BSU-dakı "Operativ qərargah" münaqişə ocağımı...? - İTTİHAM VAR
Tarix: 9-06-2017, 09:04 | Çap et
 Moderator.az-a Bakı Slavyan Universitetinin bir neçə tələbəsi tərəfindən şikayət dolu məktub ünvanlanıb. Məktubu yazan tələbələr universitet rəhbərliyi tərəfindən onlara qarşı haqsızlıq edildiyini iddia edirlər.
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Salam! Biz Bakı Slavyan Universitetinin tələbəsiyik. Bu universitetdə yeni yaradılmış sistemdən, yəni indiki rəhbərlikdən olduqca narazıyıq. Bu tək bir tələbənin deyil, bütün universitet tələbələrinin adından yazılmış məktubdur. Tələbə Universitetə savadlı kadr kimi yetişmək üçün qəbul olur. Təhsil sisteminə nifrət etmək üçün deyil. Amma çox təəssüf ki, Universitet rəhbərliyi bunu başa düşmür. Müəllimlərə xüsusi tapşırıq olunur ki, yüksək bal yazılmasın. Yazılarsa, ya müəllimə töhmət yazılacağı ilə təhdid olunur, ya da yenidən imtahan təşkil olunur. Bəs tələbə necə mübarizə aparıb əlaçı, yaxud zərbəçi olsun? Yaxud qırmızı diplom ala bilsin? Bundan sonra hansısa müəllimin tələbəyə haqlı qiymət verəcəyini düşünmək mümkündürmü? Əlbəttə ki yox! Necəki, biz haqsızlıq yaşayırıq. İmtahandan sonra tələbə narazı olarsa, "operativ qərargah" deyilən münaqişə ocağı fəaliyyət göstərir ki, burada da imtahanı yoxlayan, o fənnə cavabdeh olan müəllim deyil, bütün fənnlərdən universal biliyə malik rektor şəxsən özü "ədalətli" baxış keçirir. Hətta "Yazılan bala qane ol, burada kəsilənlər gəlib ağlayırlar"- deyib tələbəni ədalətli qərargahından qovur. İndi siz qərar verin, hansı tələbə haqqları qorunur?! Və ya bu olanlardan sonra sabah hansı abituriyent bu Universiteti seçəcək? Ola bilər ki, şikayətimizi işıqlandırmayasınız. Rəhbərliyimizdən çəkinəcəksiniz. Amma tələbələrin sizə olan etimadlarını da məhz həmin an itirmiş olacaqsınız. İndi siz qərar verin... Onsuz da biz bu haqsızlığa dözməyəcəyik. Yarıdan çox hissəsi qızlardan ibarət olan BSU-dan bəhs olunur..."
Sözügedən universitetin tələbələri Moderator.az-a ünvanladıqları məktuba bir müddət öncə BSU-da epilepsiya xəstəsi olan 4-cü kurs tələbəsinin instagramdakı “baki_slavyan_universiteti” səhifəsinə yazdığı şikayət məktubunu da əlavə ediblər:
““Yenidən imtahanlar ola bilər. Amma ödənişlə olacaq fənnin kreditini ödə keç” deyirlər. Belə şey olarmı? Şəxsən mən bu il imtahanda çox əziyyət çəkmişəm. Mən anayam, mənim övladım var və məni tanıyanlar da bilir ki, mənim epilepsiyam var. Və mən bundan əziyyət çəkirəm. Dilarə deyilən bir “xanım” var. Məni o qədər stresə saldı ki, epilepsiyam tutdu və çox amansızca məni dartışdırırdı ki, heç nəyin yoxdur, yalandan edirsən. Hamı bir-birini çox yaxşı tanıyır. Müəllimlər təkid etsələr də, o öz biliyini edirdi. Belə şey olarmı?! Sistemimiz çox pisləşib, çox…”
Tələbələr sonda onu da iddia edirlər ki, Universitet rəhbərliyi yüksək bal toplayan tələbələri yenidən imtahan verməyə məcbur edir və bundan sonra kütləvi kəsrlər həyata keçirilir.
Moderator.az olaraq ənənəmizə sadiq qalıb məktubu birtərəfli yayımlamadıq, qarşı tərəfin də mövqeyini öyrəndik. Tələbələrin şikayətini BSU-nun Mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevin nəzərinə çatdıraraq iddialara münasibət bildirməsini xahiş etdik.
İbrahim Quliyev məktubda iddia edilən faktlarla razılaşmadı: “Mən özüm də operativ imtahan qərargahının üzvüyəm. Əksinə, tələbələrin narazı qaldığı hallarda biz özümüz xahiş edirik ki, ərizə yazıb versinlər və ərizələri əsasında şikayətlərinə baxılsın. Tələbə imtahandan çıxandan sonra qiymətindən narazı olduğu halda həmin operativ qərərgaha ərizə ilə müraciət edir. Qərargahın da bir neçə üzvü var və mən də orada üzvəm. Valideynlərdən, hətta tələbələrin özündən də qərargahın üzvləri var. Həmin qərərgahda rektorun iştirakı ilə narazı olan tələbənin ərizəsinə baxılır. Eyni zamanda, imtahanı aparan müəllim və fənni tədris edən müəllimin iştirakı ilə tələbənin yazılı şəkildə verdiyi cavablar yoxlanılır. Yəni, bir nəfərin iştirakı ilə qiymət düzəldilmir, kollegial şəkildə yoxlanıldıqdan sonra qiymət düzəldilir. Elə bir hal da olmur ki, operativ qərargaha müraciət edən tələbənin qiyməti düzəldilməsin. Əksər halda tələbələrin qiymətləri qaldırılır”.
İ.Quliyev onu da vurğulayıb ki, problemi olan istənilən tələbə çəkinmədən ona müraciət edə bilər: “Mən həm operativ qərargahın üzvü, həm də mətbuat xidmətinin rəhbəri kimi həmin tələbəyə kömək etməyə hazıram”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Bu gün, 17:27 |
|
|
|
• “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Bu gün, 17:22 |
|
|
|
• Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bu gün, 17:20 |
|
|
|
• Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Bu gün, 17:18 |
|
|
|
• Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04 |
|
|
|
• Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57 |
|
|
|
• Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53 |
|
|
|
• Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49 |
|
|
|
• Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42 |
|
|
|
• “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33 |
|
|
|
• Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31 |
|
|
|
• İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21 |
|
|
|
• Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17 |
|
|
|
• 16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15 |
|
|
|
• Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10 |
|
|
|
• Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08 |
|
|
|
• Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05 |
|
|
|
• Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04 |
|
|
|
• İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01 |
|
|
|
• İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51 |
|
|
|
• ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48 |
|
|
|
• TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00 |
|
|
|
• Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57 |
|
|
|
• Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52 |
|
|
|
• Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49 |
|
|
|
• ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45 |
|
|
|
• Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08 |
|
|
|
• Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59 |
|
|
|
• Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
• Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35 |
|
|
|
• “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29 |
|
|
|
• Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28 |
|
|
|
• Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16 |
|
|
|
• AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13 |
|
|
|
• İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09 |
|
|
|
• Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03 |
|
|
|
• Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00 |
|
|
|
• İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55 |
|
|
|
• İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53 |
|
|
|
• İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49 |
|
|
|
• “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44 |
|
|
|
• "İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42 |
|
|
|
• “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37 |
|
|
|
• Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30 |
|
|
|
• Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25 |
|
|
|
|