Erməni Apostol Kilsəsinin həbsdə olan arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Acapaxyan aclıq aksiyası elan ediblər. Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Acapaxyanın vəkillərinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: “Bizə qarşı konstitusiyaya zidd prosesi pisləyərək 5 iyul Konstitusiya Günü ilə əlaqədar bir günlük aclıq aksiyası elan edirik”.
Qeyd edək ki, iyunun 26-da Ermənistanda “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan həbs edilib. Din xadimi və onun tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə ölkədə terror aktları təşkil etməkdə ittiham olunurlar.