Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                 

"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Tarix: Bu gün, 06:24 | Çap et

İyunun 18-də keçirilmiş Azərbaycan dili fənni üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanından narazılıqlar səngimək bilmir. Sosial şəbəkələrdə fikirlərini bölüşən bir çox müəllimlər qeyd etdiyimiz fənn üzrə imtahanın yenidən keçirilməsini tələb edirlər.

Bəs Azərbaycan dili müəllimlərinin narazılıqlarına əsas varmı?

Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı bir daha təhsilin real vəziyyətini, xüsusilə pedaqoji korpusun hazırlıq səviyyəsini acı şəkildə üzə çıxardı:

"Sosial şəbəkələrdə yayılan narazılıqlara baxmayaraq, əslində təqdim edilən sualların əksəriyyəti 8–9-cu sinif dərsliyi səviyyəsində, təməl fənn biliklərini və metodiki yanaşmaları əhatə edən, hər bir müəllimin gündəlik dərs prosesində müntəzəm olaraq istifadə etməli olduğu mövzulardan ibarətdir. Bu suallara cavab verə bilməyən müəllimin nəinki şagirdə bilik verməsi, heç sinfə daxil olmaq üçün mənəvi haqqı belə müzakirə mövzusudur".

Ekspert qeyd etdi ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, müəllim müvafiq ixtisas üzrə ali pedaqoji və ya ali təhsil almalı, daim öz ixtisası üzrə biliklərini artırmalı, metodik yenilikləri izləməli və tətbiq etməlidir.

"Amma real mənzərədə bunun əksi müşahidə olunur. Bir çox müəllim ilboyu tədris etdiyi sahədə nəzəriyyə və praktika arasında körpü qura bilmir, sertifikasiya imtahanı zamanı təqdim olunan mətnləri düzgün anlamaqda, sualların cavablarını təhlil etməkdə, metodiki situasiyalara adekvat yanaşma göstərməkdə çətinlik çəkir.

Bu halın əsas səbəbi illərlə davam edən passivlik, oxumamaq və tənbəllikdir. Bəzi müəllimlər imtahandan keçmək üçün yalnız son anda hazırlaşır, ümumiyyətlə təhsilə xidmət yox, sadəcə iş yeri kimi baxırlar. Halbuki müəllimlik yalnız bilik vermək deyil, həm də öyrənmək məsuliyyəti daşımaqdır. Öz üzərində işləməyən, fənnini sevməyən və metodikasına bələd olmayan müəllim nəinki şagirdə stimul verir, əksinə, təhsildən uzaqlaşdırır.

2025-ci ilin ilkin statistik göstəricilərinə əsasən, bir çox ixtisaslarda keçid faizi 60%-dən aşağı düşüb. Xüsusilə riyaziyyat, ingilis dili və ibtidai sinif müəllimləri üzrə nəticələr ciddi suallar doğurur. Bu fənlər üzrə sualların böyük əksəriyyəti ümumtəhsil proqramlarına uyğun, mövcud dərsliklər əsasında hazırlanıb. Beynəlxalq praktika ilə müqayisədə isə bu testlər hətta sadələşdirilmiş səviyyədədir. Məsələn, Finlandiyada müəllimlərin ilkin qiymətləndirməsi yalnız bilik yox, həm də pedaqoji yaradıcılıq, refleksiya və şagirdin inkişafına yönəlik strateji planlaşdırma kimi komponentləri əhatə edir. Bizdə isə sadə qrammatik konstruksiyalar, riyazi təhlillər və ibtidai məntiqi anlayışlar çətinlik doğurursa, burada artıq təhsil sisteminin yox, müəllimin məsuliyyəti sual altındadır", - deyə K.Əsədov vurğuladı.

Ekspert qeyd etdi ki, Elm və Təhsil Nazirliyinin məqsədi müəllimləri imtahanla əzmək yox, onları inkişaf yoluna yönəltməkdir.

"Amma bu təşəbbüsə qarşı çıxan, “niyə qiymətləndirilirik?” deyə etiraz edən müəllimlər təkcə təhsilin yox, cəmiyyətin gələcəyinə də təhlükə yaradır. Çünki şagirdin təhsili müəllimin səviyyəsindən başlayır. Əgər müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, sadəcə məktəbə deyil, millətə ziyan verir.

Müsbət tərəfi odur ki, bu proses nəticəsində bacarıqlı, hazırlıqlı və öz üzərində çalışan müəllimlər fərqlənir, onların əməyinin qarşılığı olaraq maaşlarında artım təmin edilir. Hazırda sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərə 35–10% arası maaş əlavəsi verilir. Bu da sağlam rəqabəti təşviq edir".

Müsahibimizin fikrincə, maaş artımı kəmiyyətə deyil, keyfiyyətə bağlı olmalıdır.

"Bu baxımdan, gələcəkdə əlavə dərs saatlarının verilməsi yalnız yüksək nəticə göstərən müəllimlərə deyil, real praktik nəticələri olanlara təklif edilməlidir.

Nə dəyişəcək? Sertifikasiya imtahanlarının nəticələri rayon təhsil şöbələrinin kadr siyasətinə, müəllimlərin vəzifə irəliləyişinə və peşəkar inkişafına birbaşa təsir göstərəcək. Nə dəyişməlidir? Artıq müəllim yalnız diplomla deyil, faktiki bilik və bacarıqla sistemə daxil olmalı, hər 5 ildən bir bilik səviyyəsini rəsmi olaraq təsdiqləməlidir.

Əgər təhsilin inkişafını istəyiriksə, müəllimin inkişafı labüddür. Müəllim səviyyəsini qaldırmadan nə kurikulum dəyişəcək, nə dərsliklər faydalı olacaq, nə də şagird uğur qazanacaq. Təhsil sistemində dəyişiklik ilk növbədə müəllimin özündən başlamalıdır. Çünki müəllim həm məktəbin, həm də millətin ürəyidir. Bu ürək döyünmürsə, sistem də nəfəs ala bilməz", - deyə Kamran Əsədov bildirdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru