“Rusiya Suriyanı itirdi, Azərbaycan və Ermənistanı itirdi, Gürcüstanı da mütləq itirəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
“Biz təkcə geosiyasətə etibar edə bilmərik, fəal ideoloji mübarizə aparmalı və düşmənin düşərgəsini tamamilə demoralizasiya etməliyik. Hücum və yalnız hücum”, - keçmiş prezident sosial media hesabında yazıb.