Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” .....                     Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! .....                     Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib .....                     Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi .....                     “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” .....                     Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                 

Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanım kimdir? - İLGİNC FAKTLAR
Tarix: 31-01-2022, 12:02 | Çap et
Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanım kimdir?
Ötən il, elə bu vaxtlar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə hələ vəzifə başında olarkən dövrü mətbuat demək olar ki, hər gün keçmiş sədrin sərvəti barədə yeni məlumatlar yayırdı. Nəhayət aprel ayında Əhməd Əhmədzadə tutduğu vəzifədən kənarlaşdırıldı. Amma “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti yerində qalır. Əvvəlki illərdə olduğu kimi, Əhməd Əhmədzadədən sonra da, ölkədə kənd təsərrüfatının, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin keyfiyyətlə aparılması məqsədi ilə dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılır. İndi ki, Əhməd Əhmədzadə yoxdu. Həmin pullar indi hara gedir?

Məlum olduğu kimi Azərbaycan Respublikasının Hesablama Palatası hər il büdcə təşkilatlarında apardığı yoxlamaların nəticələri barədə açıqlamalar verir. Belə açıqlamalarda “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumların da adı tez-tez keçir. Təkcə 2021-ci ildə Palata tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında qoyulan məqsədlərə və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olmaqla daha çox su istehlakçılarının suya olan tələbatının ödənilməsinə və suya olan əlçatanlığın təmin edilməsinə, eləcə də texniki və hidrogeoloji şəraiti tam öyrənilməklə həyata keçirilməsinə ciddi nəzarət olunması ilə bağlı – Ağdam, Bərdə, Goranboy, Tərtər və Şəmkir rayonlarının icra hakimiyyətlərinə müraciət olunub.

Maraqlıdır Hesablama Palatası bu günə qədər Ağsu Suvarma Sistemləri İdarəsinin fəaliyyətini araşdırıbmı və yaxud araşdırarsa nələr üzə çıxa bilər?

Aktualinfo.org ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli sözügedən idarə tərəfindən keçirilmiş bir sıra tender prosedurları ətrafında kiçik bir araşdırma aparıb. İdarənin istismarında olan ərazi və texnikalar barədə məlumatlar əldə edə bilməsək də, buraya il ərzində ayrılmış dövlət vəsaitləri barədə müəyyən məlumatlar tapa bilmişik.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Ağsu Suvarma Sistemləri İdarəsinin 2021-ci ildə müxtəlif malların və xidmətlərin satınalması üzrə keçirilmiş tender prosedurlarının nəticələri açıqlanmış, ümumi olaraq 1 130 520 manat məbləğində müqavilələrin bağlanıldığı görsənir. Burada daha çox vəsait isə “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin qalib olduğu tenderlərə ayrılıb. İdarə 2021-ci ildə yalnız əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınmasına 570 787 manat dövlət vəsaiti ayırıb.

Apardığımız araşdırmalar zamanı Ağsu Suvarma Sistemləri İdarəsi ilə “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki illərdə də işbirliyi olduğu ortaya çıxdı. Belə ki, İdarə 2020-ci ildə də əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınmasına 428 974 manat vəsait ayırıb.

2019-cu ildə isə yenə də tikinti materiallarının satınalınmasına və maşın və mexanizmlərə ehtiyat hissələri və sürtkü yağlarının satınalmasına “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə 402 821 manat dövlət vəsaiti ayrılıb.

Bu isə son 3 il ərzində görülən, yaxud da kağız üzərində aparılan işlər üçün “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 402 582 manat dövlət vəsaitinin ödənilməsi deməkdir. Lakin qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi Tender Komissiyasının daim üstünlük verdiyi “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞÜKRAN-2002” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində 12.02.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı AĞSU RAYONU, AĞSU ŞƏHƏRİ, KOROĞLU, ev 24, qanuni təmsilçisinin isə Rəhimova Narıngül Əli qızı olduğu göstərilir.

Göründüyü kimi, Ağsu Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası keçirdiyi tenderlərin çoxunu ancaq maddi texniki bazası, kadr potensialı məlum olmayan bir nəfər qadının adına yaradımış MMC ilə həyata keçirib. Bunları dövlət satınalmalarının vahid internet portalının bazasına yerləşdirilmiş məlumatlar da təsdiqləyir. Kimdir Ağsu Suvarma Sistemləri İdarəsinin bütün işlərini həyata keçirən Narıngül Rəhimova? Həm tikinti materialları alır, həm maşın və mexanizmlərə ehtiyat hissələri alır, həm də təmir işləri görür?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında hüquqi ünvanı AĞSU RAYONU, AĞSU ŞƏHƏRİ, KOROĞLU, ev 24 qeyd edilmiş MMC-nin qanuni təmsilçisi Rəhimova Narıngül Əli qızı MSK-nın seçicilərin siyahısında AĞSU ŞƏHƏRİ, M.Ə.SABİR KÜÇƏSİ, ev 6 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Təvəllüdü isə 1952-ci ildir.

Olmaya 70 yaşlı bu xanım Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovun qohumudur? Dövrü mətbuatın yazdığına görə Səfər Məmmədova məxsus olduğu bildirilən “Girdman” MMC-də tenderlərdə tez-tez qalib olurmuş. Son illər isə İdarənin keçirdiyi tenderlərin qalibi göründüyü kimi Narıngül Rəhimovanın qanuni təmsilçisi olduğu “ŞÜKRAN-2002” MMC olur. Bu isə birbaşa şərik deməkdir. Yəni, Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik. Yaxud da, idarənin rəisi Səfər Məmmədovun gəlirlərlərinə şərik. Kim necə istəyir, elə də başa düşə bilər. Amma faktiki olaraq bu 70 yaşlı xanımın qanuni təmsilçisi olduğu MMC-nin hesabına 3 il ərzində milyon yarım manat civarında dövlət vəsaiti köçürülüb. Buradan nə qədər “otkat” qaytarılıb, nə qədəri işə sərf olunub bəlli deyil.

Burada qanun nə deyir? Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına səbəb olur. Bağlanmış müqavilələrdən də göründüyü kimi Ağsu Suvarma Sistemləri İdarəsi bir nəfərə məxsus, MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən yolverilməzdir.

Xüsusilə qeyd etmək istərdik ki, keçirilən bir neçə tenderdən başqa əvvəlki illərdə də Meliorasiya və Su Təsərrüfatı ASC Ağsu Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddəsinin tələblərinin pozulması deməkdir.

Qanun da bunları deyir. Görəsən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin artıq yeni olmayan, yeni sədri Zaur Mikayılov bu barədə nə fikirləşir. Hazırda əyləşdiyi kabinetə o da biznesdən gəlib axı. Görəsən Ağsu Suvarma Sistemləri İdarəsinin büdcəsinə şərik 70 yaşlı “biznesmen” xanımı tanıyırmı? Belə “biznesmen” xanımların “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumlarla işbirliyi çoxdur axı.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55
Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru