Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                 

'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?' - ŞİKAYƏT VAR
Tarix: 19-10-2016, 08:46 | Çap et
'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?'
“Öz ölkəmdə qəpik-qəpik toplayıb ev almışam. 5 ildir ki, dələduzların meydançasında futbol topuna dönmüşəm. Hərə bir qapıya ötürür. Üstəlik də, bu, tək mənim başıma gəlmir. Minlərlə vətəndaş MTK-ların qurbanına çevrilib. Gəl ki, bu proses yenə də davam etməkdədir. Bir Azərbaycan vətəndaşı olaraq hüquqlarımın bərpasını, əmlakımın qaytarılmasını, dələduzların cəzalandırılmasını tələb edirəm”.

Bakı sakini Qədir İmanov 5 il əvvəl “Ulduz-S” MTK-yə 37 min manat ödəyərək şirkətin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etməkdə olduğu 4 bloklu binanın 5-ci mərtəbəsindən mənzil alıb. Aralarında bağlanmış müqavilənin şərtlərinə görə, şirkət mənzili 1 il ərzində təhvil vermək öhdəliyi götürüb.

MƏNZİLİ VƏ MÜQAVİLƏSİ DƏYİŞDİRİLİB

Qədir İmanov vaxtaşırı tikinti yerinə gedərək işlərin davam etməsinin şahidi olub. Ancaq bir gün tikinti yerinə baş çəkəndə orada qarovulçudan başqa heç kəsi tapmayıb:

“İşlər dayanmışdı. Mən işlərin nə vaxt davam edəcəyi ilə bağlı maraqlanmaq üçün ofisə gedəndə şirkətin əməkdaşları arxayın etdilər ki, xırda bir məsələdən ötrü işlər qısa müddətə dayanıb. Həm də xahiş etdilər ki, evimin yerini Rusiyadan gəlmiş və məndən bir mərtəbə yuxarıda mənzil almış başqa bir müştəri ilə dəyişim. Çünki o, yuxarı mərtəbəni istəmir. Mən də razılaşdım. Müqaviləm dəyişdirildi, bir mərtəbə yuxarıdakı mənzil sənədləşdirildi. Yəni, 37-ci mənzil məndən alınaraq əvəzinə 28-ci mənzili verildi. Mənə köhnə tarixlə yazılmış yeni müqavilə və maliyyə arayışı təqdim olundu”.

Müqavilə üzrə öhdəlik müddəti bitir, üstəlik, 3 il də gəlib keçir, Qədir İmanov təzə evə köçəcəyini gözləməkdən səbirsizlənir. Bir gün isə xəbər tutur ki, binanın tikintisi ilə bağlı başqa şirkət məşğul olur. Aldığı mənzilin taleyi ilə maraqlanmaqdan ötrü tikintini davam etdirən “Şərur” MTK-nın Binəqədi rayonu ərazisindəki “Hollivud” şadlıq evindəki ofisinə yollanır. Burada payçıların siyahısına baxaraq ona bildirirlər ki, adı siyahıda yoxdur:

“DEDİ, ƏLAVƏ PUL ÖDƏ”

“Gördüm ki, mənim kimi çox payçının adı siyahıda yoxdur və narazılıq yaranıb. Məlum oldu ki, “Ulduz” MTK-dan onlara verilmiş siyahı üzrə mənzilləri başqa adamlara verirlər. 2011-ci ildə pul verib, müqavilə bağlayıb mənzil aldığım Fikrət Hacıyevi axtarıb Nərimanov rayonu, Teymur Əliyev küçəsindəki binalardan birində təzə götürdüyü ofisdə tapdım. Yaxasından yapışıb evimi tələb etdim. Dedi, “sənin vaxtilə 37 min manata aldığın həmin evin qiyməti indi 58 min manatdır. Gətir, əlavə pul ödə, evi sənə versinlər”. Mən onunla bağlı prokurorluğa şikayət edəcəyimi bildirəndə dedi, “bir az gözlə, tezliklə ya Xırdalandan, ya da elə həmin binadan sənə ikiotaqlı mənzil düzüb-qoşacam”. Bir müddət də gözlədim, bir hərəkət görməyib onunla təkrar görüşmək istəyəndə isə ya ofisində tapılmırdı, ya da deyirdi, “yanımda adamlar var, səninlə danışmağa vaxtım yoxdur”. Sonuncu telefon danışığımızda isə dedi, “ümumiyyətlə, səni tanımıram, mənə pul verməmisən, get, əlin hara, kimə çatır, şikayət elə”.

Şirkət tərəfindən aldadıldıqları ilə bağlı Qədir İmanov da daxil olmaqla bir neçə payçı Nərimanov rayon polis idarəsinə ərizəylə müraciət edib. İdarədə cinayət işi başlanıb, sonradan isə Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilib. Burada eyni faktlar və digər vətəndaşların şikayətləri əsasında başlanmış daha bir cinayət işinə birləşdirilib. Bu ilin martından Qədir İmanov dəfələrlə idarəyə gedib dinlənilməsini istəsə də, onu dinləyən, izahatını, ifadəsini alan olmayıb. Bu da Qədir İmanovda onu aldatmış şirkətin himayə olunduğu rəyini yaradıb.

ŞİRKƏT SAHİBİ AXTARILIR

Eyni şirkət tərəfindən aldadıldığını deyənlərdən biri də Salyan rayonu, Çuxanlı kənd sakini Atəş Şıxaliyevdir. O, 2011-ci ilin dekabrında eyni binadan mənzil alıb. Binanın tikintisi başa çatmamış xəbər tutub ki, tikinti işini “Şərur” MTK davam etdirir. Ancaq şirkətə müraciət edəndə “Ulduz-S” MTK tərəfindən onlara təqdim olunmuş siyahıda onun adının olmadığını bildiriblər. Deyir, indiyədək nə 22 min manatını qaytarırlar, nə də mənzili verirlər.

Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsindən AzadlıqRadiosu-na bildirilib ki, “Ulduz-S” MTK-nın direktoru Elçin Yaqub oğlu Babayev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 1 ildir ki, Xətai rayon Polis İdarəsi onun barəsində həbsli axtarış elan edib.

Payçılarsa şirkət sahibinin himayə olunduğunu düşünürlər. Bildirirlər ki, “belə olmasaydı, hüquq-mühafizə orqanları şirkət sahibini elə ortalıqda əli cibində gəzərkən həbs edərdi. Bunun üçün yetərincə şikayət ərizəsi də vardı. Ortalıqdan itəndən sonra barəsində axtarış elan etməzdi”.

Hüquqşünas Vaqif Alıyev deyir, şirkət sahibi ortalığa çıxmayanadək bu məsələnin hüquqi baxımdan çözümü qəlizdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru