Şamaxı fermerləri fəryad qopardı - HƏYƏCAN TƏBİLİ
Tarix: 31-01-2017, 08:20 | Çap et
 В«Cənab Prezident, Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlbir olan tanımadığımız bir şəxs 25 ildir məskunlaşdığımız 100 qışlaq yataqlarındakı 500 ailəni zorla qovub yataqlarımızın torpaq ərazilərini ələ keçirirВ» Pravdainfo.org-a daxil olmuş bir şikayəti həm də Şamaxı fermerlərinin fəryadı adlandırmaq olar. Şikayətçi sahibkarlar Hacı Əbülfəz, Hacı Şirinbala, Zahir Məmmədov, Vahid Əhmədov, Ağaheybət Heybətov və digərlərinin (cəmi 112 nəfər) imzaladığı şikayət məktubu Prezident İlham Əliyevə ünvanlıdır. Şikayətdə deyilir: -Cənab Prezident! Sizin son müşavirədə bir daha dünya iqtisadiyyatındakı vəziyyət və Azərbaycanın da bu problemlərə sinə gərməsi barədə söylədiklərinizi dövlət televiziyasının ekranından izlədik. Ölkəmizdə ərzaq məhsullarının qiymətinin artması, xüsusən də ət və ət məhsullarının qiymətindəki son artımlar biz qoyunçuluq təsərrüfatları ilə məşğul olan fermerləri ciddi narahat etməyə bilməz. Lakin Kənd Təsərrüfatı Nazirliyimiz olsa da, bu nazirliyin məsul işçiləri biz fermerlərin dərdini və problemini şəxsən dinləmədən özlərindən rəylər verir, təkliflər irəli sürürlər. Cənab Prezident, Siz isə aqrar sahənin inkişafı üçün əlinizdən gələni edir, Dövlət büdcəsindən hər il yüz milyonlarla manat yardımlar ayırırsınız. Amma yenə də daxili bazarlarımızın bir gözü xaricdən gətirilən keyfiyyətsiz ərzaqlarda qalır. Niyə? Bunun bizə aid olan bir səbəbini deyirik: biz qoyunçuluq təsərrüfatı ilə məşğuluq. Dövlətdən bir manat da yardım almırıq, ehtiyacımız da yoxdur. 25 ildir ki, Şamaxının qışlaq zonalarında məskunlaşmışıq, 100-dən çox qoyun yatağında 100 min başdan çox qoyun və digər heyvanlar saxlanılır. Hər yataqda 5-6 ailə, hər ailədə isə 4-5 nəfərdən hesablasaq, bu sahə ilə nə qədər insanın məşğul olduğu, ailəsini dolandırdığı, üstəlik, hər il 40-50 min baş qoyun-quzunun ölkə bazarlarına çıxarılıb satıldığı bəlli olar. Bu başqa mövzudur ki, biz əti orta hesabla 5-6 manata satdığımız halda, paytaxt bazarlarında həmin ət 10-12 manata satılır.
Cənab Prezident! İndi bir arxalı şəxs və onun təmsil olunduğu bir şirkət qeyd olunan 100 qış yatağını və yaylaq torpaqlarımızı bizim əlimizdən almaq istəyir. Artıq bir müddətdir ki, həmin adını bizə dəqiq demədikləri şəxs Şamaxı rayon İcra Hakimiyyətində oturub və RİH rəsmilərinin xətti ilə hər yataq sahibinə (baş çobana) 10 min manat təklif edərək yataqdakı mülkü və tikililəri, aid torpaq sahələrini bizdən almaq istəyirlər. Özü də zor gücünə. Yuxarıda dedik, bizim bu yüz yataqda (Hacıqabuldan Kürdəmirə və şimaldan Şamaxıya qədər olan ərazilər) hazırda təkcə 100 min başdan çox xırda buynuzlu heyvan (qoyun-quzu) saxlanılır. Deməli, belə davam etsə və bizim bu adamlara gücümüz çatmasa, tezliklə Azərbaycanın bazarları 100 min baş qoyun-quzudan məhrum olunacaq. Bu isə bazarlardakı qiymətlərə görün bir müddət sonra nə qədər təsir edəcək. Əgər bu ərazilər dövlət ehtiyacları üçündürsə, canımız da bu dövlətə qurban olsun! Amma bilirik ki, bu danışıqlar anonim, gizli sövdələşmə ilə aparılır. 25 ildir tikib qurduğumuz çoban evlərimiz, qış yataqları, suvarma təsərrüfatları və digər qurğuların qiyməti 100-150 min manat olduğu halda, bizə 10 min manat təklif edirlər. Məqsəd isə bizlərə məxsus torpaq sahələrini ələ keçirməkdir. Hiss olunur ki, kimlərsə ayrılmış külli miqdarda vəsaiti bu yolla ələ keçirmək istəyir. Niyə bizim taleyimizi Allahın ümidinə buraxmaq istəyirlər??? Bizə çatan məlumata görə, həmin şirkətin adamları dövlətdən hansısa aqrar layihə bəhanəsi ilə yüz milyonlarla manat kredit vəsaiti götürmək istəyirlər. Kredit isə faktiki torpaq sahəsinə ayrıldığından onlar bu qədər təsərrüfatların torpaqlarına sahib olmaq fikrindədirlər. Cənab Prezident! Bu müraciətimizi Şamaxı qoyunçuluq təsərrüfatlarında çalışan çobanların fəryadı kimi qəbul edin. Ömrünü bu sahəyə həsr etmiş, qışın soyuğuna və yayın istisinə baxmayaraq min bir əziyyətə qatlaşan biz çobanlara köməyinizi əsirgəməyin. Əvvəldən minnətdarlığımızı bildiririk. Pravdainfo.org-dan: Müraciət Prezident İlham Əliyevin rəsmi saytına, həmçinin Kənd Təsərrüfatı Nazirliyinə, Şamaxı RİH-nə və digər dövlət qurumlarına göndərildi. Nəticəsi barədə əlavə məlumat veriləcək və fermerləri bu müraciətə təhrik etmiş və adı gizli saxlanılan şirkət barədə isə araşdırmamız davam edir…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41 |
|
|
|
• Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40 |
|
|
|
• Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26 |
|
|
|
• ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20 |
|
|
|
• "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
• "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15 |
|
|
|
• Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11 |
|
|
|
• ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02 |
|
|
|
• "Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42 |
|
|
|
• 'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38 |
|
|
|
• Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32 |
|
|
|
• Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29 |
|
|
|
• "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24 |
|
|
|
• Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19 |
|
|
|
• Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
• Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11 |
|
|
|
• Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40 |
|
|
|
• Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15 |
|
|
|
|