Gəncə Dövlət Universitetində sonu görünməyən korrupsiya OYUNLARI
Tarix: 10-03-2017, 08:29 | Çap et
Uzun illərdir ki, mətbuatın gündəmində qalmağı başaran Gəncə Dövlət Universiteti yüksək təhsil səviyyəsi əvəzinə daim rektorları ətrafında qalmaqallarla gündəmə gəlib. Rektorlar bir-birini əvəzlədikcə, bu adlı-sanlı təhsil ocağı daha dəhşətli münaqişə ocağına, daha dərin korrupsiya bataqlığına dönüb. Hər yeni təyinat özündən əvvəlki sələflərə rəhmət oxudub. Durum yenə eynidir. Hazırki rektor ətrafında cərəyan eləyən dedi-qodu, universitetdə idarəolunan rüşvət mexanizmi gözləntiləri heç edib. Yusif Yusifov rüşvətbazlığı, qohumbazlığı, intriqabazlığı-nə bilim nə bazlığı öncəkiləri çox arxasında qoyub. Mətləbə keçək və zaman-zaman KİV-lərdə yer alan bir sıra məsələləri sadalayaq. 2012-ci ildə gedən xəbərlərdə universitetin rektoru Elman Məmmədovla şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev arasında qarşıdurma yarandığı barədə məlumatlar dərc olunub. Münaqişəyə səbəb rektorun kadr seçimi irəli sürülürdü. Bundan başqa universitetdə qiymətlərin rüşvətlə yazıldığı barədə məlumatlar hələ keçmiş rektorun dövründən var. Münaqişə 7 il ərzində (2006-2012) universitetə rəhbərlik etmiş E.Məmmədovun vəzifəsini itirməsi ilə nəticələnib. "Bizim Yol” qəzeti də o vaxt daxil olan məlumatlara istinadən yazırdı ki, rəhbərliyin əsas gəliri ildə iki dəfə keçirilən imtahanlardan çıxır. «GDU-da 7 min tələbə oxuyur, onun təxminən 5 mini stabil olaraq qiymətini rüşvətlə yazdırır. Növbəti gəlir mənbəyi ikinci ixtisas almaq istəyənlərdən çıxır. Mənbə bu niyyətə düşənlərin 3 000 manat xərc çəkdiyini bildirir. İl ərzində universitetdə nə qədər tələbənin ikinci ixtisas almaq üçün müraciət etməsi rektor tərəfindən məxfi saxlanılır. Mənbə univesitetdə bir neçə dəfə müxtəlif dövlət qurumları tərəfindən yoxlamalar aparıldığını vurğulayıb. Deyib ki, ali məktəbdə ödənişli təhsil alan onlarla tələbənin müxtəlif səbəblərlə təhsil haqqından "azad edildiyi” üzə çıxıb. Tələbələrin ödədiyi vəsaitlər kassaya mədaxil olunmadan mənimsənilib. Amma cəza alan olmayıb”. 2013-cü il fevralın 15-də Prezident Ilham Əliyevin sərəncamı ilə Yadigar Əliyev GDU-nun rektoru təyin edilib. Mia.az saytının "5 ay əvvəl təyin olunan rektor rüşvət almadığına görə cəzalandırılıb?” başlıqlı yazıda qeyd olunub ki, "təhsil naziri Mikayıl Cabbarov GDU-nun rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət verib. Buna səbəb kimi, rektorun "universitetdə imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görməməsi” göstərilir. Lakin universitetin iqtisadiyyat fakültəsinin məzunu deyib ki, keçmiş rektorun dövründə daha çox rüşvət alınırdı: "Bu il bizdən dövlət imtahanına görə 400 manat aldılar. Bunu da xəlvət edirdilər. Kafedra müdirləri pul yığa bilmirlər deyə, rektoru istəmirlər. Rektor tapşırır ki, pul yığılmayacaq, amma kafedra müdirləri özbaşına, xəlvət pul yığırlar”. Universitetin tələbəsi Pənah da deyir ki, bu il imtahanlarda pul alınmayıb. "Tələbələr təcrübə məsələlərini də pulla həll etmək istəyirdilər, amma pullarını geri qaytardılar”. Həmin ilin dekabrın 23-də Y.Əliyev Prezidentin sərəncamı ilə vəzifədən azad edilib. Mətbuata ünvanlanan məktubda iddia olunurdu ki, prorektor Yusif Yusibov təhsil müəssisəsinin möhürünü ələ keçirib və onu rektora təhvil vermir: "İllərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşma hərəkətə keçib. Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, mütərəqqi metodları tətbiq etdiyi, islahatlara başladığı bir vaxtda maddi maraqları və mənfəətini güdən qruplaşma bu prosesi süngü ilə qarşılayıb”. Son beş ildə GDU-ya artıq üçüncü rektor gəlib, buna qədər orada prorektor işləmiş Y.Yusibov 2014-cü ildən universitetə rektor təyin olunub. Amma Y.Yusibov haqqında da universitetdə rüşvət ocağı yaratmaqdan tutmuş, müəllim və tələbələrin xüsusi cihazlarla dinlənilməsinə qədər ittihamlar səslənib. Ən son bu ilin yanvarın 20-də yayılan məlumatlara görə, GDU-nun tələbələri qış imtahan sessiyasında onlardan pul tələb edilməsinə etiraz olaraq aksiya keçiriblər. Deyilirdi ki, ötən il imtahanlar üçün onlardan 30-40 manat pul alınırdısa, ikinci devalvasiyadan sonra məbləğ 70 manata qaldırılıb. Dekan və müəllimlər belə bir qərarın rektor Yusibov tərəfindən verildiyini bildirərək, məsuliyyəti üzərlərindən atıblar. Qəzəblənən tələbələr rektorluğun qarşısına toplanaraq, Y.Yusibovun istefasını tələb ediblər. Sonradan universitetin tələbələri adından KİV-ə həmin məlumatları təkzib edən bir məktub daxil oldu. Yazılırdı ki, "Həqiqəti özündə əks etdirməyən, böhtan və şər xarakterli xəbərlərin paylaşılması biz tələbələri üzür. Təhsilin keyfiyyətinin artırılması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetdə hər cür şərait yaradılıb. Misal kimi dərs laboratoriyalarının yenidən qurulması, "ağıllı lövhələr”in quraşdırılması, dərs nizam-intizamının artırılmasını göstərmək olar. Hər il universitetimizə 500-600-dən yüksək bal toplayan tələbələr qəbul olur. Bu, bir daha göstərir ki , GDU regionun lider universitetlərindəndir. Məlumatlar universitetimizə ləkə yaxmaq istəyən bir qrup insanın mənfur əməlidir, amma onlar istəklərinə çata bilməyəcəklər. Tələbələr universitetdən və rektor professor Yusif Yusibovdan razıdır, etiraz üçün də heç bir səbəb yoxdur”. Əvvəla, məktub çox savadsız yazılıb, kim yazıbsa Azərbaycan dilinin bütün qrammatik qaydalarını ayaqlarının altına alıb. Biz onu redaktə və korrektə ilə vermişik. İkincisi, orada yazılanları bütün tələbələrin dəstəklədiyini kim təsdiq edir? Onu 2-3 tələbə də rektorun diktəsi ilə də yaza bilərdi, rektorun özü, prorektor və ya müəllimlər də. Kiçik bir universitetdə o qədər böyük vəsaitlər xərclənir ki, orada dərs laboratoriyası və ya "ağıllı lövhə”nin mövcudluğu təəccüb doğurmamalıdır. Rektor bu işləri şəxsi büdcəsi hesabına görmür, odur ki, lövhə və laboratoriyanı universitetin "uğuru” saymaq gülüncdür. Imtahanlarda rüşvət və nəticə etibarilə aksiya barədə mətbuata ötürülən məlumatların arxasında sabiq rektorların durub-durmadığını deyə bilmərik, cənab Yusibov "düşmənləri”ni bizdən yaxşı tanııyır. Onun nə qədər və ümumiyyətlə rüşvət alıb-almadığını da bilmirik. Amma dövlət büdcəsindən ayrılan vəsaitləri necə xərclədiyini təxmin etmək olar. GDU-nun kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev "Yeni Müsavat”a açıqlamasında rektorun fəaliyyətində qüsurlara yol verdiyini deyib: "Rektor 5 min nəfərlik kollektivin dərdi-səri ilə maraqlanmırdı. Maddi-texniki bazanın yaxşılaşdırılmasına ayrılan vəsaiti xərcləməyib saxlayırdı. Bu da narazılığa səbəb olurdu. Təhsil naziri bir dəfə ona şiddətli töhmət vermişdi, ancaq bu da təsir etmədi, Yadigar Əliyev dönüş yaratmaq istəmədi. Sonda da öz ərizəsini yazıb, çıxıb getdi”. Sondan başlayaq. Bizdə özxoşuna işdən çıxan yüksək çinli məmur varmı? 80 yaşlarını da qeyd ediblər, kreslodan əl çəkmirlər. İddiaya görə rektorla işləmək istəməyən müəllimlər olub, bizdəki psixologiya ilə rektorun idarəçilik üsulunu bəyənməyənlər ərizə yazıb getməliydilər. Deməli, rektorun öz ərizəsi ilə getdiyi barədə söylənənlər butaforiyadır. Onu, "öz xahişi” ilə getməyə məcbur ediblər. Ikincisi, "Bizim Yol” qəzeti GDU-da 6 ildə tender yolu ilə sərf olunan vəsaitlərin xərc strukturunu araşdırıb. Bu faktları kimsə təkzib edə bilməz və etməyiblər də. Çünki, bütün yazılanlar Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmən ictimailəşdirdiyi müsabiqə reyestrlərinə əsaslanır. Rektorların xərcləmələrinə gələk. 2010-2012-ci illərdə GDU-nun rektoru E.Məmmədov idi. 2010-cu ildə universitet üzrə 14 satınalma barədə reyestr məlumatı var. Ümumilikdə tenderdə xərclənən 287 597 manatın 72 930 manatı inventara sərf olunub. 56 206 manat avadanlıq, 42 min manat təmir, 28 371 manat dəftərxana ləvazimatı, 34 950 manat təsərrüfat malları, 24 950 manat mətbəə xərcləri, 18 111 manat abadlaşdırma, 8 043 manat kommunal- kommunikasiya, 2 033 manat da qazanxananın qazlaşdırılmasına yönəldilib. 2011-ci ildə Universitetin 40 tenderdə xərclədiyi pulun məbləği birdən-birə 5,3 dəfə artaraq 1 522 646 manat olub. Bundan 677 773 manat təmirə gedib və bu məqsədlə 8 dəfə pul ayrılıb. 254 311 manat avadanlıq, 196 208 manat inventar, 52 974 manat dəftərxana və təsərrüfat malları, 49 357 manat mətbəə xərcləri, 26 890 manat nəqliyyat vasitəsinin alınması, 15 min manat kommunal-kommunikasiya, 8 395 xalça və pərdələrin yuyulması, 127 065 manat abadlıq, 114 673 manat "digər xərclər” altında istifadə edilib. 2012-ci ildə ümumi dəyəri 1 709 045 manat olan 41 tender keçirilib. Bunun yenə 406 622 manatı təmirə sərf olunub. Bir ildə yeddi dəfə təmir işi aparılıb. 316 699 manat inventar (yeddi dəfə pul ayrılıb), 306 723 manat avadanlıq (yeddi dəfə pul ayrılıb), universitetin abadlığına 163 525 manat (üç dəfə pul ayrılıb) xərclənib. Bir ildə universitetə təkcə dəftərxana və təsərrüfat mallarının alınmasına 191 388 manat sərf olunub. Dörd dəfə də mətbəə işlərinə pul ayrılıb və bu, 109 766 manat təşkil edib. Xalça, pərdələrin yuyulması bu dəfə 11 493 manat, kommunal, kommunikasiya məsrəfləri də 34 min manat olub. 168 829 manatı (beş dəfə pul ayrılıb) da "digər xərclər” aparıb. 2013-cü ildə, yəni Y.Əliyevin dövründə cəmi 6 tender keçirildiyi göstərilib. Yumşaq inventarlar 19 574 manat, digər maşın və avadanlıqlar 47 930 manat, yenə inventarlar 44 090 manata başa gəlib. Mətbəə xərcləri üzrə satınalmalar 19 960 manat, dəftərxana malları 19 968 manat, idarənin digər xərc maddəsi üzrə işlərin satın alınması da 24 561 manat olub. Göründüyü kimi cəmi 176 083 manat avadanlıq, inventar, mətbəə, dəftərxana və "digər xərclər”ə gedib. Əvvəlki ildən 9,70 dəfə az xərc çəkilib. Həqiqətən də kimə görə xəsis, bizə görə isə qənaətcil rektor dövlət vəsaitlərini xərcləməyib, saxlayırmış. Y.Əliyevin bu davranışı naziri niyə narahat edib, onu başa düşmədik. Y.Əliyevin rektor işlədiyi dövrdə doğrudan da çox az pul istifadə olunub. Y.Əliyev ona görə az pul sərf edib ki, o işlər əvvəlki illərdə görülüb. Rektor pulu cibinə qoymayıb, mənimsəməyib, o pul onun evindən çıxmayıb, universitetin büdcəsində qalıb. Vəsaitin büdcədə qalması qüsur deyil. Əsl qüsur ehtiyac olmadan hər il eyni işlərə təkrar-təkrar pul xərcləməkdir. Universitetin 2014-cü il üzrə tender xərclərinin strukturuna baxaq. Atıq o dövrdən rektor Y.Yusibovdur. 13 tenderin ümumi qiyməti 1 016 915 manatdır – əvvəlki ildən 5,77 dəfə çox. 625 514 manat təmir, 90 977 manat abadlıq, 76 700 manat avadanlıq, 74 680 manat inventar, 44 850 manat mətbəə, 41 791 manat dəftərxana, 37 900 manat nəqliyyat vasitəsinin alınması, 24 503 manat da "sair xərclər” aparıb. Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan, dolayısıyla yüksək çinli məmurlardan birinə aid olduğu deyilən "İnstal-Servis” MMC əsaslı təmir işlərini 527 049 manata aparıb. 2015-ci ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1 882 199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10,68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 421 294 manatlıq təmir işi "İlqar-MR” MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tenderlərin siyahısındadır. Keçən il üç dəfə, ümumilikdə 1 517 179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. 68 217 manat inventar, 48 156 manat avadanlıq, 48 729 abadlıq, 34 652 manat dəftərxana və təsərrüfat malları, 23 000 manat mətbəə, 17 000 manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də "digər xərclər” altında 100 266 manat istifadə edilib. Hansı rektorun dövründə daha çox korrupsiya riski var, oxucu görmüş oldu. Aztoday.Az saytı internet üzərindən araşdırma apararkən daha bir faktı üzə çıxara bilib. Yusifovun tender əməliyyatlarındakı maxinasiyalar açıq-saçıqlığı ilə diqqət çəkdiyindən, cari tədris ilində, yəni 2016 – cı ilin sentyabrında təmtəraqla açılışı elan olunan korpuslardakı əsaslı tikinti-quruculuq işlərinin hansı vəsait hesabına reallaşdığı barədə məlumatlar gizlədilib. Daha doğrusu, sonuncu rektor qardaşının-Maliyyə Nazirliyində büdcə xərclərinə nəzarət funksiyasını həyata keçirən Cavanşir Yusifovun məsləhətilə görülən işlərə smeta sənədləri "tutmayıb”. Görünən budur. Əgər tutulubsa, Universitetin tərifi ilə məşğul olanlar Yusifovun "bəzəmə əməliyyatlarını” yazarkən, bəzəkpulunu nədən unudublar??? Araşdırmalarımız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
|