Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                 

İlahiyyat İnstitutunun yaradılmasının pərdəarxası - xarici faktor
Tarix: 14-02-2018, 08:59 | Çap et
İlahiyyat İnstitutunun yaradılmasının pərdəarxası
İlahiyyat İnstitutunun yaradılması haqqında ötən həftə imzalanmış sərəncam kuluarlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin səlahiyyətlərinin daha da azaldılması kimi iddialarla müşahidə olunmaqdadır.

Yada salaq ki, sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (bundan sonra Dini Komitə yazacağıq - “YM”) öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Mövzuya diqqəti anlamaq çətin deyil, çünki QMİ-nin nəzdində olan Bakı İslam Universiteti 1994-cü ildən rəsmən fəaliyyət göstərir. 2009-cu ildən Təhsil Nazirliyinin lisenziyası ilə universitetdə bakalavr səviyyəsində dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.

Hacı Sabir Həsənlinin rəhbərlik etdiyi universitetdə müəllim heyətinin əksəriyyəti BİU-nun öz məzunlarıdır. Şeyxin rəhbərlik etdiyi QMİ-nin səlahiyyətlərinin azaldılması ötən ilin oktyabrında Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə yenə gündəmə gəlmişdi. Dini Komitənin tabeliyində fəaliyyət göstərən fondun əsas məqsədi ölkədə mövcud dini konfessiyaları dəstəkləmək, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etməkdir.

Proseslərin gedişatı göstərir ki, QMİ Azərbaycanda dini fəaliyyətləri formal olaraq idarəçilikdən uzaqlaşdırılmış durumdadır. Əvvəl böyük məscidlərin idarə edilməsi, bütün məscidlərə axund və imamların təyin olunması, dini günlərin və mərasimlərin elan olunması kimi işlər QMİ-nin əlində idi. İndi isə QMİ məscidlərə təyinatı dövlət orqanları ilə razılaşdırır, dini fəaliyyətlər, dərsliklər, ibadət ocaqları və maarifçi fəaliyyətləri həyata keçirmək kimi görəvlər DQİDK və fond vasitəsilə həyata keçirilir.

Şeyxin “vurulması” iddialarla əlbəttə ki, yeni deyil və QMİ sədri bu kimi söz-söhbətlərlə razılaşmır. Özü də bu mövzuda bir neçə dəfə üstüörtülü də olsa açıqlama verib və səlahiyyətlərinin Dini Komitə ilə bölüşdürülməsi durumundan şikayətçi olmadığına işarə edib.

Hakimiyyətin QMİ-yə münasibətinin dəyişməsinin əlbəttə ki, mühüm səbəbləri var. Əsas səbəb dövlətin dini mühitə tam nəzarəti bir əldə cəmləşdirməsidir ki, QMİ-yə bu cür “müdaxilə” mümkün olmadı. Çünki QMİ də dini mühitə tam nəzarəti həyata keçirmək gücündə deyildi. Dövlətin dəstəklədiyi Dini Komitə isə bu işi uğurla həyata keçirir. QMİ-nin səlahiyyətləri belə demək mümkünsə, daha sivil formada Dini Komitəyə transformasiya edilməkdədir.

Daha bir mühüm səbəb QMİ-nin mühafizəkar olması və dini maarifçilikdə hələ də “İran modelinə” üstünlük verməsi, dünyaya “açılım” etməməsidir. Məsələn, İslam Universitetinin illər keçsə də, nəinki Qafqazda, heç ölkəmizdə qabaqcıl təhsil ocağına çevrilməməsi buna sübut ola bilər.

QMİ illərlə özü kadr yetişdirmək deyil, xaricdə dini təhsil almağa adamlar göndərirdi ki, bunun da bəzi ciddi fasadları meydana çıxdı, hətta hökumət bu təhlükələri önləmək üçün Azərbaycandan kənarda dini təhsil alanlara qadağa tətbiq etməyə məcbur oldu. İndi bu qadağa qismən aradan qaldırılsa da, aydın oldu ki, QMİ yeni dini kadrlar yetişdirmək gücündə deyil və ya bəlkə də bunu hansısa səbəbdən istəmir. Dini Komitə nəzdində yaradılmış yeni təhsil ocağının təsis edilməsinin əsas səbəblərindən biri budur.

Azərbaycanda dini mühitə Səudiyyə Ərəbistanından da ciddi müdaxilələr var. Son illər radikal dini qrupların Bakı və bölgələrdə güclənməsi, təşkilatlanması prosesi gözardı edilməməlidir. Həmçinin, Türkiyədəki nurçuluq cərəyanı da ölkəmizdə ciddi təşkilatlana bildi. Hazırda bu iki cərəyanın fəsadlarını aradan qaldırmaq üçün dövlətin ayrı-ayrı strukturları ciddi fəaliyyət göstərsə də təhlükə tam olaraq aradan qalxmayıb.

Aydındır ki, mediada bu məsələ çox ilgi çəksə də hökumət QMİ sədrini incik salmaq istəmir və Şeyxlə münasibətlərdə nə vaxtsa hər hansı gərginliyin olacağı ağlabatan deyil. Sirr deyil ki, QMİ sədrinin də ciddi rəqibləri var və onlar son illərdə Şeyxi sıxışdırıb mövqelərini zəiflətməyə çalışırlar. Şeyxin tutduğu posta görə hakimiyyət daxilində aşkar rəqiblərinin olduğunu iddiaa etmək olmaz.

Çünki Qafqaz Müsəlmanları İdarəsi bir QHT-dir və nə hökumətdə, nə dövlət postlarında təmsilçiliyi yoxdur. Amma Şeyx özü 30 ilə yaxındır ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir fiqurdur (1990-cı ilin yanvar hadisələrindən sonra onun fəallığını yəqin çoxları hələ də unutmayıb - “YM”.) Bu illər ərzində o, “din dövlətdən ayrıdır” desə də, siyasətə qarışıb, birmənalı olaraq, həm mərhum prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyib. Şeyxin Azərbaycan hakimiyyəti yanında həmişə xüsusi çəkisi olub və məhz bu etimadın sayəsində özünü Qafqazın əbədi şeyxi də edə bilib. Səlahiyyətləri azaldılsa da, məhz hakimiyyətin birinci şəxsinin qoruması altında olan Şeyxin tam meydandan çıxarılması mümkünsüz iş kimi görünür.

Şeyxülislamın dövlət ərkanında səlahiyyətləri qalmaqdadır və ona xüsusi status tanınıb. Bundan başqa, Şeyxülislamın postsovet məkanında dini çevrələrə kifayət qədər təsir imkanları var. Belə görünür ki, Şeyx də yaranmış durumun fərqindədir və səlahiyyətlərinin azaldılmasına müqavimət göstərmir. Təki ona toxunmasınlar...
“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və Çin XİN başçıları görüşdü
Bu gün, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Bu gün, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Bu gün, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Bu gün, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Bu gün, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Bu gün, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Bu gün, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Bu gün, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru