Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                 

Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Tarix: Dünən, 17:01 | Çap et

Gözlənildiyi kimi, İran-İsrail hava müharibəsinə ABŞ da qoşuldu. Pentaqon İranın nüvə obyektlərinə zərbələr endirdi və bu, müharibənin bütün Yaxın Şərqə yayılması riskini yaratdı.

ABŞ İrana qarşı ultimativ tələblər irəli sürdü, ancaq İranın hakimiyyəti təslim olmayacağını bildirdi. Üstəlik, Hörmüz boğazının bağlanması və Amerikanın bölgədəki bazasının vurulması kimi məsələlər müzakirəyə çıxarıldı.

Gərginliyin daha da artması və müharibənin öz lokal hərbi əməliyyatlar teatrının sərhədlərindən kənara çıxma ehtimalı region dövlətlərini də hərəkətə keçməyə vadar etdi.

Münaqişəyə səbəb İranın nüvə proqramıdır. Təl-Əviv hesab edir ki, İranın uranı zənginləşdirməkdə məqsədi nüvə silahı əldə etməkdir, bu da İsrailə eksistensial təhlükə deməkdir. Tehran isə nüvə proqramının dinc məqsədlər daşıdığını bəyan edirdi. Ancaq İsrail kəşfiyyatı MOSSAD-ın və başqa xarici kəşfiyyat xidmətlərinin hesabatları bunun əksini göstəritdi. Onillərlə nüvə danışıqları aparıldı, ancaq İran öz mövqeyində israr etdi. Bu da son nəticədə əvvəlcə İsrailin Yaxın Şərqdəki İran proksi güclərini zəiflətməyə, sonra isə Tehranı nüvə silahı əldə etmək niyyətindən geri durmağa məcbur etməyə hesablanmış hərbi əməliyyatlara başlamasına gətirib çıxardı. İsrail İranın hərbi obyektlərini, hərbi infrastrukturunu hədəf aldığı halda, İran İsrailin əsasən yaşayış məntəqələrini, mülki obtektlərini hədəf aldı. Bu, Tehranın daim bəyan etdiyi "İsraili Yer üzündən silmək" straregiyasına uyğun idi. İranın bu davranışı ABŞ-ı müharibəyə qoşulmağa sövq etdi. Çünki ABŞ-la İsrail arasındakı sazişə görə Vaşinqton bu ölkənin təhlükəsizliyinə təminat verib. Buna görə İsrailə İran hücumunun intensivliyi, dağıdıcı gücü artdıüca, ABŞ-ın müttəfiq dəstəyi qaçılmaz oldu. Bu da müharibənin miqyasının və hədəflərinin dəyişməsi, onun daha geniş bölgəyə yayılması, hətta quru əməliyyatlarının başlanması riskini artırdı. Sonuncu ehtimal reallaşarsa, İrandan milyonlarla, hətta on milyonlarla insan öz daimi yaşayış yerini dəyişə, xarici ölkələrə axmağa başlaya bilər. Bu da bölgədə nəhəng humanitar böhran və bölgə ölkələri üçün ciddi təhlükə deməkdir.

Bütün bunların olmaması üçün bölgə ölkələri, xüsusilə, Azərbaycan və Türkiyə üzərinə düşən hər şeyi etməyə çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatı da bu ruhdadır. Həmin bəyanatda deyilir: "Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik. Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq".

Azərbaycan bölgədə, demək olar, nadir ölkədir ki, həm İranla, həm İsraillə, həm ABŞ-la, eləcə də, bölgənin başqa ölkələri ilə, eləcə də, Çinlə normal münasibətləri var. Bu baxımdan, Azərbaycanın vasitəçilik imkanları daha üstündür. Başqa hər kəs tərəfsizliyini bu və ya başqa dərəcədə itirmiş görünür. Ona görə çox qısa müddətdə Azərbaycan münaqişə tərəfləri və bölgə ölkələri ilə, eləcə də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində diplomatik təmaslar qurub. Xüsusilə, Türkiyə, Rusiya və Pakistanla aktiv diplomatik kontaktlar var.

Qarşıda iki yol durur: ya bu münaqişə diplomatik üsul və vasitələrlə həllini tapacaq, ya da öz sərhədlərini aşıb, bütün regiona yayılacaq, hətta qlobal qarşıdurmaya çevriləcək. Azərbaycan birinci ssenarinin - diplomatik həll yolunun tərəfdarıdır. Bunun üçün əlindən gələni edib və edir.

Ancaq İran, Ermənistan mediasında, hətta, təəssüf ki, Türkiyənin də bəzi media resurslarında Azərbaycanı az qala münaqişə tərəflərindən biri kimi təsvir və təqdim edirlər. Azərbaycanın İsraillə dost münasibətləri, bəli, var. Amma İsraildən də əvvəl İranla dostluq və qonşuluq münasibəti var. Bu münasibətlər Azərbaycanın nə İraın tərəfindən İsrailə qarşı, nə İsrailin tərəfindən İrana qarşı hər hansı addımlar atması deməkdir. Guya Azərbaycanda İsrailin hərbi bazasının olması, Azərbaycan ərazisindən İranın vurulması haqda yalanlarla kimlərsə İranla Aərbaycanın, eləcə də, Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışır. İran mediası məlum, Ermənistan mediası da məlum. Bəs Türkiyədəki bəzi media resurslarına nə olub?! Niyə Türkiyə cəmiyyətində antiAzərbaycan fikir, hakimiyyətdə də belə bir mövqe formalaşdırmağa çalışırlar.

Doğrudur, Türkiyə media sektorunda Azərbaycanı İranın hədəfinə gətirməyə çalışan müəyyən resurslar daha çox müxaifətə, eləcə də, müxtəlif xarici güclərə bağlı media quruluşlarıdır. Bunlar arasında ənənəvi olaraq canfəşanlıq edənlərdən biri - Halk TV Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasına yaxındır. Türkiyədə son prezident seçkiləri zamanı təbliğat-təşviqat kampaniyasında CHP-nin o zamankı sədri Kemal Kılıçdaroğlunun təklif və təqdim etdiyi strateji nəqliyyat-kommunikasiya xətlərinin xəritəsi yəqin yadınızsan çıxmayıb. Kılıçdaroğlu demişdi ki, o hakimiyyətə gəlsə, Orta dəhliz Azərbaycandan yox, İrandan keçəcək. Yeri gəlmişkən, Azərbaycanda İlham Əliyev hakimiyyətinə qarşı radikal mövqedə dayanan bəzi müxalifət nümayəndələri də məhz CHP ilə kontaktlar qurmağa çalışır, CHP ilə görüşür. Halk TV efirlərində çıxış ediblər.

Daha çox şərhə, məncə, gərək yoxdur.

Bizimyol.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01
Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Dünən, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Dünən, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Dünən, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Dünən, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Dünən, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Dünən, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Dünən, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Dünən, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Dünən, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Dünən, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Dünən, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Dünən, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Dünən, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Dünən, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru