“Azərbaycanlılara hücum Putin rejiminin artıq nasist Almaniyasını üstələdiyinin sübutudur”.
Bu sözləri qazaxıstanlı publisist və politoloq Arman Şurayev Globalinfo.az-a açıqlamasında bildirib.
“Rusiya Prezidenti Vladimir Putin Hitleri geridə qoyub. Bu, etnosiddir – Azərbaycandan alınan alçaq qisasdır. Çünki birincisi, rəsmi Bakı işğal altındakı Qarabağı geri ala bildi, bununla da həmin bölgənin Ermənistanın tərkibində qalacağına zəmanətçi kimi çıxış edən rusların “burnunu sürtdü”. Son hadisələr, Ermənistan Baş Naziri Nikol Paşinyanın artıq Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməsi, hesab edirəm ki, bütün bunlar Azərbaycan hakimiyyətinin icazəsi və bəlkə də təşəbbüsü ilə edilib. Bu isə o deməkdir ki, Rusiya nəhəng Qafqazı – Ermənistanı, Azərbaycanı itirir”.
Arman Şurayev
Politoloq qeyd edib ki, Putin Qafqazda bu addımları anti-Rusiya siyasəti kimi qəbul edir:
“Buna qədər Suriyanı itirdilər, ondan əvvəl Finlandiya və İsveç NATO-ya üzv oldu. Həmçinin Moskva Ukraynada istədiyini edir. Lakin hər istiqamətdə uğursuzluqla qarşılaşırlar. Buna görə də Rusiya öz xalqını hansısa qələbə ilə yemləməlidir. Böyük rus şovinizmi köməksiz azərbaycanlılara hücum etməklə o yemi tapıb”.