Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                 

"Kotlavan"dan pul ödəmişik, amma məzilləri vermirlər... - GİLEY
Tarix: 20-07-2020, 09:46 | Çap et
"Kotlavan"dan pul ödəmişik, amma məzilləri vermirlər...
Bakının Nəsimi rayonu Mövsüm Sənani 13/15 ünvanında (Azərbaycan Tibb Universitetinin yaxınlığı) yerləşən "Konstra" MTK və "Orxan TİT" MMC-nin fəaliyyətindən narazılıq var.

Bu barədə Arqument.az-a bir qrup sakin şikayət edib.

Onlar deyirlər ki, "kotlavan"dan mənzil alıb ödəniş etsələr də, şirkət mənzilləri sahiblərinə satmaqdan imtina edir: "Bizə deyirlər ki, sizin ödədiyiniz pulu qaytarırıq, "kotlavan"dan ucuz satmışıq, indi baha qiymətə satmaq istəyirik. Onlar mənzilləri bizə satdıqları qiymətdən baha satmaq, ödədiyimiz məbləği qaytamaq istəyirlər. Hələ o da bəlli deyil ki, həmin pulu bizə qaytaracaqlar, ya yox... Məsələ ondadır ki, binanı bizim pulumuzla tikiblər. Çünki biz pulu "kotlavan"dan ödəmişik".

Şikayətçilər deyirlər ki, bu şirkətlərin təsisçiləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb: "Bundan sonra şirkətin rəhbəri Dilafir Rəsulovu aradan çıxarıb Moskvaya göndəriblər, indi də deyirlər ki, qaçıb. Bizə verilən bütün sənədlərdə, müqavilələrdə Dilafir Rəsulovun imzası var".

2020-i il iyunun 3-də Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Rəsmi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Bu ilin fevral ayında isə qafqazinfo-ya danışan sakinlər deyiblər ki, 2018-ci ildə bu şirkətdən mənzil alıblar, əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var, lakin bir müddət sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb.

Onların sözlərinə görə, "Konstra" MTK-nın qanuni təmsilçisi Bəsrət Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovun oğludur.

Şəhər sakini Asif Məmmədov bildirib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb: "Hamı da evin pulunu tam ödəyib. Əlimizdə bununla bağlı maliyyə arayışı da var. Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 min manat pul ödəmişəm. Bir müddət tikinti dayandırıldı. Bizə dedilər ki, torpağın sahibiylə podratçı "Konstra” MTK arasında mübahisə düşüb. Torpaq sahibi isə "Orxan TİT” şirkətidir. "Orxan TİT” dən bizə dedilər ki, sakinlər aldadılıb, evlər saxtadır. Çünki podratçı şirkət ev satmalı deyildi".

Şikayətçilərin sözlərinə görə, əslində, "Konstra MMC”-nin qeyri-leqal rəhbəri Bəhram Abbasovun özüdür, sadəcə, şirkəti oğlunun adına qeydiyytadan keçirib: ""Konstra MMC”-nin rəhbəri Bəhram Abbasovdur. Onunla dəfələrlə narazı sakinlər olaraq görüşmüşük. Bəhram Abbasov bizə deyib ki, narahat olmayın, hər şey düzələcək, ona da pul atıblar. Bəhram Abbasov yüksək vəzifədə işləyir. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir”.

Şirkətin təsisçisi Bəsrət Abbaslı isə "qafqazinfo"ya bildirib ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyatı yoxdur: "Mən özüm cavan olduğuma görə, sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur. Biz bu işdə podratçı tərəf kimi çıxış etmişik. Bizim sifarişçi tərəf olan "Orxan TİT” şirkəti ilə müqaviləmiz olub. Müqaviləyə əsasən, evlərin satışı bölüşdürülmə prinsipi ilə razılaşdırılıb. Şirkətimizin daxilində problem yarandı, bundan digər şirkətin də xəbəri var idi. Belə ki, şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim. Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor D. Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib. Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin Dilafir Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. Dilafir Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib.

"Bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Sakinlərdən əvvəl özümüz Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişik. Sifarişçi şirkət də çəkdiyimiz xərci minimum məbləğdən də aşağı hesabladı. O pulların heç biri mənim kassama mədaxil edilməyib. 169 ev satılıb, onun 62-si təsdiqlənib. Kreditə verilən evləri, şəhid ailələrinin, nağd şəkildə ödəniş edən şəxslərin evləri təsdiqlənib. Mənim təsdiqlədiyim evlər belə qanunsuz sayılır, ancaq məcburiyyət yaranıb. Bu məsələnin ictimailəşməsinin biz də tərəfdarıyıq. Hazırda məni aldadan şəxs heç ölkədə deyil. Biz çəkdiyimiz xərcin hesabatına əsasən sakinləri razı salmaq istəyirik. Ancaq "Orxan TİT” buna imkan vermir. Buna görə də, sifarişçi şirkət haqqında iddianamə hazırlayıb müvafiq qurumlara təqdim etmişik”, - o bildirib.

"Orxan TİT" MMC isə şikayətlərlə bağlı heç bir açıqlama verməyib.

Sakinlər deyirlər ki, şirkət rəhbəri Məhərrəm Həsənov onların tələblərini dinləmək istəmir: "Şirkət rəhbəri Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov və AMİP lideri Etibar Məmmədovun adından istifadə edir. Biz problemlə bağlı Bəylər müəllimə də yazmışıq, yaxın günlərdə Etibar bəylə də görüşəcəyik. Bilirik ki, onların adından istifadə edirlər".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru