Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

"Ağacların kəsilməsinə etiraz etdiyimə görə işdən çıxarıldım” - ÖZBAŞINALIQ!
Tarix: 2-12-2021, 08:41 | Çap et
"Ağacların kəsilməsinə etiraz etdiyimə görə işdən çıxarıldım”
"Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 13 saylı dolayında aralarında "Qırmızı kitab”a düşən azat ağacı da olmaqla 400-dən çox iri və xırda diametrli ağacları kəsiblər. İzi itirmək üçün diblərinə işlənmiş mühərrik yağı çəkiblər”.

Bunu Meydan TV-yə Masallı rayon sakini, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq əməkdaşı, 2-ci qrup əlil Kərəm Ağayev bildirib.

Marketinq cookie-lərini qəbul etmək və bu məzmunu aktivləşdirmək üçün klikləyin.

Kərəm Ağayevin sözlərinə görə, iridiametrli ağaclar material kimi kəsilərək sexlərə daşınıb. O, meşələrin məhv edilməsi ilə bağlı şikayətlərindən sonra işdən çıxarıldığını deyib: "Keçmiş iş yoldaşlarımın çoxundan fərqli olaraq, çalışdığım sahə üzrə yeganə ali təhsilli işçiyəm. Meşədə ağacların qırılmasına etiraz etdiyim üçün işdən uzaqlaşdırıldım”.

Şikayətçi deyib ki, 2019-cu ilin martından bu ilin sentyabrınadək həmin müəssisədə çalışıb.

"Müdiriyyət müxtəlif qanunsuzluqlara yol verirdi. Məsələn, meşə torpaqları satılıb, yerində istirahət mərkəzləri tikilib. Məni məcbur edirdilər ki, həmin yerləri qeyri-meşə fondu kimi, yaxud köhnə tikili kimi göstərim. Buna görə də dəfələrlə təzyiqlə üzləşmişəm. Narazılıq edəndə deyirdilər ki, işdən çıxarılacaqsan və "qara siyahıya” salınacaqsan”, - şikayətçi deyib.

Onun sözlərinə görə, iyulun sonunda mərkəzin müdiri payıza hazırlıq məqsədilə 1,9 ha əkinin sxem və koordinatlarını 2-3 saat ərzində hazırlayıb, nazirliyə göndərməli olduğunu söyləyib.

Bu zaman Kərəm Ağayev 1,9 ha ərazini işləmək üçün 2-3 saatın bəs etmədiyini, üstəlik o ərazilərə gedib, yerindəcə bu işin görülməli olduğunu bildirib: "Dedim ki, torpaq qanunla baxış keçirildikdən sonra kadastr olunmalıdır. Müdriyyət isə benzinin bitməsini, vaxtın azlığını bəhanə gətirdi, etiraz etdim və araya narazılıq düşdü", - Ağayev söyləyib.

Narazılıqdan sonra Ağayevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt” xidmətinə zəng vuraraq şikayət etməsi problemi daha da artırıb.

Kərəm Ağayev deyib ki, bundan sonra bir həftədə iki töhmət alıb.

"Müdriyyət şikayət etdiyimi öyrəndikdən sonra xəbərim olmadan iclas keçirib. Avqustun 31-də nizam-intizam qaydalarını pozduğuma görə mənə töhmət yazıldığını öyrəndim. Artıq işdən qovulacağımı hiss edirdim. Buna görə də işdən çıxarılmamışdan qabaq – sentyabrın 4-də onları ifşa etmək üçün Baş Prokuroluğa, bu işlərlə mübarizə aparan "Ecofront” təşkilatına xəbər edib, məsələnin ictimailəşdirilməsini xahiş etdim. Nazirlik etdiyim şikayəti araşdırmadı", - şikayətçi qeyd edib.

Kərəm Ağayev sosial şəbəkələrdə Masallı meşələrində baş verənlərlə bağlı məlumat paylaşandan sonra ikinci töhməti aldığını, daha sonra işdən çıxarıldığını da bildirib. Ona deyiblər ki, idarənin sirrini yaydığı üçün işdən çıxarılır: "Əmək Məcəlləsinin tələblərinə görə, işdən çıxarılanda ailə vəziyyəti, əllilik dərəcəsi nəzərə alınmalıdır. Amma nəzərə almayıblar, öhdəmdə azyaşlı övladım da var”.

"Ecofont” İctimai Birliyi Ağayevin şikayətindən sonra Masallı meşələrinə baxış keçirib.

Şikayətçi deyir ki, sənəd üzərində 1000 ha dövriyyədə əkin olduğu göstərilib. Bu əkinlərin 800 ha yoxdur, halbuki hər ay bu əkinlərə görə pul silinir: "138 ha əkin sahəsi məhv olub, amma sənəd üzərində ərazini örtülü meşə sahəsinə keçiriblər. 2016-cı ildən bu yana hər ay olmayan əkin sahəsinə pul ayrılıb. Belə faktlar çoxdur. Hər bir iddiamı sənədlərlə təsdiqləyə bilərəm. Meşə torpağı daşınaraq kərpic zavodlarına satılır. "Ecofont” da araşdırmadan sonra deyilən faktları təsdiqlədi. Ağacların kəsilməsi, saxta yolla sənədləşdirməsi faktları da çoxdur və doğru araşdırma aparılsa, illərlə meşə təsərrüfatına vurulan zərər bəlli olar. Nazirlikdən isə deyirlər ki, burdan çörək yeyirsən, amma "Ecofont”a şikayət edirsən”.

Şikayətçi Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı müraciətin düzgün araşdırılmadığını deyib.

Dövlət Əmək Müfəttişliyinin Mətbuat Xidmətindən isə Meydan TV-yə bildiriblər ki, Kərəm Ağayevin şikayəti araşdırılıb və özünə cavab göndərilib: "Şikayətdən narazı olmaq onun haqqıdır və istəyərsə məhkəməyə müraciət edə bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, mətbuat katibi İradə İbrahimova hazırda məzuniyyətdədir. Nazirliyin digər şöbələrindən isə suallara cavab vermək istəməyiblər.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru