Eldar Mahmudovun “qara qutusu” danışdı - illərlə gizli dinləmələr həyata keçirib
Tarix: 26-01-2018, 08:54 | Çap et
 Yanvarın 25-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən MTN generalı Teymur Quliyev bütün epizodlar üzrə ifadə verib.
O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu söyləyib.
“Yeni Müsavat” xatırladır ki, T.Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunur. Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etmir. Məlumata görə, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.
Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb. T.Quliyevi 2015-ci il oktyabr ayının 18-də Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər.
Onun evində axtarış aparılıb və istintaqçıların nə tapdığı hələ də bilinmir. Eləcə də il yarımdan çoxdur davam edən istintaqında T.Quliyevin nələri etiraf etməsi barədə də heç bir məlumat yoxdur.
T.Quliyevin Akif Çovdarovun həbsindən sonra bu cinayət işi üzrə şahid qismində dindirildiyi də deyilirdi.
T.Quliyevin istintaq zamanı rəhbərlik etdiyi mərkəzdə danışıqların dinlənilməsini nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini etiraf etdiyi də yayılan xəbərlər sırasındadır. T.Quliyevin Bakı İstintaq Təcridxanasında ciddi müşahidə altında saxlanılması iddia olunur ki, bu da onun istintaq üçün necə qiymətli fiqur olduğunu göstərir.
1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.
T.Quliyev DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.
Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.
T.Quliyevin adını o zaman mediada ilk dəfə məşhurlaşdıran Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev olub. O, T.Quliyevin qardaşının oğurlanmasını təşkil edənlər sırasında olduğunu bildirib.
Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib.
Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi 1980-ci ildən daxil işlər nazirinin müavini olub. Onlar əslən Gədəbəy rayonundandır.
“YM”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44 |
|
|
|
• Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42 |
|
|
|
• Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40 |
|
|
|
• Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22 |
|
|
|
• 24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19 |
|
|
|
• 'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15 |
|
|
|
• "Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03 |
|
|
|
• "Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00 |
|
|
|
• Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54 |
|
|
|
• Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51 |
|
|
|
• Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45 |
|
|
|
• Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38 |
|
|
|
• “Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
Bu gün, 00:08 |
|
|
|
• Banklarda nağd pul çatışmazlığı yaranıb?
Dünən, 18:04 |
|
|
|
• "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 18:00 |
|
|
|
• 240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Deputatın partiyası da qurultaya gedir
Dünən, 17:55 |
|
|
|
• 6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Dünən, 17:48 |
|
|
|
• "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Dünən, 17:47 |
|
|
|
• Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Dünən, 17:41 |
|
|
|
• 16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:37 |
|
|
|
• "Bu, tamam başqa bir hissdir"
Dünən, 17:35 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Dünən, 17:32 |
|
|
|
• "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Dünən, 17:30 |
|
|
|
• İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Dünən, 16:33 |
|
|
|
• Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Dünən, 16:31 |
|
|
|
• Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Dünən, 16:28 |
|
|
|
• Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Dünən, 16:24 |
|
|
|
• Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Dünən, 16:21 |
|
|
|
• Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Dünən, 16:17 |
|
|
|
• Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Dünən, 15:58 |
|
|
|
• Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Dünən, 15:56 |
|
|
|
• Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:26 |
|
|
|
• Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Dünən, 15:19 |
|
|
|
• “Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Dünən, 15:17 |
|
|
|
• İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Dünən, 14:57 |
|
|
|
• “Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Dünən, 14:52 |
|
|
|
• Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Dünən, 14:49 |
|
|
|
• Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Dünən, 13:04 |
|
|
|
• Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Dünən, 13:01 |
|
|
|
• Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Dünən, 12:58 |
|
|
|
• LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Dünən, 12:53 |
|
|
|
• BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Dünən, 12:42 |
|
|
|
• “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Dünən, 12:34 |
|
|
|
• Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 12:30 |
|
|
|
• Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Dünən, 12:27 |
|
|
|
|