İranda müharibə: Azərbaycanda bahalaşma .....                     “Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” .....                     "O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi" .....                     Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq .....                     Bakıda güclü partlayış baş verib .....                     “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” .....                     Bakıda məktəb direktoru işçilərinə maşın yudurur .....                     Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                 

Beynəlxalq Bank rəhbərliyində sensasion dəyişikliyin pərdəarxası - İDDİA
Tarix: 16-03-2018, 08:21 | Çap et
Beynəlxalq Bank rəhbərliyində sensasion dəyişikliyin pərdəarxası
Beynəlxalq Bankın rəhbərliyində sensasion dəyişiklik baş verib. Belə ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Beynəlxalq Bankın rəhbərliyinə gətirilib. Martın 14-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov Müşahidə Şurasının (MŞ) yeni üzvləri təyin olunublar.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Bəs görəsən, ABB-də baş verən bu dəyişikliklərin səbəbi nədir?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu proses özəlləşdirməyə hazırlığın bir mərhələsidir: “Təsadüfi deyil ki, Müşahidə Şurasının sədri vəzifəsinə Şahmar Mövsümov təyin olundu. İndiyə kimi həmişə Müşahidə Şurasının sədri Maliyyə Nazirliyindən olurdu. Maliyyə Nazirliyi reallıqda çox qısa müddətdə, yalnız Elmar Məmmədovun İdarə Heyətinin sədri olduğu dövrdə banka tam nəzarət edirdi. Xalid Əhədov isə daha çox Maliyyə Bazarlarına Nəzarət Palatasına tabe idi.

Şahmar Mövsümov beynəlxalq maliyyə qurumları ilə danışıqlar apara bilən məmur kimi tanınır. Bunu nə dərəcədə bacarıb-bacarmaması başqa bir söhbətin mövzusudur. Amma belə bir imici formalaşıb. Hazırda Neft Fondunda da elə bir gərgin iş yoxdur, gələn neft pulları toplanır. Bəzi iddialar var ki, Müşahidə Şurasının sədri vəzifəsinə Neft Fondunun icraçı direktorunun təyin olunmasının səbəbi DNF-nin Beynəlxalq Bankda 1 milyard dollar depozitinin olmasıdır. Ancaq bu depozit, eləcə də ABB-nin digər borcları dövlətin üzərinə keçib. Bunun heç bir təsiri yoxdur. Bu gün Beynəlxalq Bankın Neft Fonduna borcu yoxdur. Borc tam olaraq dövlətin borcudur".

Ekspertin fikrincə, Ş.Mövsümovun bankın real idarəçiliyinə təsiri olmayacaq: “Neft Fondunun Maliyyə Nazirliyi, MBNP, o cümlədən Mərkəzi Bank kimi gündəlik gərgin iş rejimi yoxdur. Bu səbəbdən də ona tapşırıq verilib ki, ABB-nin özəlləşdirilməsi üçün xarici investorlar tapsın, onlarla danışıqlar aparsın, cəlb etsin. Hazırda bu iş onun üzərinə qoyulub. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov çox təəssüf ki, bu bir il ərzində o qədər səhv buraxdı ki... Onu vəzifədən çıxartdılar və yerinə heç kimi təyin etmədilər. Faktiki olaraq, sadəcə, İdarə Heyətinin sədri vəzifəsini onun müavininə həvalə etdilər. Bu isə beynəlxalq maliyyə qurumları, xarici investorlar ilə danışıqların aparılmasını asanlaşdıracaq. Adətən beynəlxalq maliyyə qurumları, xarici investorlar hansısa ölkənin bankında səhm alanda İdarə Heyətinin sədri vəzifəsində kimin olacağına dair ciddi tələblər irəli sürürlər. Bir qayda olaraq elə əcnəbinin təyin olunmasını istəyirlər. Bəzən də yerli kadr olması ilə razılaşırlar, ancaq bu halda da kimin təyin olunmasını onlar seçirlər. Bu baxımdan İdarə Heyətinin sədri vəzifəsini vakant saxladılar ki, Şahmar Mövsümov üçün danışıqlar aparmaq asan olsun. Bu addımların əsas məqsədi odur. Xalid Əhədov özünü doğrultsaydı, bəlkə də o, bu işi axıra çatdıra bilərdi. Sadəcə, birmənalıdır ki, heç bir özünə hörmət edən beynəlxalq maliyyə institutu və ya investor belə aşağı səviyyədə, öhdəliklərin könüllü restrukturizasiyasını həyata keçirmiş İdarə Heyəti sədrinin olması ilə razılaşmayacaq. Xüsusən də Londonda məhkəməni uduzmaq da bir neqativ amildir, xarici investorlar Xalid Əhədovun olmasını istəməyəcəklər. Buna görə də onu vəzifədən uzaqlaşdırdılar. Onun Müşahidə Şurasında qalmasının səbəb isə odur ki, Xalid Əhədov sələflərindən fərqli olaraq, səriştəsiz olsa da, oğru, əliəyri deyil. Öz sahəsini müəyyən qədər bilən kadrdır. Ona görə də Müşahidə Şurasında saxlanıldı”.

Bankın sağlamlaşdırma prosesinin hansı mərhələdə olmasına gəlincə, hüquqşünas bildirdi ki, bankın kreditləri faktiki olaraq dövlətə verilib. Dövlət o kreditlərin pulunu banka verib və indi onların yığılması ilə “Aqrokreditbank” məşğuldur. Beynəlxalq Bankın ödəyə bilmədiyi kredit borclarını da dövlət ödəyib: “Artıq bunlar dövlətin problemidir, bankın heç bir borcu qalmayıb. Ötən il öhdəliklərin könüllü restruktruzasiyası əsnasında dövlət banka 5 milyard manat ”hədiyyə" etdi, yəni bankın o həcmdəki borclarını üzərinə götürdü. Faktiki bank 4 milyard manat irəli olmalı idi. Ancaq 2017-ci ili ban cəmi 804 milyon manat xalis mənfəətlə bitirib. 3 milyard manatdan çox pul yoxdur. Bəs qalan pullar hanı? Bu o deməkdir ki, bankda hətta Xalid Əhədovun dövründə də qeyri-sağlam idarəetmə olub ki, 3 milyard manat əriyib gedib. Bu baxımdan bankın problemli kreditlər məsələsi həll olundu, ancaq daxili idarəetmə səviyyəsi, maaşlar, xərclər baxımından optimal idarəetmə görmürük. Əmanətlərə gəlincə, bankın əmanət portfeli də ciddi zərbə gördü. Bu baxımdan bankı hələ sağlam hesab etmək olmaz".

İqtisadçının fikrincə, bu məsələ xarici investorlara da ciddi təsir göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda müharibə: Azərbaycanda bahalaşma - AKTUAL
Bu gün, 02:01
“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” - NƏ BAŞ VERİR?
Bu gün, 01:59
"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi"
Bu gün, 01:55
Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq - ŞOK GƏLİŞMƏ
Bu gün, 01:53
Bakıda güclü partlayış baş verib
Dünən, 23:50
“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” - Ekspertdən ŞOK SÖZLƏR
Dünən, 23:25
Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur"
Dünən, 23:22
Ermənistan və Çin XİN başçıları görüşdü
Dünən, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Dünən, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Dünən, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Dünən, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Dünən, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Dünən, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Dünən, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Dünən, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Dünən, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Dünən, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Dünən, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Dünən, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Dünən, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Dünən, 14:34
Xameneyi xalqa müraciət edəcək
Dünən, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Dünən, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Dünən, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Dünən, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Dünən, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Dünən, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Dünən, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Dünən, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Dünən, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Dünən, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Dünən, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Dünən, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Dünən, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Dünən, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Dünən, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Dünən, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Dünən, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Dünən, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Dünən, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Dünən, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Dünən, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Dünən, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Dünən, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Dünən, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Dünən, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Dünən, 10:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru