Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                 

Avropa Birliyindən Azərbaycanın mövqeləırini gücləndirəcək YENİLİK - Ermənistanın əl-qolu necə yığılır...
Tarix: 1-11-2017, 09:05 | Çap et
Avropa Birliyindən Azərbaycanın mövqeləırini gücləndirəcək YENİLİK
Xəbər verildiyi kimi, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin (AB) növbəti “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı gözlənilir. O da bəllidir ki, AB ilə Ermənistan arasında çərçivə sazişi öncə deyildiyi kimi, sammit çərçivəsində yox, bir qədər sonra imzalanacaq. Azərbaycanla analoji anlaşma sənədinin müzakirəsi isə ilin sonunadək bitməlidir.

Ermənistana gəlincə, ləngimənin səbəbləri haqda yazmışıq. Səbəblər sırasında Dağlıq Qarabağla bağlı xüsusi bəndin olduğu da istisna edilmir. Məsələ ondadır ki, rəsmi İrəvan həmin ikitərəfli sənədə ölkələrin ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinin də salınmasına çalışır. Bu isə avtomatik şəkildə Azərbaycanla AB arasında müzakirələrin tormozlanması təhlükəsi yarada bilər. Çünki Bakı öz şərtini prezident İlham Əliyevin dilindın artıq bəyan edib: çərçivə sənədində ölkələrin ərazi və sərhəd bütövlüyünün toxunulmazlığı birmənalı şəkildə əksini tapmalıdır.

*****

Bu üzdən qarşıdakı sammit həm Azərbaycan, həm də işğalçı Ermənistan üçün kritik anlam daşıyır. Daha bir səbəbdən: iş ondadır ki, Brüssel sammitinin yekun bəyannaməsində də ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının əks olunması gözlənilir. Yeri gəlmişkən, Kataloniya presedentindən sonra AB üçün bu prinsip indi qat-qat böyük dəyərdədir. Əks halda, üzv ölkələrdə separatçılıq zəncirvari reaksiya kimi güclənə və hətta təşkilat dağıla bilər.

Ermənistanı ən çox təlaşlandıran da budur - Avropada, Qərbdə antiseparatçı ovqatın güclənməsi və bu ovqatın Azərbaycanın xeyrinə Qarabağ məsələsinə də yansıması. Bununla bağlı erməni nəşri “Jamanak”ın dünənki sayından gedən məqalə diqqət çəkir.

Musavat.com-un məlumatına görə, nəşr Ermənistan üçün pis gözləntilərlə bağlı yazıb: ““Jamanak”ın əldə elədiyi məlumata görə, noyabrın 24-də Brüsseldə AB sammitinin yekununa dair qəbul ediləcək qətnamənin 2-ci bəndində Avropa Birliyinə üzv dövlətlərin “Şərq tərəfdaşı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi nəzərdə tutulur. Qətnamənin bu hissəsi AB üzvü İspaniya və ötən bazar öz müstəqilliyini elan eləmiş Kataloniya üçün çox mühümdür. Ərazi bütövlüyü haqda bənd həmçinin, “Şərq tərəfdaşlığı”nın üç üzv ölkəsi - Ukrayna, Azərbaycan və Gürcüstan tərəfindən müdafiə olunur. Ermənistan isə öz növbəsində nəyin bahasına olur-olsun, qətnaməyə belə bir müddəanın da daxil edilməsinə çalışır: “Sammit Minsk Qrupunun Dağlıq Qarabağ konfliktinin nizamlanmasına yönəlik səylərini dəstəkləyir”. Lakin bu, praktik olaraq, qeyri-mümkün görünür".

*****

İrəvanın təlaşı əslində boşuna deyil. Ona görə ki, Minsk Qrupu həmsədrlərinin mövqeyi hələ ki daha çox İrəvanı qane edir, nəinki Azərbaycanı. Çünki hüquqi sənəd şəkli almasa da, vasitəçilər bir qayda olaraq “üç həll prinsipi”ndən danışırlar - hansıların arasında ki, öz müqəddəratını təyinetmə haqqı da yer alır.

Buradaca onu da yada salaq ki, Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar təmsilçiləri bu arada, yəni Brüssel sammiti ərəfəsində qabaqdan gəlmişik edərək, Kataloniyanın müstəqilliyini müdafiə edən açıqlamalar veriblər. Onların bəziləri hətta Kataloniyaya gedərək, separatçı həmkarlarına həmrəylik nümayiş etdiriblər.

Necə deyərlər, bumeranq effekti isə artıq başlayıb: Kataloniya presedenti işğalçı ölkə əleyhinə işləməyə başlayıb. Üstəlik də AB separatçılığa daha bir zərbə olacaq qətnamə qəbul etməyə hazırlaşır. Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur və Qarabağ məsələsində Bakının daha uğurlu mövqe qazanmasına gətirə bilər.

Şübhəsiz, İrəvan onun da fərqindədir ki, Rusiyanın vassalı və bölgədəki yeganə forpostu Ermənistandan fərqli olaraq, müstəqil siyasət yürüdən Azərbaycan AB üçün qat-qat mühüm önəmdədir. Təkcə Azərbaycanla bağlı, Avropanın Rusiyadan energetik asılılığını azaldacaq böyük qaz layihələrini yada salmaq yetər.

Bu mənada böyük ehtimalla, AB-nin Ermənistanın deyil, Azərbaycanın şərtini qəbul edəcəyi ehtimalı gerçəkdən də böyükdür. Bunu indi üstəlik, Kataloniyada baş verənlər diktə edir - hansı proseslərdə ki, Rusiyanın “barmağı” olduğu da AB üçün sirr deyil.

*****

Diqqət çəkən məqamlardan biri də məhz bu ərəfədə - sammitə 9 gün qalmış (15 noyabr) Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya səfərə hazırlaşmasıdır. Formal olaraq səbəb kimi Moskvada başlanacaq “Ermənistan günləri” göstərilir. Lakin çətin ki, Sərkisyan sırf mədəni tədbirə görə Rusiyaya getməyi tərcih eləsin.

Böyük ehtimalla, əsas hədəf Brüssel sammiti öncəsi onun öz sahibi - Rusiya prezidenti Vladimir Putinlə bir daha “saat əqrəbləri”ni tutuşdurmaq, Kreml başçısından son tövsiyələri almaqdır. Putinin mövqeyi isə Sərkisyandan ötrü indi həm də apreldəki baş nazirlik postuna yiyələnmək üçün önəm kəsb edir.

Bu da var ki, Rusiya öz satelliti Ermənistanın hər hansı şəkildə AB ilə yaxınlaşmasında maraqlı deyil. Bəzi erməni şərhçilərinə görə, bu və digər səbəblərdən qarşıdakı səfər zamanı Sərkisyan növbəti dəfə Kreml qarşısında AB ilə imzalanması gözlənilən sənədlə bağlı öz “məzənnəsini” qaldırmağa çalışa bilər.

*****

Beləcə, Azərbaycan və Ermənistan üçün kifayət qədər psixoloji gərginlik vəd edən kritik ay başlayır. Bir şeyə şübhə yox ki, sammitdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazi bütövlüyü prinsipi ilə bağlı yekdil mövqe tutaraq, İrəvanın arzusunu puç edə biləcək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru