi Təhsil Nazirliyinin o zamankı rəhbərliyinində ciddi narahatçılıq hissi yaradırmış və bu məqsədlə idarənin səlahiyyətlərini mənimsəmək üçün müxtəlif yollar axtarılırmış.Nəhayət ki,idarəyə qarşı yönəldilən aramsız cəhdlər onunla nəticələndi ki, 2000-ci ilin iyun ayında idarə ləğv olundu. Söz-söhbət mərhum prezident Heydər Əliyevə çatdı, məsələ araşdırıldı və həmin ilin avqust ayında idarə yenidən bərpa olundu. Bu Bakı Şəhəri Baş Təhsil İdarəsinə Nazirliyin ilk açıq hücumu idi.
Adı çəkilən hesabatda qeyd olunur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Nazirlər Kabinetinin Qərarına əsasən yaradılmışdır. Bəli, belə bir “Sərəncam” və “Qərar” olub. Lakin, məsələ ondadir ki, Prezidentin 31 mart 2006-cı il tarixli 1399 в„–-li Sərəncamı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri rayon təhsil şöbələrinin ləğv edilməsini təmin etmək” məqsədi ilə verilmişdi. Bu da başa düşülən idi. Çünki, idarənin daha da mobil və çeikliyini təmin etmək, nisbətən kompakt idarəetmə sistemi yaratmaq zərurətı yaranmışdı. Nazirlər Kabinetinin 28 iyul, 2006-cı il tarixli, 189в„– - lı Qərarı isə, yeni qurumun məhz Bakı Şəhəri Baş Təhsil İdarəsinin bazasında yaradılmasını nəzərdə tuturdu.
Bu Sərəncam və Qərarın icrası istiqamətində, idarəetmənin daha da təkmillşədirilməsinə yardımçı ola biləcək, bir neçə layihə belə hazirlanmışdı. Bu layihələrdən ən diqqət çəkəni optimal və praktik sayılanı, bir çox metropolislərdə tətbiq olunan, mövcud idarənin bazasında Bakı şəhərinin şımal, cənub, qərb və mərkəz dairələrinı əhatə edən reqional şöbələrinin yaradılması idi.
Yəni, ləğv olunan 11 rayon təhsil şöbəsinin əvəzinə 5 regional şöbə yaranırdı.
Qaradağ, Səbayel, Yasamal
Nəsimi, Binəqədi
Nərimanov, Nizami
Sabunçu, Əzızbəyov (Xəzər)
Xətai, Suraxanı
Lakin, bir çoxlarına məlum olmayan səbəblərdən (əslində səbəb məlum idi }bu səmərəli və son dərəcə məsrəfli layihədən vaz keçildi. Sabiq Təhsil Naziri Misir Mərdanovun 31iyul 2006-cı il tarixli, 618в„– –li əmri ilə, Bakı Şəhər Baş Təhsil İdarəsi ləğv edildi və əvəzi olaraq Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. Baş idarənin 3-5 işçisi istisna olmaqla, digər böyük əksəriyyətı qeyri-qanuni olaraq, iş yerlərindən kənarlaşdırıldı. Keçmış idarənin səlahiyyətlərinin Nazirlik tərəfindən kobudluqla və bütövlüklə mənimsənilməsi, bu idarənin tərəqqisinin sonu,tənəzzülünün başlanğıcını müəyyənləşdirmiş oldu.Beləliklə, ikinci həmlə baş tutdu.
Baş İdarəni ləğv etməklə, nə qazandıq nə itirdik?
Qazancla bağlı, məlum olan yeganə həqiqət odur ki, qazanan təhsilimiz olmadı. İtirilən isə, dövlətin havaya sovrulan milyonları və idarənin uzun illər və böyük səylər hesabına qazandığı nüfuz oldu. Elə isə, Nazirlikdə olan şöbələrin sektor adı ilə dublikatını yaratmağa ehtiyac var idimi?
İdarənin ən mühüm sektorlarından biri olan “Strateji Təhlil və Planlaşdırma” sektoru bir il keçməmiş ləğv edildi. 5 müavindən biri öz kurasiyasında heç bir səlahiyyətə malik olmadığını anlayıb, o gedən olub, bu günədək qayıtmayıb.
Pedaqoji kadrların işə qəbulu mərkəzləşdirilmiş qaydada nazirlik tərəfindən həyata keçirilirsə, əlavə təhsil məsələləri ilə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və İxtisasdəyişmə İnstitutu məşğul olursa, “Kadrların idarə olunması və Əlavə təhsil” sektorunun nə işlə məşğul olacağını anlamaq oqədər də çətin deyil.
“İnformasiya-Kommunikasiya Texnologiyaları” (İKT)sektoruna məktəblərin kompüter kabinetinə laborant seçimində etibar olunmursa və məktəblərə kompüter bölüşdürülməsində belə onlar yada salınmırsa, deməli, bu sektorun da formallığına heç bir şübhə qalmır.
“Təhsilin idarə olunmasının məlumat sistemi” (TİMS) sektorunun topladığı məlumatlardan nə vaxt və harada istifadə olunmasını, “Monitorinq və qiymətləndirmə” sektorunun isə, nəyin monitorinqini keçirdiklərini və nəyi qiymətləndirdiklərini yəqin ki, həmin sektorların müdirlərindən başqa heç kim bilmir. “Beynəlxalq əlaqələr” və bir çox digər sektorların “fəaliyyətinə” toxunmuram,çünki həddən artıq başağrısı olar.

Halbuki, səy və iradə, əzmkarlıq və qətiyyət nümayiş etdirməklə, Bakı təhsilində köklü islahat yolu ilə radikal struktur dəyişikliyi aparıb, bütün bu olayları keçmişdən qalan xatirələr kimi unutdurmaq olardı. Nə yazzıq kı, böyük ümid bəslənilən proses baş vermədi.Bir neçə sektorun adının dəyişdirilməsi və kadrların yerdəyışməsi ilə, struktur islahatı görüntüsü yaradıldı.
Hüquqşünaslardan, iqtisadçılardan ibarət, vergi və qoruğ sistemindən “nadir tapıntı” kimi cəlb olunan qeyri-peşəkar mütəxəssislərimiz isə,gənc olmalarındanmı, həddən artıq təkəbbürlü olub,
təcrübəsizliklərindən və ya, kiməsə arxayınçılıqlarındanmı, Bakı təhsilini avtoritar rejimə xas olan ihzibati- amirlik prinsipləri əsasında idarə etməklə, öz vəzifə səlahiyyətlərini yerinə yetirmiş olduqlarını zənn edirlər.
Xeyli müddətdən bəri “Baş” idarə statusundan məhrum edilən bir idarə, indi də, xeyli müddətdir ki, öz yeni “Baş”çısını gözləmək ümidinə qalıb.
Təəsüf, çox təəssüf ...

Nadir Israfilov, Təhsil eksperti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?
Bu gün, 09:07
İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? - Görünəni odur ki...
Bu gün, 08:54
Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ - Ekspert danışır...
Bu gün, 08:51
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11
“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01
Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56
İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55
“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52
Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49
Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43
Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40
SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru