Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                     ABŞ səfirliyi izahat verməlidir .....                     “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir .....                     160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... .....                     Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib .....                     Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu .....                     "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" .....                     Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? .....                     Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib .....                     Tramp və Netanyahunun İran planı bu idi .....                     Bu məmurdan Prezidentə şikayət olundu .....                     Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir .....                     24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR .....                     'Kontakt Home' yenə də narazılıq yaradır .....                     "Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" .....                     "Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" .....                     Gömrüyün itləri AC QALACAQ .....                     Şəhriyar Laçınov dövlətə şərik gedir .....                     Tovuzda kollec direktoru ittiham olunur... .....                     Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş .....                     “Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır .....                     Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür .....                     Banklarda nağd pul çatışmazlığı yaranıb? .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi .....                     Nazir bu xəstəxanaya direktor təyin etdi .....                     240 Nömrəli məktəbdə nələr baş verir? .....                     Deputatın partiyası da qurultaya gedir .....                     6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: .....                     "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi" .....                     Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib .....                     16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? .....                 

Fazil Məmmədovun Eldar Mahmudov “taktikası” - İLGİNC
Tarix: 22-01-2018, 08:57 | Çap et
Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”
Keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsindən qovulandan sonra üzə çıxan faktlar onun digər vurulmuş odioz nazir - Eldar Mahmudovun yolu ilə getdiyi, eyni taktikalı nazir olduğu bilindi. Aydın oldu ki, Fazil Məmmədovun da “vurulma” səbəbi Eldar Mahmudovun işdən çıxarılmasından fərqli deyil. Eldar Mahmudov da, Fazil Məmmədov da vəzifələrinin onlara verdiyi imkanlardan dövlətin, iş adamlarının, vəzifə sahiblərinin var-dövlətlərini talamaq üçün istifadə ediblər. Əldə etdikləri sərvətləri xarici ölkələrə daşıyıb orada özlərinə geniş biznes şəbəkəsi yaradıblar. Azərbaycanda iqtisadiyyatın məhv edilməsi, iş yerlərinin bağlanması hesabına xarici ölkələrdə geniş imkanlar əldə ediblər. Eldar Mahmudovun ölkədən çıxardığı var-dövlət rəqəmlərlə ifadə olunarsa, 8-10 milyard, Fazil Məmmədovun 4.5 milyard manat civarındadır.

Hər 2 şəxs son illərdə talançılıq planlarını bir-birindən dəstək almaqla gerçəkləşdiriblər. Bir çox hallarda Eldar Mahmudovun talançılığın daha asan gerçəkləşdirilməsi üçün düzüb-qoşduğu iş prinsipləri Fazil Məmmədov tərəfindən vergi sistemində gerçəkləşdirilib.

Ötən saylarımızdan birində Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifələrə çəkdiyi yaxınları, qohumları haqda məlumat vermişdik. Bunlar arasında təzə qohum olduğu müavini Namiq Əliyev, qrup yoldaşları, həmçinin bacısının əri olan Namiq Quliyev də olub. F.Məmmədov bir qayda olaraq yaxın çevrəsində olan şəxsləri nəinki Vergilər Nazirliyində işə götürməklə kifayətlənib, həmçinin onlara yüksək vəzifələr, bəzən vəzifəni aşan səlahiyyətlər verib. Belələrindən biri də yeznəsi Namiq Quliyevdir.

Kimdir Namiq Quliyev?

Namiq Quliyev sovet dövründə milis rəisi işləmiş, öz işini bilən, peşəkarlığı haqda hələ də söhbətlər dolaşan Məhi Quliyevin oğludur. Elə onun qaynı Fazil Məmmədov da milis rəisinin oğludur. Əsəd Məmmədov uzun illər müxtəlif rayonların rəisi vəzifəsində çalışıb. Məhi Quliyevin son iş yeri Yevlaxın milis rəisi olub. Barəsində danışanlar “ atası çox bacarıqlı adam idi, oğlu Namiq haqda isə bunu deyə bilmərik” söyləyirlər. Namiq Quliyev daxili işlər orqanlarına da atasının dəstəyi hesabına işə götürülüb. N.Quliyev daxili işlər orqanlarında çalışarkən özünü güclü kadr, seçilən zabit kimi tanıda bilməyib. Xüsusi bir savadı ilə də fərqlənməyib. Fazil Məmmədovun bacısı ilə ailə həyatı qurandan az sonra daxili işlər orqanlarından uzaqlaşıb. Bundan sonra Fazil Məmmədov onu Vergilər Nazirliyinə işə götürüb və Azərbaycan tarixində analoqu olmayan hadisələr baş verməyə başlayıb.

Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna gedən kimi ətrafına təqaüdə göndərilmiş, orqandan qovulmuş şəxsləri yığdığı kimi, eyni qayda Vergilər Nazirliyində də təkrarlanıb. Namiq Quliyevin təqdimatı ilə təqaüddə olan polis işçilərini Fazil Məmmədov işə götürməyə başlayıb. Nərimanov Rayon Polis İdarəsinin sabiq rəisi Mahir Hümbətovu, Nizami Rayon Polis İdarəsində rəis müavini postundan təqaüdə göndərilmiş Ənvər Yusifovu Namiq Quliyev Vergilər Nazirliyinə transfer etdirib.

Mahir Hümbətov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini, Ənvər Yusifov isə Departamentin əməliyyat idarəsinin rəisi vəzifəsinə təyin olunublar. Eynən Eldar Mahmudovun kadr məsələlərindəki absurd qərarlarını təkrar ediblər. Yada salaq ki, Eldar Mahmudov təqaüddə olan, yarıtmaz fəaliyyətə görə qovulan sabiq polisləri MTN-ə aparıəb onlara yüksək vəzifə, hətta bəzilərinə general rütbəsi verib. Bir güc strukturundan işdən çıxan şəxsi təzədən aparıb başqa bir güc strukturunda işə götürüb general rütbəsi vermək dünya tarixində görünməmiş bir təyinat idi. Eldar Mahmudov 30-a yaxın təqaüddə olan polisi MTN-ə aparıb əksəriyyətinə də general verdirmişdi. Və həmin kadrların əli ilə istədikləri talançılığı gerçəkləşdirə bilirdilər.

Bunu Eldar Mahmudov da, sonradan Fazil Məmmədov da ona görə edirdilər ki, işə götürdükləri şəxslər sözsüz onların verdikləri əmrləri yerinə yetirsinlər. Onlar “sahibkarın pulunu al, əmlakını tar-mar elə” əmrini də sözsüz icra edirdilər. Bunu Eldar Mahmudov MTN-də etmişdi, hər kəs nəticəsini görmüşdü. Fazil Məmmədov son illərdə bu qaydaları prioritet seçmişdi.

Sahibkarları vergi adı ilə “dinməver” adını almış pul qoparma əməliyyatlarına cəlb edirdilər. Dinən, danışan, haqqını tələb edən sahibkar Fazil Məmmədovun vergilər nazirliyində təqaüdçü-polis-vergi işçilərinin formalaşdırdığı dəstənin caynağına keçirdi. Danışmağının bədəlini sahibkara müflis edilənə qədər ödətdirirdilər. Digər sahibkarlar isə müflisləşməmək üçün dinmirdi, danışmırdı. Bir çoxları da soyğunçu vergi məmurlarının caynağına keçməmək üçün Azərbaycandakı bizneslərini xaricə daşıyıb işlərini orada davam etdirmək məcburiyyətində qalırdılar.

Fazil Məmmədov təkcə “Caspel” şirkətinin satdığı kassa aparatlarından qohum-qardaşına 100 milyon manata yaxın vəsait qazandırıb. Bu vəsaiti isə ödəyənlər sahibkarlar olub. Aldığımız məlumata görə “Caspel”in hüquqi təmsilçisi Namiq Quliyevin qardaşı Ceyhun Quliyevdir. Soyğunçu şirkətin idarəçisi isə Namiq Quliyevin oğlu olub. Yada salaq ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyən Namiq Quliyev ötən ay vəzifəsindən kənarlaşdırılıb. N.Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində birinci müavin vəzifəsində işləyib. Daha sonra Fazil Məmmədov onu özünə vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir təyin etmişdi.

2011-ci ildən Namiq Quliyevin oğlunun idarə etdiyi “Caspel” şirkətinin satdığı nəzarət-kassa aparatları və POS terminallar sahibkarlara məcburən sırınıb. “Yeni Müsavat”ın həmin vaxt əldə edərək ictimailəşdirdiyi sənədlərdən aydın olur ki, 15 noyabr 2011-ci il tarixdə Vergilər Nazirliyində nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının iclası keçirilib. İclasın 48 nömrəli protokoluna görə, komissiyaya vergilər naziri Fazil Məmmədov sədrlik edib. İclasın gündəliyində dayanan məsələ nəzarət-kassa aparatlarının yeni modellərinin dövlət reyestrinə daxil edilməsi olub. Sadə dillə desək, komissiya vergilər naziri Fazil Məmmədovun bacısı oğlu - yəni N.Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “Caspel” şirkətinin ölkəyə gətirdiyi kassa aparatlarının satışını təşkil etmək üçün qərar verib.

Qərarı əks etdirən protokolda göstərilir ki, “4613-XXX” tipli İBM POS terminalının və “Mini-T 400 ME” markalı nəzarət-kassa aparatları qüvvədə olan texniki tələblərə cavab verdiyi üçün “Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd hesablaşmaların aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına Texniki Tələblər”in 2-ci bəndində nəzərdə tutulmuş 3-cü qrup kompüter uçot sistemli aktiv nəzarət-kassa aparatları qrupuna aid edilib. İclasda Fazil Məmmədovun özü də çıxış edib. Bundan sonra sahibkarların qara günləri başlayıb. Onlar Fazil Məmmədovun bacısı oğlunun satdığı kassa aparatlarını almağa məcbur ediliblər. Bacıoğlunun şirkəti ölkəyə kassa aparatları gətirən 20-dək iş adamını da müflis edib. Vergilər Nazirliyinin elan etdiyi tenderlərin böyük əksəriyyətinin qalibi də məhz “Caspel” olub. Fazil Məmmədovun və başının dəstəsinin formalaşdırdığı korrupsiya ocağından itirən dövlət, sahibkarlar, qazanan isə əlbəttə ki, sabiq vergilər nazirliyi, onun qohum-əqrəbası olub.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19
'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15
"Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03
"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54
Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51
Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38
“Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp
Bu gün, 06:31
Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
Bu gün, 00:08
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Dünən, 18:04
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Dünən, 18:01
Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 18:00
240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
Deputatın partiyası da qurultaya gedir
Dünən, 17:55
6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Dünən, 17:48
"Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Dünən, 17:47
Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Dünən, 17:41
16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:37
"Bu, tamam başqa bir hissdir"
Dünən, 17:35
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Dünən, 17:32
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Dünən, 17:30
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Dünən, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Dünən, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Dünən, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Dünən, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Dünən, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Dünən, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru