Köçkünlər yataqxanalarda istilik təchizatı tələb edirlər - Müraciət, MƏTN
Tarix: 14-02-2017, 07:11 | Çap et
Məcburi köçkünlər QMİDK sədri Əli Həsənova müraciətlərində soyuq payız-qış aylarında elektrik enerjisi sərfiyyatının çox olması səbəbindən ahıl, xəstə və tənha insanlar, eləcə də aztəminatlı ailələr tərəfindən kommunal xərclərin ödənməsində problemlər yaranacağını vurğulayırlar.
Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlər üçün 2017-ci il yanvarın 1-dək edilən kommunal xidmətlər güzəştinin pul şəklində onların aylıq müavinətləriniə əlavə edilməsi ilə bağlı fərmanı və buna uyğun olaraq yataqxana, pasionat, uşaq bağçası və s. məkanlarda da elektrik, qaz, su sayğaclarının quraşdırıılması hazırkı şəraitdə zəruri bir addım kimi qarşılanır. Lakin istismar müddəti çoxdan ötmüş, yarımçıq infrastrukturlu məkanlarda məskunlaşmış, aralarında işsiz, aztəminatlı ailələrin hələ də çox olduğu qaçqın və köçkünlər soyuq qış aylarında kommunal xidməti xərclərinin dövlətin ödədiyi limit həddini dəfələrlə keçəcəyi səbəbindən maddi çətinliklərlə üzləşəcəyklərindən ehtiyat edirlər. Belə vətəndaşlar üçün problem yaraqan əsas məsələ yataqxana, pasionat və s. kimi məkanların çoxunda təbii qazın və istilik sisteminin olmamasıdır.
Bakı şəhəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında məskunlaşmış məcburi köçkünlər məhz istilik və qaz təchizatı problemini həlli ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova müraciət ünvanlayıblar. Müraciətdə köçkünlər öncə işğal altındakı yurdlarına qayıtmaq arzularını və dövlətimizin, ordumuzun gücü sayəsində bu arzularının həyata keçəcəyinə inandıqlarıni vurğulayırlar.
Yataqxanada məskunlaşmış 95 köçkün ailəsi adından Moderator.az-a göndərilmiş 140 nəfərin imzaladığı məktubda deyilir:
“Hörmətli Əli müəllim! Öncə onu xatırladaq ki, respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış digər köçkünlər kimi, bizlərin də ən böyük və əsas problemi işğal altındakı torpaqlarımızın azad edilməsidir. Və ümid edirik ki, dövlətimizin, ordumuzun gücü, xalqımızın dəyanəti sayəsində biz öz doğma ocaqlarımıza dönəcəyimiz günləri görəcəyik, inşallah. Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ödənilən kommunal xidmət xərcləri limitinin onlara verilən aylıq müavinətlərin üzərinə əlavə edilməsi haqda məlum fərmanına uyğun olaraq yataqxana, pasionatlarda və s. görülən fərdi sayğaclaşdırma işlərini zəruri bir tədbir kimi qarşıladıq. Artıq məskunlaşdığımız yataqxanada da elektrik sayğaclarının quraşdırılması işləri başa çatmaq üzrədir. Lakin nəzərə almaq lazımdır ki, bir sıra yataqxanalarda olduğu kimi, bu binada da sovet dövründən qalma istilik sistemləri sıradan çıxıb. Qaz isə yalnız ümumi mətbəxlərdə istehlak edilir. Bu səbəblərdən payız-qış aylarında otaqların normal qızdırılması yalnız elektrik enerjisi hesabına təmin edilir. Üstəlik, ümumi mətbəxlərdəki az sayda qaz plitələrinin istismar müddəti çoxdan bitdiyindən təhlükəli olmaqla yanaşı, onların üzərində normal qaydada çay, xörək hazırlamaq da müşkülə çevrilib. Odur ki, sakinlər bu problemlərini də əsasən öz dar otaqlarındakı elektrik plitələri hesabına həll edirlər. Onu da nəzərə almaq lazımdır ki, yataqxanada onlarla xəstə, ahıl insan məskunlaşıb. Bəzi otaqlarda yalnız qoca və xəstə ər-arvad yaşayır. Tənha yaşayanlar da var. Aydındır ki, belə ailələr soyuq qış günlərində qızınmaq üçün bütün sutka boyu elektrik plitələrini yandırmalıdırlar. Bu cür ahıl adamların ümumi mətbəxə gedib növbəyə duraraq xörək hazırlaması da qeyri-mümkündür. Odur ki, belə ailələrin ay ərzindəki elektrik enerjisi sərfiyyatı müəyyən olunmuş limiti dəfələrlə ötüb keçəcək. Və təbii ki, bu halda Tarif Şurasının son qərarına əsasən 2016-cı il dekabrın 1-dən ölkədəki hər bir enerji istehlakçısına aid edilən limitdən çox elektrik istehlak etmiş köçkünlər də daha çox xərcə düçəcəklər. Və beləliklə, yataqxanada ağır vəziyyətdə yaşayan bu insanların da aldığı pensiya və çörəkpulunun xeyli hissəsi yalnız kommunal xərclərə sərf ediləcək. Onu da nəzərə almaq lazımdır ki, binadakı köçkünlər arasında yalnız çörəkpulu ümidinə qalan işsizlər də xeylidir. Bu minvalla, ümumiyyətlə, yataqxana sakinləri tərəfindən kommunal xərclərin ödənməsində problemlər yaranacaq ki, bu da müvafiq qurumlar üçün də əlavə baş ağrısına çevriləcək. Ancaq yataqxanamızda istilik sisteminin bərpa olunması və qaz istehlakının normallaşdırılması üçün müvafiq tədbirlər görülərsə, imkansız ailələrin üzərinə düşən yük xeyli yüngülləşər. Və nəticədə kommunal xərclərin ödənməsində də ciddi problem yaşanmaz. Hörmətli Əli müəllim! Öncə qeyd etdiyimiz kimi, rəhbəri olduğunuz Komitənin və bilavasitə Yasamal şöbəsinin əməkdaşları arasında yataqxanamızdakı vəziyyətlə maraqlananlar da yaxşı bilir ki, bu binada sovet dövründən qalma istilik qazanxanası mövcud olub və burada istilik sistemin bərpa etmək texniki baxımdan mümkündür. Binada tələbələrinin yaşadığı Dövlət İdarəçilik Akademiyası rəhbərliyindən də bildirilib ki, yataqxanaya istilik sistemi çəkilməsinə bacardıqları maddi dəstəyi verməyə hazırdırlar. Yataqxanada erməni işğalı altındakı müxtəlif rayonlardan məskunlaşmış köçkünlər ayrı-ayrılıqda sakini olduqları rayonların icra hakimiyyətərinə də müraciətlər ünvanlayıblar. Hesab edirik ki, bu işə sahibkarların da dəstəyini cəlb etmək mümkündür.
Hörmətli Əli müəllim! Bilirik ki, dövlət başçısının göstərişi ilə Sizin rəhbərliyiniz altında yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin köçürülməsi üçün növbəti yeni binalar tikilməsi istiqamətində tədbirlər görülür. Ancaq gerçəklik belədir ki, hazırda dünyada gedən iqtisadi böhran şəraitində bu proses hələ bir neçə il çəkəcək. Və bu illər ərzində bizlərin də bir vətəndaş olaraq nisbətən normal şəraitdə yaşamaq haqqımız var. Odur ki, söylədiklərimizi nəzərə alıb məskunlaşdığımız yataqxanada istilik təchizatı və qaz paylanışı və istehlakı probleminin həll edilməsindən ötrü müvafiq tədbirlər görülməsi üçün səlahiyyətiniz çərçivəsində göstərişlər verəcəyinizə və hökumət qarşısında məsələ qaldıracağınıza ümid edirik. Hörmətlə, məcburi köçkün vətəndaşlar (95 köçkün ailəsi adından cəmi 140 imza)
3 fevral 2017-ci il”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
|