Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                 

“Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası
Tarix: 17-09-2020, 08:58 | Çap et
“Binə” və “Sədərək”də total yoxlamalar
Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında “Binə” və “Sədərək” ticarət mərkəzlərinin adı çəkilir. Bu ticarət mərkəzlərində milyardlarla vəsait dövr edir. İllərdir ki, dövlət qurumları bu 2 ticarət mərkəzində real dövriyyənin müəyyən olunması üçün addımlar atırlar. 2019-cu ildə bu istiqamətdə görülən tədbirlər nəticəsində bəzi müsbət dəyişikliklər qeydə alınıb. Bilinib ki, illərlə ticarət mərkəzlərindən toplanan milyardlardan büdcəyə vergi şəkilində qəpik-quruş verilib, qalan pullar isə kimlərinsə cibinə axıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə hazırda “Binə” və “Sədərək”də total şəkildə yoxlama aparılır. “Binə” Ticarət Mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın istintaq altında olduğu deyilir. Ticarət mərkəzlərinin hər birinin mühasibatlığında ciddi nöqsanların olduğu, vergidə dövlətə fırıldaq gəldikləri deyilir. Ötən il “Binə” Ticarət Mərkəzində çalışan sahibkar Sevindik Cəfərov mətbuata açıqlamasında vergidən yayınma sxemləri haqda olduqca ilginc açıqlamalar vermişdi. Demişdi ki, ticarət mərkəzində 2 mağazası var və hər bir mağazaya görə, 250 manat vergi ödəyir. Elektrik enerjisinə, kondisionerə görə ayrıca pul verir. Avtomobillə bazara gəlib-gedən sahibkarlar 50 qəpik pul ödəyir. Amma ödədikləri pullara görə qəbz ala bilmirlər.

Sahibkar bu qaydaların bazar rəhbərliyi tərəfindən qoyulduğunu və dəyişmək gücündə olmadıqlarını açıqlamışdı: “Müdirin ”pulyığan"ları deyir ki, narahat olmayın, verilən pullar sistemə oturur. Əgər bir gün yerhaqqını, vergini və digər haqları gecikdirsək, sabah müdiriyyətin adamları mağazamızı bağlayar. Ümumiyyətlə, bazarda sahibkarın vergidən yayınması mümkünsüz bir şeydir. Qanunla verginin tələb olunmasının tərəfdarıyıq, biz işləmək istəyirik. Bazarın “pulyığan”ları nə istəyirsə, sahibkar da həmin məbləği ödəyir. Sahibkarın vergidən yayınması mümkün deyil".

Aydın məsələdir ki, ticarət mərkəzlərində xırda sahibkarların ödəmə etmədən fəaliyyət göstərməsi qeyri-mümkündür. Amma həmin pullar hara gedir sualı uzun illər idi ki, açıq idi.

2019-cu ilin mayında Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər - “Binə” və “Sədərək” ticarət mərkəzlərinin vergidən yayınmasının qarşısı demək olar ki, alınması haqda xəbərlər yayıldı. Həmin xəbərlərdə deyilirdi ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

Həmin xəbərlərdə qeyd olunurdu ki, “Binə” və “Sədərək”də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirmişdi ki, vergi orqanlarının apardığı təbliğat işləri, e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub: “Bizim idxalda böyük problemlərimiz ”karqo şirkəti" adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər".

Qeyd olunurdu ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb. Həmin şirkətlər yalnız daşıma ilə məşğuldurlar: “Onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir və beləliklə, bazara sənədli mal daxil olur. Beləliklə, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların rəsmiləşməsi, vergiyə cəlb edilməsi mümkün olur”.

Bununla belə, iddialar var ki, bürokratik əngəllər səbəbindən sahibkarların ödədiyi məbləğ dövlət büdcəsinə çatmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarlar 10 illərlə vergini ümumiləşmiş şəkildə bazar rəhbərliyinə ödəyiblər. 1 ay olsun belə, bu məsələ ilə bağlı sahibkarlara heç bir güzəşt tətbiq olunmayıb. Əksinə, get-gedə vergi tarifləri artırılıb, mağazanın kvadratmetrinə, sahibkarların ticarət dövriyyəsinə baxıb bazar müdiriyyəti tərəfindən vergi müəyyənləşdirilib. Hətta bazarın işlək cərgələrinə uyğun vergi tətbiq olunub. Tutaq ki, bazarın 5-ci və 6-cı cərgəsi ilə 7-8-ci cərgələrinin vergisi eyni olmur. Bütün bu qaydalar Azərbaycan Vergi Məcəlləsində nəzərdə tutulmuş prinsiplər əsasında yox, “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın və “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin özlərinin müəyyənləşdirdiyi “vergi qaydaları” əsasında aparılıb. Birmənalı şəkildə sahibkarlara heç bir güzəşt olunmayıb. Burada bütün məsuliyyət birmənalı olaraq bazar rəhbərlərinin üzərinə düşür. Sahibkarlardan vergi şəklində toplanılan ümumi məbləğin dövlət büdcəsinə çatdırılıb-çatdırılmaması illərlə sual altında olub. Hazırda bu və digər məsələlərlə bağlı hər iki ticarət mərkəzində yoxlamalar davam edir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Bu gün, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Bu gün, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru