"Mən nə bilim ki, bütün pulumu bunlara xərcləyəcəm?" - GİLEY
Tarix: 29-06-2019, 11:54 | Çap et
 “Müqaviləyə görə hökumət 2 inək verməli idi, hər ikisi yanıbalalı. Əvəzində 2 xəstə inək və 1 bala gətirdilər. Aylardır əlimdə-ovcumda olanı heyvanların müalicəsinə xərcləmişəm. Tövlə tikməliydim, tikə bilmədim. Bütün pul iynə-dərmana xərcləndi. İndi bilmirəm bu heyvanları harda saxlayım”.
DİA.AZ bildirir ki, Ucarın Qazıqumlaq kəndinin sakini 56 yaşlı Aybəniz Paşayeva belə deyir. Bildirir ki, bir neçə il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünəməşğulluq Proqramına qatılıb. Təklif etdiyi konsepsiya bəyənilib. İmtahandan da uğurla keçib deyə, “sosial yardımdan imtina et, sənə Özünüməşğulluq Proqramı vasitəsilə heyvan verək, saxla, vəziyyətin düzəlsin”, – deyiblər.
“Mən də razılaşdım, hətta çox sevindim. Amma sevincim uzun sürmədi, sonrası peşmançılıq oldu. Gələnlər, bizə verilənlər müqavilədə göstərildiyi kimi olmadı. Hamısı xəstə mallardı. Gələndən müalicə etdirirəm. Nə qədər pul tökmüşəm, heç xeyri də yoxdur. Ağızlarından köpük gəlir. Halbuki müqavilədə deyilirdi ki, hər iki malın yanında balası olmalıdır. Yox idi…”
A.Paşayeva deyir ki, inəklərdən birinin balası olub. Digəri isə ona veriləndən sonra balalayıb:
“Biri bizə gələndən sonra doğdu. Digərinin isə həm özünə, həm də yanındakı balasına qulluq etməkdən yorulmuşuq. Əmələ gəlmirlər. Mən tövlə tikməliyəm ki, bu heyvanı artıram. Ancaq gələn xəstə malları müalicə etdirməkdən sıra tövləyə çatmayıb. İnanın, əlimdə-ovcumda pul da qalmayıb”.
Aybəniz Paşayeva həyat yoldaşını itirib, oğlu ilə yaşayır. Deyir, arada dərzilik edir. Ancaq çox qazanmır. Oğlu isə kənd yerində iş tapa bilmir, işsizdir. Ailə uzun illər ünvanlı sosial yardım alıb. Özünüməşğulluq Proqramına görə onu da kəsiblər. İndi isə vəziyyətlərı bir az da ağırlaşıb:
“Öz ayaqlarım üstündə durmağa çalışıram, amma imkan vermirlər. Heç kimə möhtac olmaq istəmirəm. Pensiyaya yaşım çatmır. Sosial yardım alırdım, ondan da bu mal-heyvana görə imtina etmişəm. İndi evə bir qəpik girmir. Nə edim, bilmirəm. Mənə kömək etsinlər. Necə ki, tövlə üçün yığdığım pulu verdikləri xəstə mal-heyvana xərclədim, indi mənə tövlə tiksinlər. Mənə deyilməmişdi ki, bizə verilən heyvanlar xəstə olacaq. Mən nə bilim ki, bütün pulumu bunlara xərcləyəcəm?”
Aybəniz Paşayeva düşünür ki, bəlkə də sosialdan imtina etməsəydi, daha yaxşı dolanardı:
“Hamısı xəstə mal-heyvandır, sırıyıblar camaata. Dinəndə də, deyirlər, “demaqoq”san. Dəfələrlə müraciət etmişəm ki, gəlin, baxın, görün bizə nə vermisiniz. Arıq, ayaq üstə dura bilməyən heyvanlar idi. Bu, hələ bunların müalicə alıb özlərinə gəlmiş formasıdır. Ondan da gecə ilə gəlirlər, bilmirik, kimdirlər, nədirlər. Baxıb, ancaq camaatı qınayırlar ki, yaxşı baxmırsız. Siz ölümcül heyvan vermisiz bu camaata, ha baxaq, özünə gələ bilirmi? Nə bilim e, dərd bir deyil, iki deyil”.
A.Paşayeva deyir, Prezident insanların işsizliyini nəzərə alıb, belə bir layihə həyata keçirib, ancaq məmurlar onun bu layihəsini bərbad hala salıblar:
“Dərd burasındadır. İnanın, mənim həmin layihədə tanış olduğum nə qədər insan var, hamısının problemi eynidir. Hələ bir ailəyə normal heyvan verildiyini eşitməmişəm”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır - KİV
Bu gün, 00:00 |
|
|
|
• “Torpaqlarımız işğalda qalanda dinən yox idi, elə ki, azad etdik, səslərindən qulaq tutuldu” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:40 |
|
|
|
• Erməni əsgəri ildırım vurub öldürdü
Dünən, 23:36 |
|
|
|
• Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib - BUNA GÖRƏ
Dünən, 23:34 |
|
|
|
• Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib - KİV
Dünən, 23:32 |
|
|
|
• Gürcüstan Ermənistandan gələn bu məhsullara qadağa qoydu
Dünən, 18:03 |
|
|
|
• Paşinyan “Hraparak”ı məhkəməyə verir
Dünən, 18:02 |
|
|
|
• Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
Dünən, 17:58 |
|
|
|
• "Şükür Allaha, bu ad günümdə tək deyiləm"
Dünən, 17:39 |
|
|
|
• Mirzoyanın arvadına yüksək vəzifə verildi
Dünən, 17:35 |
|
|
|
• Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj - GƏLİŞMƏ
Dünən, 17:31 |
|
|
|
• Arif Hacılı və Razi Nurullayev ermənilərlə BİR ARADA - FOTO
Dünən, 17:26 |
|
|
|
• “Niyə haram iş görürsünüz?!” – Xalq artistindən İNANILMAZ SÖZLƏR...
Dünən, 17:21 |
|
|
|
• Mənzil idarəçiliyində görünməz qüvvələr oyundadır -AÇIQLAMA
Dünən, 17:16 |
|
|
|
• Şakro Molodoy illərin acığını BELƏ ÇIXDI - Moskva "sxodka"sı
Dünən, 17:14 |
|
|
|
• İrəvanda açıq savaş: Kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
• “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır - ŞƏRH
Dünən, 17:09 |
|
|
|
• İrəvan Bakını yenə haqlı çıxardı – Prezident iki ay öncə nə demişdi?..
Dünən, 17:08 |
|
|
|
• Berlinlə bundan sonra NƏ ETMƏLİ?..
Dünən, 17:06 |
|
|
|
• “Liseylər sosial status simvoluna çevrilərsə, təhsildə ədalətsizlik dərinləşəcək”
Dünən, 17:04 |
|
|
|
• 2 nömrəli avtobus hər gün niyə yarım saatdan çox GECİKİR? - GİLEY
Dünən, 17:01 |
|
|
|
• Kəmaləddin Heydərovun bacanağının şirkətində rektorun kürəkəninə vəzifə verildi - FOTO
Dünən, 16:59 |
|
|
|
• Xüsusi karantin rejimi iyun ayında başa çatıb, yoxsa...? - Bəzi vətəndaşlarların iddiasına CAVAB
Dünən, 16:57 |
|
|
|
• "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" - Reuters
Dünən, 16:55 |
|
|
|
• Adil Əliyevlə bağlı ŞOK: İcra başçısı Türkiyəyə istintaqa çağrıla bilər - İLGİNC
Dünən, 16:52 |
|
|
|
• Matviyenko Ermənistana: - Biz sizi heç nəyə məcbur etmirik
Dünən, 16:49 |
|
|
|
• Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Dünən, 13:00 |
|
|
|
• Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Dünən, 12:56 |
|
|
|
• Xətaidə konsert proqramı təşkil olundu
Dünən, 12:54 |
|
|
|
• Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Dünən, 12:44 |
|
|
|
• İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Dünən, 12:34 |
|
|
|
• DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Dünən, 12:32 |
|
|
|
• İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Dünən, 12:26 |
|
|
|
• “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Dünən, 12:24 |
|
|
|
• Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Dünən, 12:17 |
|
|
|
• 18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Dünən, 12:16 |
|
|
|
• İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Dünən, 12:06 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Dünən, 11:59 |
|
|
|
• "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Dünən, 11:49 |
|
|
|
• Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:46 |
|
|
|
• Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Dünən, 11:37 |
|
|
|
• Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Dünən, 11:34 |
|
|
|
• 56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Dünən, 11:30 |
|
|
|
• Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Dünən, 11:26 |
|
|
|
• ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Dünən, 11:13 |
|
|
|
• Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Dünən, 11:08 |
|
|
|
• Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Dünən, 11:03 |
|
|
|
• Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Dünən, 10:37 |
|
|
|
• "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Dünən, 10:30 |
|
|
|
|