"Buta Airways" müştərisi ilə BELƏ MƏZƏLƏNİR... - GİLEY
Tarix: 5-11-2022, 09:38 |
Çap et
DİA.AZ: - "Şikayətim "Buta Airways"dəndir" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Yasin Şıxlızadə adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: ""Buta Airways"-dən 2019-cu ildə bilet almışdım öz adıma. Bakı-Xarkov-Bakı bileti... Pandemiya səbəbinden təxirə salındı dəfələrlə...
Biletin ödənişi "AG BANK" kartı ilə olmuşdur. Hal-hazırda həmin bank bağlanıbdır. Dəfələrlə "Buta Airways" və "AZAL"a email ilə müraciət etmişəm. Ödənişi öz kartıma geri qaytarmırlar... Bəhanələr gətirirlər.... Bildirirlər ki "hansı bankla ödəniş edibsinizsə, həmin banka qaytaraq məbləği..."
Mən anlamıram ki, bağlanan banka hansı formada ödəniş qaytaracaqlar? Bundan əlavə... qeyd edim ki, xidmət səviyəsi sıfırdır. "Call Center"i ümumiyyətlə
biabırçı səviyyədə işləyir... heç cavab da vermirlər".
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...