İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                 

“Yapı Kredi Bank Azərbaycan”ın başını qara buludlar alıb? – NÜANSLAR
Tarix: 22-03-2017, 09:09 | Çap et
“Yapı Kredi Bank Azərbaycan”ın başını qara buludlar alıb?
Bu günlərdə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin ən önəmli filiallarından birinin bağlanması ölkənin bank sektorunda birmənalı qarşılanmadı. Bir neçə gün əvvəl yayılan məlumatı 365info.az oxucularının diqqətinə çatdırırıq: “Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialına verilmiş icazələr ləğv edilib.

MBNP-dən Trend-ə verilən məlumata görə, Palatanın Direktorlar Şurasının iclasında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən “İnşaatçılar” filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

365info.az-a daxil olan məlumata görə, yaxın günlərdə daha bir neçə bankın filiallarıyla bağlı da qərarlar alınacaq və bu siyahıda “Yapı Kredi Bank Azərbaycan” QSC-nin adının yenə də görünəcəyi istisna olunmur.

Bu ehtimallar nə dərəcədə güclüdür və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “əhatə dairə”sinin daralmasına gətirib-çıxaran amillər nədir? Xatırladaq ki, fevralın 24-də “Yapı Kredi Bank Azərbaycan” QSC filiallarında dollar alış-satışında kəskin fərqin müşahidə edilməsi barədə məlumat yayıldı: “Manatın son günlərə qədər bahalaşmasına baxmayaraq banklarda dolların alqı-satqısı arasındakı kəskin fərq narazılıqlara səbəb olur.

Məsələn, “Yapı Kredi Bank Azərbaycan” 1.6594 manata aldığı dolları 1.8300 manata müştərilərə satıb. Bu isə təxminən 1 dollarda 20 qəpik, hər 100 dollarda isə 20 manat gəlir deməkdir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mətbuat xidmətindən cebhe.info-ya verilən məlumata görə, hazırda “Yapı Kredi Bank”da rəsmi məzənnə 1.70-1.82 manatdır: “Yəni, dolları 1.71 manata alaraq müştərilərə 1.82 manata satırıq. Hətta aparılan əməliyyatlar zamanı bankın filiallarında fərdi kurslar da tətbiq edilə bilər. Müştərinin bizimlə olan bağlılığından, dəyişmək istədiyi valyutanın həcmindən asılı olaraq ona daha endirimli və güzəştli kurslar təklif edilə bilər. Demək olar ki, bütün müştərilərə güzəştlər edilir”.

Mətbuat xidmətindən verilən məlumata görə, bankdakı məzənnə tələb-təklif əsasında formalaşır. Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər. Bir sıra banklarda dollar 1.68 kursu ilə alınaraq 1.85 məzənnəsi ilə satılır: “Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dollları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır. Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır. Əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa, bu da süni gəlir hesab edilə bilər. Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var”.

365info.az xatırladır ki, son illərdə “Yapı Kredi Bank Azərbaycan”la bağlı ölkə mətbuatında bir çox qalmaqallı yazılar dərc olunub. Bu yazıların bəzilərində sözügedən bank nurçularla, FETÖ ilə əlaqələndirilib: “Yaxın günlərdə bağlanacaq banklardan biri də “Yapı Kredi Bank Azərbaycan” ola bilər. Maliyyə Bazarlarına Nəzarət Palatasına bu barədə göstəriş veriləcək. Belə ki, Türkiyədə uğursuz hərbi çevriliş cəhdində ittiham olunan FETÖ lideri Fətulla Gülənə bağlı olduğu iddia edilən “Yapı Kredi Bank Azərbaycan”in son aylar əməliyyatları da kəskin azalıb.

Buna səbəb FETÖ-ya bağlılıq söz-söhbətlərindən dolayı “Yapı Kredi Bank Azərbaycan”ın müştərilərini başqa seçim etmək zərurəti ilə üz-üzə qoyması olub. Amma göründüyü kimi, dolların nağd mübadiləsində ən çox qazanan bankdır. Belə desək, ən acgöz, tamahkar və soyğunçu bankdır. Ankaradan Bakıya göndərilən məlumatlarda bankın adı qırmızı xəttlə qeyd olunub. “Yapı Kredi Bank Azərbaycan” QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Milli Bankdan 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb” (xeberfakt.az).

365info.az mətbuatda “Yapı Kredi Bank Azərbaycan” haqqında yayılan ittihamları bölüşmür, lakin bəzi məqamlar diqqəti çəkir ki, aydınlıq gətirilməsinə ehtiyac hiss olunur. Sözügedən bankın nurçularla əlaqəsindən söz açan bu məlumatı da oxucuların diqqətinə çatdırırıq: “Araşdırmalar zamanı belə aydınlaşıb ki, nurçularla bağlı olduğu iddia edilən AAAF Park şirkəti Türkiyəyə pul daşınmasını Azərbaycanda fəaliyyət göstərən bir neçə bankla reallaşdırıb. Onlardan birinin“Yapı Kredi Bank Azərbaycan”, digərinin isə Azər-Türk Bank olduğu deyilir. Hər iki bank vasitəsi ilə külli miqdarda vəsaitin ölkədən çıxarıldığı vurğulanır” (bizimxeber.az).

365info.az ümid edir ki, “Yapı Kredi Bank Azərbaycan” haqqında son günlər tirajlanan məlumatlara aydınlıq gətiriləcək. Azərbaycanın bank sektorunda nəhənglərdən hesab olunan bu bankın taleyi əmanətçilərdə də narahatlıq doğurmaya bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
21-06-2025, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
21-06-2025, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
21-06-2025, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
21-06-2025, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
21-06-2025, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
21-06-2025, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
21-06-2025, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
21-06-2025, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
21-06-2025, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
21-06-2025, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
21-06-2025, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
21-06-2025, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
21-06-2025, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
21-06-2025, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
21-06-2025, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru