YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... .....                     Elşən Salahovun BATIRDIĞI XƏZƏR... .....                     II Qaregin və Petrosyan Paşinyanın hədəfində .....                     Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? .....                     "Sosial şəbəkədə aktiv deyiləm" .....                     "İranın vurulmasının konkret iki səbəbi var" .....                     İranın kamikadze dronları İsraildəki hədəfləri vurub .....                     Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı .....                     İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb .....                     Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? .....                     Ağdamda ACINACAQLI DURUM .....                     İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... .....                     Bakıda kollec direktoru vəzifədən GETDİ .....                     Azərbaycan xalqının Qurtuluş Günü .....                     38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var .....                     Neft-qaz sektorunda MAAŞ PARADOKSU .....                     İranda Mossad casuslarının maşınları ələ keçirildi .....                     Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu .....                     Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur .....                     İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb .....                     “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR .....                     "Axı bu nə məsuliyyətsizlikdir?" .....                     Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... .....                     AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... .....                     İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? .....                     Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ .....                     Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                     “Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                 

İqtisad Universitetinin tanınmış müəllimləri haqda şok müraciət - Qanunsiz əmrlər və vəzifə davası
Tarix: 5-11-2014, 09:45 | Çap et
İqtisad Universitetinin tanınmış müəllimləri haqda şok müraciət
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru Bədirxan Musayev rəsmi dairələrə göndərdiyə müraciətin surətini redaksiyamıza təqdim edib.

Həmin müraciəti olduğu kimi oxuculara təqdim etməklə yanaşı, burada adıçəkilənlərin hər birinin mövqeyini də dərc etməyə hazır olduğunu bildirir:

"Azərbaycan Respublikası Prezidenti, möhtərəm cənab İlham Əliyevə,

Surəti: Prezident Administrasiyasının rəhbəri, akademik cənab Ramiz Mehdiyevə,

Surəti: Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadəyə

Surəti: Bakı Apellyasiya Məhkəməsinin sədri, cənab İman Nağıyevə

Müraciət:

Möhtərəm cənab Prezident, Hörmətli İlham Əliyev cənabları!

İşlərinizin çox olduğu ərəfədə Sizə müraciət etdiyimə rəğmən, bir professor, iqtisad elmləri doktoru, Dövlət Mükafatı laureatı, Respublikada yeni elmi istiqamətin - Iqtisadi Kibernetikanın yaradıcısı və təşkilatçısı, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 ildən çox Təhsil Nazirliyində "İqtisad” bölməsinə rəhbərlik edən, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, 8 guşəli qızıl ulduz medalı təltifçisi, Respublikanın "100 görkəmli alimləri”, Respublikanın iqtisadi inkişafında rolu olan "100 persona”, XXI əsrin görkəmli ziyalıları və s.i külliyyatlarda adı keçən və sair əhəmiyyətli titullara sahib olan bir şəxsin, yəni mənim fəryadımı anlayışla qarşılayacağınıza inanıram.

Möhtərəm cənab Prezident!

Məlumat üçün diqqətinizə çatdırıram ki, rektorluq istisna olmaqla, 60 ilə yaxın Dövlət İqtisad Universitetində müxtəlif vəzifələrdə işləmişəm. Lakin keçmiş rektor Şəmsəddin Hacıyevin universiteti elm məbədindən bazara çevirməsinə etiraz etməyim və bununla bağlı cənab Prezidentə müraciət etməyimdən sonra o, 2011-ci ilin noyabr ayının 4-də məni rektorun müşaviri, 11-də isə kafedra müdirliyindən azad edən saxta əmrlər verdi. Maraqlıdır ki, Hacıyev 1-ci əmrini səhhətimlə (halbuki bunu təsdiq edən heç bir sənəd olmayıb), 2-ci əmrini isə seçki komissiyasının rəyinə əsaslanıb verib. Düz 3 ildir ki, Hacıyevin bu əmrlərinin qondarma və saxta olduğunu, əslində, 60 il canımı fəda etdiyim universitetdən məni niyə uzaqlaşdırmasının əsl səbəbləri ilə bağlı müxtəlif dövlət qurumlarının rəhbərlərinə, hətta məhkəmə hakimlərinə də rəsmi sənədlər və seçki komissiyasının 37-ci ilin ab-havası ilə keçirilən iclasının video-yazısı (sənədləri və diski istənilən zaman təqdim edə bilərəm) və sair kimi təkzibolunmaz faktlarla izah edirəm. Ancaq görünən odur ki, Şəmsəddin Hacıyevin həm universitetdəki əməlləri, həm mənə qarşı cinayətləri ifşa olunsa da, təqdim etdiyim rəsmi təkzibolunmaz sənədlərə Şəmsəddin Hacıyevin deputat mandatı və pulunun gücünə görə hüquqi qiymət verən yoxdur. Çox təəssüf ki, bu günə qədər məhkəmə hakimləri keçmiş rektorun pulu və mandatının təsirinin altından hələ də çıxa bilmirlər. Halbuki, Şəmsəddin Hacıyevin məni mətbuatda В«vətən xaini damğası vuraraq işdən qovmuşamВ» böhtanı ilə bərabər, onun köməkçisi Zəfər Bayramovun yumşaq dillə desək, başından böyük səhv edərək, mərhum Ümummilli Liderimiz Heydər Əliyevin fikirlərini təhrif və təhqir etməsi və sair kimi cinayət və mülki mübahisə yaradan əməllərini təsdiqləyən yüzlərlə dəlilləri məhkəmələrə təqdim etmişəm. Dəhşətverici olay budur ki, istər universitet rəhbərliyinə işlədiyim dövrdə təqdim etdiyim sənədlər, istər məhkəmə hakimlərinə iddia tələblərimə uyğun verdiyim sənədlərin böyük hissəsi rəsmiyyətdən gizlədilib, protokollara əlavə olunmayıb. Bir sözlə, təqdim etdiyim və sübut hesab edilən əksər sənədlər məhkəmə işlərinin içindən mənə məlum olmayan yollarla oğurladılıb. Sözsüz ki, bu məsələdə məhkəmə hakimlərinin xüsusi maddi maraqları və əsassız verilən sifarişli tapşırıqlar ciddi rol oynayıb. Çünki onların bəziləri açıq şəkildə mənə В«Professor, biz bilirik, sən haqlısan, Amma Sizə kömək etməyə imkan verilmirВ» deyə, mənə açıq sözlərini bildiriblər. Sözsüz ki, elə bu səbəbdən 3 ildir məhkəmə hakimləri Ş.Hacıyevə qarşı hər hansı bir qərar qəbul edə bilmirlər.

Möhtərəm cənab Prezident!

Görün məhkəmələr nə qədər zəlil günə qalıb ki, 3 ildir mənim şərəf və ləyaqətimi təhqir edən Şəmsəddin Haacıyev və onun köməkçisi olmuş Zəfər Bayramovun barəsində də qərarını elan edə bilmir. Halbuki qanunvericiliyə görə məhkəmə 6 ay ərzində icraatında olan işlə bağlı qərarını elan etməlidir. Ancaq hakimlər özlərini artistliyə qoyaraq, Azərbaycanın adına ləkə yaxmaqda davam etdiyindən hələ də bu prosesi də yekunlaşdıra bilməyiblər. Çünki hakimlər Şəmsəddin Hacıyevdən pul almaqla yanaşı, həm də birbaşa sədrdən tapşırıq aldıqların gizlətmirlər. Digər yandan, mənə elə gəlir ki, Siz haqlı olaraq Ş.Hacıyevi vəzifəsindən azad etdikdən sonra, o, sanki əl-altılarının təhdidi ilə üz-üzədir. Görünür, Zəfər Bayramov və digərləri onu В«əgər bizi qurtarmasan, həqiqəti danışacağıqВ» deyə, onu şantaj edirlər. Hacıyev də buna görə bütün gücü ilə məhkəmələri təsir altından çıxmağa imkan vermir. Ona görə də Z.Bayramovla bağlı məhkəmə prosesi də 3 ildir davam edir. Belə getsə, rekordlar kitabına düşəcək bu məhkəmə!

İnanıram ki, Siz Zəfər Bayramova qarşı Bakı Apelyasiya Məhkəməsində olan işi tələb edib, araşdırsanız, bu biabırçılıqlara şahid olacaq, eyni zamanda, ölkənin və onun məhkəmələrinin adına rüsvayçı xələl gətirənləri sərt şəkildə cəzalandıracaqsınız!

Möhtərəm cənab Prezident! Diqqətinizə çatdırım ki, Zəfər Bayramova qarşı şikayətim əsasında keçirilən məhkəmə prosesi zamanı Şəmsəddin Hacıyevin universitetin 12 fakültəsindən 8-nin Elmi Şurasının üzvlərinin adlarından gestapo rejimlərində olduğu kimi, özlərindən xəbərsiz saxta protokollar tərtib edib, imzalatması və bunu aidiyyatı orqanlara, hətta məhkəmələrə göndərməsindən bu günlərdə xəbər tutmuşam. Həmin protokollarda adları çəkilənlərin böyük əksəriyyəti bundan xəbərsiz olduqlarını şəxsən mənə deməklə yanaşı, məhkəməyə çağırılacaqları təqdirdə, əsl həqiqəti deməyə hazır olduqlarını bəyan ediblər. Lakin hakimlər onların da məhkəməyə gəlib, ifadə verməsinə imkan vermirlər. Bu isə o deməkdir ki, Şəmsəddin Hacıyev mənim 2011-ci ilin noyabr ayının 6-da В«ReytinqВ» qəzetində möhtərəm cənab prezidentə açıq məktubumdan həddən artıq bərk narahat olaraq, həmin ayın 8-dən 15-dək kağız üzərində təşkil etdiyi fakültə elmi şuralarının iclas tamamilə saxta olub. Bu, onun özünü qoruma, cinayətlərini ört-basdır etmək cəhdindən savayı bir şey olmayıb. Bunu guya keçirilən həmin iclaslarda iştirak edənlərin sayı ilə imza atanların sayı arasındakı kəskin fərqlər (həmin sənədləri təqdim edə bilərəm) və adı orada imza atan kimi göstərilən müəllimlərin əksəriyyəti də təsdiqləyə bilər. Ancaq Şəmsəddin Hacıyev və onun yeni rektor Ədalət Muradov tərəfindən vəzifələrindən qovulan bandası - qudası, dekan Müzəffər Məmmədov, köməkçisi Zəfər Bayramov, bacanağı sayılan dekan Kamil Qafarovla mərkəz rəhbəri Həsən İsrafilov, həmçinin digər cinayət ortaqları 2011-ci ildə universitetdə toplanan milyonlardan başgicəllənməyə məruz qalaraq, nə etdiklərinin fərqində belə olmayıblar. Şəmsəddin və onun təhlükəli banda üzvlərinin universiteti talamaq iştaahası o qədər gen olub ki, kişiliyə və insanlığa sığman hərəkətlərə də əl atmaqdan utanmayıb, xadimələrin dəstəyinə də möhtac duyublar. Bununla kifayətlənməyən Ş.Hacıyev və 3-5 nəfərdən ibarət korrupsiya dəstəsi hətta 625 nəfər universitet əməkdaşı adından dövləti cinayətə yol verməklə, saxta iclaslar keçirib, protokollar tərtib edib, orada mənim şərəf və ləyaqətimə zərbə vuran təhqirlər yağdırıblar. Bununla bərabər, 2011-ci ildə В«ReytinqВ» qəzetində rəsmi sənədlər əsasında Sizə – möhtərəm cənab Prezidentə yazdığım açıq müraciətə cavab olaraq, elə həmin qəzetdə hələ də açıqlanmayan 47 nəfərin imzası ilə məqalə ilə çıxış edərək, mənə böhtan atıblar, orada bir daha Ümummilli Liderimizin fikirlərini təhrif ediblər.

Maraqlı burasıdır ki, aidiyyatı dövlət qurumlarının rəhbərləri və hakimlər Şəmsəddin Hacıyev və onun adıçəkilən əl-altılarının da cinayətlərini (xidməti otağıma prokurorsayağı basqın, ölümlə təhdidlər, kafedra müdiri seçkisinin video-diskinin montaj etdirilməsi, sənədlərin saxtalaşdırılması, oğurlanması, milyonlarla manat mənimsəmələr, korrupsiya və rüşvətxorluğuna dair təkzib olunmaz faktlar və sair) araşdırmaqdan, ona hüquqi qiymət verməkdən imtina edirlər.

Möhtərəm cənab Prezident!

Sonda Sizdən məni münasib bildiyiniz zamanda qəbul etməyinizi xahiş etməklə bərabər, bir rica da edirəm. Siz bütün ölkənin vətəndaşlarının dayağı və himayəçisiniz.

Diqqətinizə çatdırıram ki, Şəmsəddin Hacıyevin "Qafqazinfo.az" saytında, "Yeni Müsavat” və digər qəzetlərdə В«Bədirxan Musayevə vətən xaini damğası vuraraq işdən qovmuşamВ» və sair cinayət tərkibli sözlərinə görə məhkəməyə vermişəm, lakin hakimlər bir ildir buna da baxmırlar. Həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun icraatdadır. Hakim iş üzrə 07 noyabr 2014-cü il tarixində saat 15.00-a iclas təyin edilib. Bu işi şəxsi nəzarətinizə götürməyinizi və nəhayət, ədalətin bərpa edilməsində mənə köməklik göstərməyinizi xahiş edirəm. Əminəm ki, Siz şəxsən Ümummilli Lider Heydər Əliyevin şəxsən qayğısı altında olmuş və onun hərtərəfli dəstəyini bu gün də öz üzərində gördüyü bir professorun - Bədirxan Musayevin bu müraciətini cavabsız qoymayacaqsınız.

Allah Sizə və ailənizə kömək olsun!

Hər zaman mərhum Heydər Əliyevin yoluna, Sizin apardığınız siyasətə sadiq olan iqtisad elmləri doktoru, professor Bədirxan Musayev".
\\ Mia.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Bu gün, 11:08
Elşən Salahovun BATIRDIĞI XƏZƏR... - MALƏSƏF...
Bu gün, 11:06
II Qaregin və Petrosyan Paşinyanın hədəfində - Seçkilərə qədər hər ikisi zərərsizləşdiriləcək
Bu gün, 10:55
Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? - NARAZILIQ VAR...
Bu gün, 10:50
"Sosial şəbəkədə aktiv deyiləm" - Nanə Ağamalıyeva
Bu gün, 10:38
"İranın vurulmasının konkret iki səbəbi var" - Sərdar Cəlaloğlu
Bu gün, 10:33
İranın kamikadze dronları İsraildəki hədəfləri vurub - KİV
Bu gün, 10:30
Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:29
İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
Bu gün, 10:23
Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? - AKTUAL
Bu gün, 10:18
Ağdamda ACINACAQLI DURUM - vətəndaş HARAY ÇƏKDİ
Bu gün, 10:16
İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... - SİYAHI
Bu gün, 10:07
Bakıda kollec direktoru vəzifədən GETDİ - AÇIQLAMA
Bu gün, 10:05
Azərbaycan xalqının Qurtuluş Günü - MƏQALƏ
Bu gün, 10:01
38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO
Bu gün, 09:51
Neft-qaz sektorunda MAAŞ PARADOKSU - ÖZƏL ŞİRKƏTLƏR AZALDIR, DÖVLƏT İSƏ ARTIRIR
Bu gün, 09:47
İranda Mossad casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı?
Bu gün, 09:41
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Bu gün, 09:39
Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur - FAKT BUDUR!
Bu gün, 09:36
İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb - TASS
Bu gün, 09:33
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
Bu gün, 09:31
"Axı bu nə məsuliyyətsizlikdir?" - ETİRAZ VAR...
Bu gün, 09:24
Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... - NARAZILIQ VAR...
Bu gün, 09:16
AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?
Bu gün, 09:07
İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? - Görünəni odur ki...
Bu gün, 08:54
Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ - Ekspert danışır...
Bu gün, 08:51
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru