Mikayıl İsmayılova bu sərvət kimdən qalıb? - İDDİA
Tarix: 12-01-2017, 08:09 | Çap et
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun daha bir obyekti üzə çıxıb. Mətbuata SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun olduğu bildirilən daha bir 5 milyonluq obyekti ilə bağlı məlumat daxil olub. Mənbənin iddiasına görə, Nizami rayonu, Mikayıl Əliyev prospektində yerləşən həmin obyekt, ancaq xarici vətəndaşlara müvəqqəti yaşamaq üçün icarəyə verilir.Qeyd edək ki, iki blokdan, beş mərtəbədən ibarət olan obyek biznes məqsədilə tikilib. Bu səbəbdən də neft şirktində işləyən xarici vətəndaşların burda yaşaması, cənab İsmayılovun monopolist siyasətidir.Geniş ictimaiyyətə məlum olduğu kimi, Mikayıl İsmayılov dövlətdən oğurladıqlarına Ağsu aşırımında restoran, Bakıda ticarət obyektləri, villalar, mənzillər, xəstəxanalar -”Modern Hospital”, “Baku Medical Plaza” və digər obyektəlr tikdirib “Şərədil” İstirahət mərkəzi sənəddə kimin, reallıqda kimindir? Şamaxı rayonu S.Bəhlulzadə küçəsi, 30 saylı evdə yaşayan Niftəliyev Əziz Babası əli hər yerdən üzüldükdən sonra mətbuata müraciət edərək yaranmış probleminin həlli üçün kömək etməyi xahiş edir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən beton zavodunun sahibidir. Rayon ərazisində inşa olunmuş bir çox obyektlər Niftəliyev Əziz Babası oğluna məxsus beton zavodu tərəfindən betonla təmin olunmuşdur. Həmçinin ARDNŞ-nin Pirqulu qəsəbəsində inşa etdiyi Hotelin təməlinin başlanmasından və təməlin son tamamlanma işlərinə qədər, 2012-ci ilin sentyabr ayının əvvəllindən sonuna qədər verilmiş sifarişə əsasən zavoda məxsus beton qarışdıran maşınlar vasitəsilə tikinti keyfiyyətli betonla təmin olunmuşdur. Lakin sifariş tam yerinə yetiriləndən sonra tikinti aparan şirkət zavoda ayrılmış 45134 manat borcu ödəməkdən imtina etmişdir(son məlumatlarda şirkət tərəfindən həmin məbləğin bir hissəsinin dənildiyi bildirilir). Niftəliyev Əziz Babası oğlu dəfələrlə müraciət etməsinə baxmayaraq, yaranmış borc ödənilməmiş, nəticədə zavod öz işçilərinin əmək haqlarını və digər xərclərini ödəyə bilmədiyi üçün məcburi surətdə fəaliyyətini dayandırmışdır. Zavodun rəhbəri dəfələrlə ARDNŞ-nin idarəsinin nümayəndəsi Mehdiyev Qiyamətə (Türkiyədə arvadının adına villaları olan məmur) və digər şirkət rəhbərlərinə müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Ona bildirilmişdir ki, tikinti aparılan ərazi və tikintini aparan şirkət ARDNŞ-nə məxsus deyildir. Aparılan araşdırmalar nəticəsində aydın olmuşdur ki, tikinti aparılan ərazi Neft Şirkəti rəhbərlərinin yaxınlarının adına qeydiyyata alınmışdır və Hotelin tikintisi zamanı aparılan işlərə şirkətin yüksək vəzifə sahibləri nəzarət etmişlər. ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılov şəxsən dəfələrlə ərazidə olmuş və aparılan işlərlə yerindəcə tanış olmuşdur. Həmçinin Hotelin inşasını həyata keçirən tikinti şirkəti daha əvvəl 2009-2011-ci illərdə Şamaxı rayonunda Neft Şirkətinin yüksək vəzifəli sahiblərinin yaxınlarının adına qeydiyyata alınmış “Şərədil” istirahət mərkəzinin tikintisi ilə məşğul olmuşdur. Burada aydın olur ki, aparılan tikinti işləri tamamilə ARDNŞ-nin nəzarətindədir və yaranmış borcu ödəməmək üçün bundan imtina edilməsi tamamilə absurddur.O vaxtlar “Şərədil” istirahət mərkəzinin tikintisi Mikayıl İsmayılovun birbaşa rəhbərliyi altında aparılan zamanı sifarişlər əsasında beton zavodunun gördüyü bütün işlərin haqqı vaxt-vaxtında ğdənilmişdir. Elə ona görə də beton zavodun sahibi Əziz Niftəliyev Neft Şirkətinə məxsus olan Pirquludakı otelin tikintisi zamanı da elə zənn etmişdir ki, əgər tikinti işlərinə Neft Şirkətinin əsas fiqurlarından hesab olunan M.İsmayılov rəhbərlik edirsə, deməli görülən işlərin əvəzi də artıqlaması ilə ödəniləcəkdir. Amma tarix göstərdi ki, cənab Mikayıl İsmayılov qazanılan etimaddan necə istifadə edir. Belə olmasaydı, bu adam bir belə obyektlərə necə sahib ola bilərdi?. ARDNŞ-in “Şərədil” qambiti Məzuniyyətə çıxan əməkdaşlar Ağsu aşırımındakı neft bossu M.ismayılova məxsus “Şərədil” istirahət mərkəzində dincəlməyə məhkum edilib; imtina edənlər işdən qovulma ilə hədələnir. Bir neçə il əvvəl Şamaxıda olarkən yerli sakinlərlə söhbət zamanı maraqlı informasiyalar əldə etmişdik. Sakinlər bildiriblər ki, Ağsu aşırımındakı “Şərədil” istirahət mərkəzi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevə yaxın adamlar tərəfindən idarə olunur.(konkret ad çəkməslərdə məlumdur ki, bu adam vitse-prezident Mikayıl İsmayılovdur) Bu isə Şamaxı rayonunda hotel və kotteclərə malik ən iri istirahət mərkəzinin R.Abdullayevə bağlı olduğunu söyləməyə əsas verir. Məlumatın ən ilginc tərəfi isə “Şərədil”də istirahət edənlərlə bağlıdır. Sakinlərin dediyinə görə, həddən artıq bahalı olan istirahət mərkəzinin müştərilərinin əksəriyyəti ARDNŞ-in işçiləridir. Maraqlıdır ki, məzuniyyətə çıxan işçilər bu məkanı könüllü seçmirlər. Şirkət rəhbərliyinin göstərişi əsasında onlar məhz “Şərədil”də istirahət etməyə məhkumdular. Deyilənlərdən belə məlum olur ki, ildə bir dəfə verilən istirahət hüququnu həyata keçirən SOCAR əməkdaşlarının bu məqsədlə getdikləri yerlərə ödəmələrinin 15 faizi əmək haqqından tutulur; 85 faizi isə Neft Şirkəti Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait hesabına sözügedən istirahət mərkəzinin hesabına köçürülür. Bundan sonra işçi məzuniyyətini orada keçirmək məcburiyyətində qalır. Əldə edilən məlumata görə, qiymətlər bilincli halda dəfələrlə şişirdilib. Bununla da Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsilə sənədləşdirilən putyovkalar əsasında pulların mənimsənilməsi həyata keçirilir. Məzuniyyətini başqa bir rayonda və ya doğulduğu kənddə keçirmək planının olduğunu dilinə gətirib, qoyulan şərtlə razılaşmayanlar isə “o zaman məzuniyyətdən işə qayıtma, ərizəni yaz, işdən çıx”, xəbərdarlığı alırlar. Yada salaq ki, Rövnəq Abdullayevə məxsus digər istirahət mərkəzləri də var. Onlarda da vəziyyət eyni cürdür – başqa qisim neftçilər də məzuniyyətlərini oralarda keçirirlər. Qeyd edək ki, “Şərədil” istirahət mərkəzi Şamaxı rayonunun Şərədil kəndi ərazisindədir. İstirahət kompleksinin kottecləri istifadədədir. 2009-cu ildə tikilmiş bu obyekt ARDNŞ-nin maliyyə hesabından əvvəlcə ayrılmış 5 milyon manata başa gəlmişdir. Lakin tikintinin aparıldığı sahənin sürüşmə və erroziya olunan yer olduğunu nəzərə almayan şirkət baş vermiş sürüşmənin qarşısını almaq üçün əlavə bənd-bərkitmə işlərinin görülməsi üçün əlavə olaraq 2 milyon manat da ayırmaq məcburiyyətində qalmışdır. Odur ki, Mikayıl İsmayılovun doğulub boya-başa çatdığı doğma Şərədil kəndinin 120 metrliyində ərsəyə gəlmiş bu istirahət mərkəzi biznes üçün daha faydalı hesab olunur.Yerli sakinlərin dediyinə görə, kənar şəxslər burada istirahət etmək istəslər adambaşına qapıdan içəri buraxılmaları üçün 20 manat ödəməlidirlər. Neft Şirkəti işçilərinə isə bu qayda tətbiq olunmur. Deyilənlərdən bu nəticə hasil olur ki, ARDNŞ-nə məxsus olduğu bildirilən “Şərədil” istirahət mərkəzi ilboyu “müştərisiz qalmır, və qazancla işləyir. Daha doğrusu, öz işçilərinin 15 faiz əməkhaqqı və 85 faizi də ARDNŞ-nin Sosial Müdafiə Fonduna ayrılan pulların “Şərədil”in büdcəsinə yönəldilməsi hesabına. Qanunvericiliyə istinad edilsə obyektlərin aqibəti pis olacaq İstər Ekologiya naziri Hüseynqulu Bağırovun, istərsə də Baş nazirin müavini Abid Şərifovun Ağsu “pereval”ı istiqamətində göbələk kimi artan obyektlərin fəaliyyəti nəticəsində bu zonada sürüşmənin aktivləşməsi məsləsi dəflərlə yüksək tribunalarda vurğulanmış və qanunvericilic daxilində təcili tədbirlərin görülməsi qeyd edilmişdir. Elə bu səbəbdən də bir müddət əvvəl Milli Məclis tərəfindən «Avtomobil yolları haqqında» Qanuna müəyyən dəyişikliklər edilib. Məhz həmin dəyişikliyə əsasən yol kənarında hər hansı bir tikinti işlərinin aparılmasına, biznes obyektinin inşasına imkan verilməyəcək. Bu günədək yol kənarında fəaliyyət göstərmiş qanunsuz tikililər isə onlara rəhbərlik edən hüquqi və fiziki şəxslərin hesabına söküləcək. Belə ki, «Avtomobil yolları haqqında» Qanunun müvafiq maddəsinə əsasən avtomobil yolunun sahibi onun razılığı olmadan yolun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi, eləcə də fiziki şəxslərdən bütün işləri dərhal dayandırmağı, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək və yolları əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Bu tələbin icrasından imtina edildikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirilmədikdə isə yolun əvvəlki vəziyyətinə qaytarılması avtomobil yolunun vəsaiti və qüvvəsi hesabına yerinə yetiriləcək. Belə olan halda isə bu işlər üçün çəkilən xərclər qanunsuz tikinti aparan və ya sifariş verən şəxslər tərəfindən ödənilməlidir. Görülən xərclər çəkilmədikdə isə avtomobil yolunun sahibi məhkəmələrdə müvafiq iddialar irəli sürmək hüququna malikdir. Həmçinin, sözügedən qanunda qeyd olunur ki, müvafiq razılığın və ya normativ-texniki şərtlərin tələblərinə riayət edilmədiyi halda avtomobil yollarının torpaq sahəsində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrə uyğun olaraq məsuliyyət daşıyırlar.
Heç şübhəsiz ki, bütün bunlar avtomobil yollarının mühafizə, onların genişlənirilməsi məqsədilə edilir. Məhz elə bu səbəbdən də «Avtomobil yolları haqqında» Qanuna edilən dəyişikliklər təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Lakin bu, həm də o deməkdir ki, artıq yol kənarlarında fəaliyyət göstərən obyektlərin böyük əksəriyyəti bağlanılacaq. Məhz bununla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin iddiasına görə, sözügedən qanunun qəbulundan sonra Ağsu «perevalı» deyilən ərazidə fəaliyyət göstərən obyektlərin bir çoxunun taleyi sual altına düşüb: «Yəqin artıq çoxlarına bəllidir ki, Ağsu «perevalı»nda yerləşən obyektlərin əksəriyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edən Mikayıl İsmayılova məxsusdur. Belə ki, Ağsu «perevalı», Şərədil kəndi ərazisində yerləşən əzəmətli malikanə, «Şərədil» istirahət kompleksi və yol kənarındakı digər bir sıra istirahət məkanları məhz Mikayıl İsmayılovundur. Yəni araşdırmalar nəticəsində bəlli olub ki, Ağsu aşırımında əsasən Mikayıl İsmayılovun özünün, qohumlarının və ona yaxın olan şəxslərin obyektləri fəaliyyət göstərir. Bu isə o deməkdir ki, məlum qərardan sonra Dövlət Neft Şirkətinin vitse-prezidentinin obyektləri də söküntüyə məruz qala bilər». Məlumatlı şəxsin sözlərinə görə, Ağsu «perevalı»ndakı çayxanalar, restoranlar və digər bu tip məkanlar yol kənarında yerləşdikləri üçün qısa müddət ərzində bağlanıla, hətta tamamilə dağıdıla bilər: «Çünki həmin obyektlər ərazinin görkəminə zərər vurmaqla yanaşı, onsuz da çətin keçilən Ağsu «perevalı»nda avtomobillərin hərəkətini, eləcə də əhalinin gediş-gəlişini bir qədər də ağırlaşdırır. Bu isə haqlı olaraq aidiyyəti qurumların hərəkətə keçməsinə, «pereval»la bağlı müvafiq tədbirlər görməsinə səbəb olacaq. Bu həm də ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun böyük maliyyə itkisilə üzləşə biləcəyini deməyə əsas verir. Doğrudur, gərək Fövqəladə Hallar Nazirliyi əvvəldən öz funksiyasını yerinə yetirərək belə sürüşmə zonasında bahalı və irihəcmli obyektlərin tikintisinə və istismarına icazə verməyəydi./bakixeber.az/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
|