Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." .....                 

“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Tarix: 23-06-2025, 16:37 | Çap et

Əməkdar artist, ötən illərin ən məşhur müğənnilərindən olan Səbinə İlyasova Moderator.az-ın suallarını cavablandırıb.
-Səbinə xanım, siz həqiqətən də çox sevdiyimiz, hörmət bəslədiyimiz bir sənətkarsız. Rəşid Behbudov kimi bir dahinin yetirməsi olmaq, onun əlindən su içmək hər kəsə nəsib olmur.. Amma nəsib olanların da əksər hallarda qədri, qiyməti bilinmir...
-Bəli, sizinlə tamamilə razıyam! Çox əfsuslar olsun ki, gecə-gündüz sevdiyin işlə məşğul olaraq, əmək sərf etdiyin, bəzən işin çoxluğundan ailənə diqqət ayıra bilməyərək özünə və ailənə ziyan vuraraq can qoyduğun sənətinə dəyər, qiymət verilmir. Bu zaman sənətkarlar çox məyus olurlar. Mən çox incimişəm! Elə müğənnilər var ki, onlar teatrlarda, dövlət qurumlarında, konsertlərdə iştirak etmədən, təcrübələri çox az ola-ola bilmirəm necə olur ki, fəxri adlar ala bilirlər?! Bu əməyi böyük olan sənətçilərə qarşı çox böyük ədalətsizlikdir! Mənim sənətdəki tərcümeyi-halım zəngindir. Rəşid Behbudov məktəbi görmüş bir sənətkaram! Xarici ölkələrin böyük səhnələrində Azərbaycan musiqi mədəniyyətini uzun illər təbliğ etmişəm. Rəşid Behbudov dünyasını dəyişəndən sonra isə Azərbaycan Dövlət Muğam Teatrında baş solist kimi fəaliyyətimi davam etdirmişəm. Gülarə Əliyevanın dəvəti ilə uzun illər “Dan ulduzu” instrumental ansamblında çalışmışam. Səs yazılarım AZTV-nin radio və televiziyasının arxivlərində, “Qızıl Fond”-da qorunub saxlanılır. Mən istəyirəm ki, aidiyyatı qurumlar əməyimə lazımı qiyməti, dəyəri versinlər. Nəhayət “xalq artisti” fəxri adına layiq görülmək istəyirəm. Bununla da musiqi mədəniyyətimizə daha çox töhfələr vermiş olaram.
-Səbinə xanım, öz musiqi dövrünüzü bugünki dövrlə müqayisə etmək mümkündür?
-Xeyr! O dövr bu dövrlə müqayisəyə belə gəlməz! Çünki mən sənəti seçib gələndə bu sahədə tamam başqa abu-hava var idi. O dövrdə efirlərdə yalnız istedadlı və böyük sənətkarları görürdük. Məsələn, Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Sara Qədimova, Yaqub Məmmədov, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev, Əbülfət Əliyev, Qulu Əsgərov və s. Bu sənətkarların səsləri və ifaları bir-birinə bənzəmirdi. Hər biri ayrı-ayrılıqda bənzərsiz idilər. Amma bugünki gün hamının səsi, ifaları bir-birinə bənzəyir, ayırmaq mümkün deyil ki, oxuyan kimdir? Görünüşlərini isə demək istəmirəm.. Bir sözlə şablondurlar. İş orasındadır ki, onlar hər gün çox asanlıqla efirlərdə görünürlər. Bir az da irəli gedib tamaşaçı zövqünü korlayırlar. Bilirsiniz ki, efirlər ödənişlidir. Səsin var, yoxdur, fərq etməz! Pulunu ver, çıx tamaşaçıların zövqünü korla! Bir çoxunun da musiqi savadı yoxdur. Elə bir dövrə gəlib çıxmışıq ki, kim istəyirsə oxuya bilər. Oxuyur da. Müğənnilik sənəti çox ucuzlaşıb! Bu da məni və bir çox tamaşaçıları məyus edir.
-O sənətkar xoşbəxtdir ki, yaddan çıxmır, unudulmur. Mənə görə Səbinə İlyasova nəinki görkəmi, hətta adı və soyadı ilə də yaddaşlarda, dillərdə əzbərdir...
-Mən bir neçə illərdir ki, efirlərdən imtina etmişdim. Düşünürdüm ki, insanlar artıq məni unudub. Amma sən demə yanılmışam. Görürdüm ki, sosial şəbəkələrdə tanımadığım insanlar mənim ifalarımı paylaşır. Onların mənim haqda yazdığı rəyləri oxuduqca qəhər məni boğurdu, göz yaşlarıma qərq olurdum. Bu illər boyu məni gözəl xalqım yaşatdı. Onlar mənim səhnəyə qayıtmağımı dönə-dönə xahiş edirdilər. Məni dəstəkləyən insanlara öz təşəkkürümü bildirirəm. Məhz onların sevgisinə görə 15 il fasilədən sonra yenidən bu il səhnəyə qayıtdım. Pərəstişkarlarımın sözünü yerə salmadım. Artıq 4 aydır ki, “Xalqın səsi” və “Toylar kraliçası” layihələrində münsif kimi iştirak edirəm. Bir çox telekanallar məni verilişlərə dəvət edirlər. Efir vasitəsilə bütün telekanallara söz verdim ki, sentyabr ayından yeni ifalarımla tamaşaçı qarşısına çıxacam. Sözümün üstündə dayanıb yeni-yeni mahnılarımla pərəstişkarlarımı sevindirəcəm.
-Xalqın içində çox olursuz.. Daha çox sizdən nələr soruşurlar?
-Əlbəttə ki, bayaq dediyim kimi efirlərə qayıtmağımı xahiş edirdilər. Görün mən necə xoşbəxt insanam? Müğənni var ki, 3 ay efirə çıxmır, yada düşmür. Amma 15 il efirə çıxmayasan və səni bu qədər insan axtara! Təsəvvür edirsiniz bu necə hissdir? Mən onlara bir daha təşəkkür edirəm ki, məni unutmadılar, əksinə yaşatdılar.
-Sənətə "əlvida" yox, "hələlik" demişdiniz.. Amma bu hələlik bir az bizə və sizi sevənlərə "həmişəlik" kimi gəldi.. Səbəb nə idi?
-Mən qərar verəndə ki, artıq bu sənəti tərk edirəm, “hələlik” deməmişdim, düşünürdüm ki, artıq birdəfəlik gedirəm. Çünki çox incikli idim. Səbəbi isə mənə qarşı olan diqqətsizlik idi. Amma inanıram ki, 46 illik zəngin sənət fəaliyyətim nəzərə alınacaq və nəhayət “xalq artisti” fəxri adına layiq görüləcəm. Çünki biz ədalətli dövlətdə yaşayırıq və dövlət də hər kəsin əziyyətinə qiymət verir. Dövlətim tərəfindən bu arzuma çatacağıma əminəm!
-Səbinə xanım, Rəşid Behbudovla bağlı olan tədbirlərdə nədənsə sizi görmürük, amma o teatrın solisti olanlar iştirak edir. Onunla birbaşa ünsiyyəti olan siz niyə həmin tədbirlərdə görünmürsünüz?
-Bu suala görə sizə dərin təşəkkürümü bildirirəm. Çünki bu mövzu mənim yaralı yerimdir. Tədbirləri təşkil edən təşkilatçılar ki, var onların həmin dahi sənətkarlar haqda heç bir anlayışı yoxdur. Onlar sadəcə tədbiri keçirmək xatirinə tədbir keçirirlər. Amma heç maraqlanmırlar ki, bu dahi sənətkar kimlərlə çalışıb? Rəşid Behbudovu heç həyatda görməyən, onun sənət məktəbi haqda heç bir məlumatı olmayan müğənnilər onun haqda nə danışa bilərlər? Mənim Rəşid Behbudov haqda çox xatirələrim var. Təəssüflər olsun ki, bunları tamaşaçılara çatdıra bilmirəm. Çünki onunla bağlı tədbirlərə dəvət almıram. Dəvət alanlar isə ora gəlib heç bir şey danışa bilməyənlərdir. Eləcə də “Dan ulduzu” ansamblının rəhbəri Gülarə xanım haqda.. Onun haqda danışmağa elə bir müğənnilər efirlərə dəvət olunur ki, hansı ki, onlar heç bu ansamblın solisti olmayıblar. Gülarə xanımla mən bacı münasibətində olmuşam. 10 ildən artıq bu ansamblda solist çalışmışam. Bütün səs yazılarım “Qızıl Fond”-da qorunub saxlanılır. Bu sənətkarlar haqda lazımı məlumatları tamaşaçılara çatdırmaq üçün onlarla birbaşa ünsiyyətdə olan insanları efirlərə, tədbirlərə çağırmaq lazımdır.
-Sənətin bu qədər ucuzlaşmasına kimlər və nələr bais oldu?
-Bu suala dolayısı yolla öncəki suallarınızda da cavab vermişəm. O vaxt istedadlı müğənnilər efirə buraxılırdı. Dövlət Televiziyasının direktoru, rəhmətlik Elşad Quliyev musiqi savadı, diplomu olmayan müğənniləri efirə buraxmırdı. Ona görə də qayda-qanun var idi. Bugünki kimi efirlərdə çıxıb ağzına gələni danışan, şəxsi həyatları ilə biyabırçılıqlar edən müğənniciklər ortaya çıxmırdı. Buna icazə verilmirdi. Bu gün efirdə kim ağzına nə gəldi danışır. Məni və tamaşaçıları dəhşət bürüyür! Tək müğənnilər deyil, bir çox aparıcılar da var ki, dünyagörüşləri, savadları sıfırdır. Elə bil ki, küçədə oturub kiminləsə qeybət edirlər. Bu efirdir! Necə efirdə belə şeylər danışmaq olar? Həmin verilişlərə çıxan müğənnilər də elə o səviyyədədir! Mən inanıram ki, nə vaxtsa bu biyabırçılıqlara son qoyulacaq. İnşallah ki, haqq-ədalət öz yerini tapacaq və tamaşaçılar da efirlərdə istedadlı və tərbiyəli müğənnilər görəcəklər! Amma bütün bunlarla yanaşı təqdirəlayiq layihələr, ifaçılar da var. Artıq bir neçə ildir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Muğam müsabiqəsi keçirilir. Bu möhtəşəm layihə böyük tamaşaçı kütləsi toplayıb. Tamaşaçılar səbirsizliklə efir qarşısında oturub layihəni gözləyirlər. Bu müsabiqənin nəticəsidir ki, çox istedadlı muğam ifaçıları xalqımız tərəfindən tanınıb və sevilirlər. Bu işdə bizim xalq artistlərimiz-Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov və s. sənətkarların əməyi böyükdür. Sağ olsunlar muğam, təsnif və xalq mahnılarını unudulmağa qoymurlar, onları yaşadırlar. Yeni-yeni istedadlar üzə çıxır, istedadsızlar isə nisbətən kölgədə qalırlar. Bu layihəyə görə əlbəttə ki, öz adımdan və bütün musiqisevərlər, muğamsevərlər adından çox dəyərli və əziz, Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya öz təşəkkürlərimi bildirirəm.
-Səbinə xanım, çox sakit təbiətli bir insansınız. Bu xasiyyətiniz başınıza hansısa bəlalar gətirib?
-Bürcüm tərəzidir. Həmişə ədalət tərəfdarıyam. Ədalətsizliklər görəndə bu məni həyatda elə məyus edib, üzür ki.. Deməzdim ki, başıma bəlalar gəlib, amma xoşagəlməz hallarla arabir qarşılaşıram. Amma insanlar müxtəlif xarakterlidir, dünyaya müxtəlif baxışlarla baxırlar. Çalışıram ki, bəzi qeyri-adekvat adamları yola verim. Amma çox istəyirəm ki, həyatda normal anlayışlı, adekvat insanlarla qarşılaşım. Əfsuslar olsun ki, bir çox şeylər bizdən asılı deyil. Nə etmək olar? Hər bir insanın dilində onunla danışmağı da bacarmaq lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru