"Onsuz da rayon rəhbərliyi bizə baxmır" - GİLEY
Tarix: 24-02-2018, 09:11 | Çap et
 Lerikin Şivlə və Biləvər kəndlərinin sakinləri yenidən ölkə başçısına müraciət ediblər. Onlar yolsuzluqdan əziyyət çəkdiklərini, 3 km yolun hələ də təmir edilmədiyini bildiriblər: "Cənab prezident, problemlə bağlı bir neçə dəfə sizə müraciət etmişik. Mətbuatda da müraciətlərimiz dərc olunub. Sizə və aidiyyəti qurumlara 50-dən çox məktub, teleqram göndərmişik. Amma heç birinə reaksiya verilməyib. Görünür, məktublarımızın sizə çatmasını əngəlləyən şəxslər var. Həmin şəxslər rayon rəhbərliyinin xahişi ilə o məktubların sizə çatmasının qarşısını alırlar”. Şivlə-Biləvər kəndləri həm İkinci dünya müharibəsində, həm də Qarabağ döyüşlərində aktiv iştirak edib, çoxsaylı şəhid və itkin verib. Lakin bu kəndlər hər zaman biganəlik və laqeyd münasibətlə üzləşdiklərini deyiblər: "Cənab prezident, yenidən seçkiöncəsi sizə müraciət edirik. Artıq müraciətimizi rəsmi qaydada poçtla da göndərmişik. Sizin sərəncamınızla kəndimizi yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Şivlə və Biləvər yanaşı yerləşən kəndlərdir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Xahiş edirik ki, müraciətimizi nəzərə alıb bu üç 3 km-lik yolun təmir olunması üçün sərəncam verəsiniz. Onsuz da rayon rəhbərliyi bizə baxmır. Hər yerdə Sizə müraciətimizi bir qrup şəxsin müraciəti kimi təqdim etməklə diqqəti problemdən yayındırmağa çalışırlar”. Sakinlər prezidentə müraciətində rayonun deputatından və icra başçısından da narazılıq ediblər: "Bu adam – (söhbət deputat İqbal Məmmədovdan gedir. red) deputat seçildiyi bu 4 il ərzində bir dəfə kəndə gəlib bizi dinləməyib. Nədir bunu işi-gücü? Vəzifəsinin məsuliyyətini dərk edirmi? Eləmir, onun üçün seçici anlayışı yoxdur. İcra başçısı da baxmır heç bir xahişə. Ona görə də bu problem həll oluna qədər sizdən dəstək istəyəcəyik”. Sakinlər yaxın vaxtlarda yolun çəkiləcəyinə ümidli oldularını da ifadə ediblər. Qeyd edək ki, Lerikin Şivlə və Biləvər sakinləri bir neçə dəfə prezidentə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Bir Milli Qəhrəmanın da bu kənddən olduğunu deyən sakinlər bildiriblər ki, rayon rəhbərliyi tərəfindən həmişə ögey münasibət görüblər. Prezidentə şikayət edən kənd sakinləri deyirlər ki, əsas yola yaxın olan bütün qonşu kəndlərin yollarına qrabil tökülsə də, Şivlə-Biləvərin 3 km-lik yolu rayonda məmurların arasında gedən daxili intriqaya görə baxımsız qalıb. Sakinlər yenə də özləri pul yığaraq, yolu təmir etməyə başlayıblar, amma vəsaitləri çatmayıb. (Mənbə: Tendensiya.com)


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan və Çin XİN başçıları görüşdü
Bu gün, 18:08 |
|
|
|
• “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Bu gün, 18:02 |
|
|
|
• AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Bu gün, 17:59 |
|
|
|
• Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:51 |
|
|
|
• Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Bu gün, 17:45 |
|
|
|
• "Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Bu gün, 17:42 |
|
|
|
• “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Bu gün, 17:37 |
|
|
|
• "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Bu gün, 17:31 |
|
|
|
• Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 17:20 |
|
|
|
• Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Bu gün, 17:14 |
|
|
|
• Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03 |
|
|
|
• Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08 |
|
|
|
• Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54 |
|
|
|
• “Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49 |
|
|
|
• Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40 |
|
|
|
• ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34 |
|
|
|
• Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09 |
|
|
|
• Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02 |
|
|
|
• Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36 |
|
|
|
• Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23 |
|
|
|
• Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21 |
|
|
|
• GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13 |
|
|
|
• Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08 |
|
|
|
• “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03 |
|
|
|
• Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00 |
|
|
|
• Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51 |
|
|
|
• "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49 |
|
|
|
• Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48 |
|
|
|
• Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45 |
|
|
|
• İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40 |
|
|
|
• Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28 |
|
|
|
• Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20 |
|
|
|
• Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17 |
|
|
|
• "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07 |
|
|
|
• Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43 |
|
|
|
• Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41 |
|
|
|
• Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28 |
|
|
|
• Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23 |
|
|
|
• Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16 |
|
|
|
• Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08 |
|
|
|
• “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03 |
|
|
|
• Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57 |
|
|
|
• Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50 |
|
|
|
• ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
• Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39 |
|
|
|
• İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36 |
|
|
|
|